176
təsdiqləyən, onun yaşamasını şərtləndirən
amillərə münasibət,
xoşbəxt utopik cə-
miyyətə inam və s. universal sosio-mədəni fenomen
olan Romantizmin keyfiyyət
cəhətləri idi. Azərbaycanda Maarifçilik kontekstində yaranan Romantizm fəlsəfəsi
əvvəlcə
dünyəvi Maarifçiliyə, onun işıqlı ideallarının reallaşmasına,
sonra isə so-
sializmin “xoşbəxt cəmiyyətinə” inamı itirərək mistik maarifə, qnostik mərifətə üz
tutur, mistik eşq fəlsəfəsinə, İblisin insanda daimiliyi (Hüseyn Cavid) və “hər şeyin
rəng olması” (Səməd Mənsur) qənaətinə gəlmişdi.
Romantizm fəlsəfəsinə məxsus cəhətlər Azərbaycanda həmin cərəyanı
təmsil
edən fəlsəfi poeziyanın nümayəndələri
Məhəmməd Hadinin (1879–1920)
utopik
bərabərlik cəmiyyətindən bəhs edən “Aləmi-müsavatdan məktublar”, “İnsanların
tarixi faciələri, yaxud əlvahi-intibah” və s. əsərlərində, Abbas Səhhətin, H.Cavidin,
Abdulla Şaiqin fəlsəfi-ədəbi irsində əksini tapmışdır.
Dostları ilə paylaş: