179
baycan Universitetində) keçirilən beynəlxalq konfrans itirilmiş yaradıcılıq əlaqələ-
rinin bərpası istiqamətində mühüm addım oldu. Bundan sonra azərbaycanlı fəlsəfə
tədqiqatçılarının Rusiya və Türkiyədə keçirilən konfranslarda iştirakı
müntəzəm
xarakter aldı. Azərbaycanlı müəlliflər Moskvada rus və ingilis dillərində çıxan
“Qlobalistika” ensiklopediyasının hazırlanması işinə cəlb edildilər. 2000-ci ilin av-
qustunda və 2003-cü ilin iyul ayında Romada keçirilən Beynəlxalq Metafizika konq-
reslərində, 2003-cü ilin avqustunda İstanbulda keçirilən XXI Ümumdünya Fəlsəfə
konqresində, həmin ilin dekabr ayında İstanbulda keçirilən Türkiyə, Azərbaycan və
Qazaxıstan sosioloqlarının konfransında, 2004-cü
ildə Oksford Universitetində,
2005-ci ilin avqustunda Hollandiyada keçirilən Beynəlxalq Fenomenologiya konf-
ranslarında, 2005-ci ilin oktyabrında Türkiyənin İzmit şəhərində keçirilən Türkdilli
xalqların sosioloqlarının I Beynəlxalq qurultayında Azərbaycan nümayəndə heyətlə-
rinin iştirakı beynəlxalq yaradıcılıq əlaqələrinin genişlənməsindən xəbər verir.
Son illərdə Bakı da bir sıra beynəlxalq fəlsəfi tədbirlərin təşkilatçısı olmuşdur.
2002-ci ildə fəlsəfə elmləri doktoru Ramiz Mehdiyevin rəhbərliyi ilə Azərbaycan
Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının təsis edilməsi filosofların daha
yaxşı təşkilatlanmasına səbəb olmuş və elə həmin ildən Azərbaycanda “Fəlsəfə və
sosial-siyasi elmlər” adlı jurnalın nəşrinə başlanmışdır. Assosiasiyanın
təşəbbüsü
ilə Karl Popperin və Jan Pol Sartrın anadan olmasının 100 illiyi, Kantın vəfatının
və Feyerbaxın anadan olmasının 200 illiyi, Con Lokkun vəfatının 300 illiyi təntənə
ilə qeyd edilmiş, onların haqqında dövri mətbuatda məqalələr çap etdirilimşdir ki,
bu da Azərbaycan ictimaiyyətinin diqqətini dünya fəlsəfi fikrinə yönəltmək sahə-
sində önəmli bir addımdır. Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasi-
yasının təşəbbüsü ilə habelə milli-fəlsəfi fikir tarixinin təbliği sahəsində bir sıra
beynəlxalq miqyaslı tədbirlər həyata keçirilmişdir. Bunların arasında Azərbaycanın
görkəmli filosofu Şihabəddin Yəhya Sührəvərdinin anadan olmasının 850 illik yu-
bileyini və yubiley ərəfəsində çap olunan nəşrləri, habelə akademik Heydər Hüsey-
novun anadan olmasının 95 illik yubileyi münasibətilə görülən işləri,
hər ilin no-
yabr ayında Beynəlxalq Fəlsəfə gününün təntənə ilə qeyd olunmasını xüsusi qeyd
etmək lazımdır. 2004-cü ilin oktyabrında professor Aida İmanquliyevanın yubileyi-
nə həsr olunmuş «Şərq və Qərb: ortaq mənəvi dəyərlər, elmi-mədəni əlaqələr» adlı
beynəlxalq elmi konfransda ABŞ-dan, Türkiyədən və Rusiyadan gəlmiş görkəmli
filosofların iştirakı Azərbaycan fəlsəfi ictimaiyyətinin həyatında mühüm hadisə he-
sab edilə bilər. Həm də bu konfrans ötəri olmamış, 2005-ci ilin payızında keçirilən
təkrar beynəlxalq konfransda daimi fəaliyyət göstərən “Şərq və Qərb: fəlsəfələr
arasında körpü” adlı Beynəlxalq Alimlər Assosiasiyası yaradılmışdır. Mərkəzi ofisi
ABŞ-da yerləşən Ümumdünya Fenomenologiya İnstitutunun
direktoru, professor
Anna-Tereza Tumeniçkanın, M.V.Lomonosov adına MDU-nun kafedra müdiri Zo-
tovun, Qalatasaray Universitetinin fəlsəfə kafedrasının dekanı, professor Kənan
Gursoyun, Qazi Universitetinin professoru Süleyman Hayrı –Bolayın, İstanbul
Universitetinin professoru Ümit Meriçin, tanınmış türk yazıçısı və filosofu Mustafa
Armağanın, Rusiya Fəlsəfə cəmiyyətinin
birinci vitse-prezidenti, professor A.Çu-
makovun, Rusiya EA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor N.Smirnovanın,
180
Hollandiyalı professor M.Keijzer və s. AFSEA-nın təşəbbüsü ilə keçirilən müxtəlif
konfranslarda və yubiley mərasimlərində, birgə seminarlarda iştirakı Bakıda elmi-
fəlsəfi yaradıcılıq mühitinin beynəlxalq miqyas aldığına dəlalət edir.
Müstəqillik dövründə Azərbaycanda fəlsəfi və sosial-siyasi fikrin inkişafı sahə-
sində atılmış ciddi addımlara baxmayaraq, bu sahədə həm təşkilati işin, həm də el-
mi yaradıcılıq prosesinin daha da inkişaf etdirilməsinə ehtiyac vardır.
Dostları ilə paylaş: