174
Ziddiyyətli sosial-siyasi proseslər milli ziyalıların dünyagörüşünü dəyişirdi.
Məsələn, ölkədə ideoloji mübarizənin müəyyən mərhələsində görkəmli mütəfəkkir
Nəriman Nərimanov və b. liberal maarifçilikdən marksizm cəbhəsinə keçmişdilər.
Liberal cərəyanın nümayəndələri Əhməd bəy Ağaoğlu (Ağayev), Əli bəy Hüseyn-
zadə, Məmməd Əmin Rəsulzadə və b. idi. Ə.Ağaoğlu (1868–1939) türk və müsəl-
man xalqlarının sosial problemlərinin həllini maarifdə görürdü. Sosial fəlsəfədə
C.Əfqaninin ideya xəttini davam etdirən Ə.Ağaoğlunun əsərləri Azərbaycan, Tür-
kiyə, Rusiya, Fransa və İngiltərədə çap edilmişdir. Şərqdə və Avropada fəlsəfə, din
və bütövlükdə mədəniyyət problemlərini tədqiq edən Ə.Ağaoğlu yeni dövrdə Bud-
da-brahman və İslam mədəni dəyərlərinin Qərb mədəni dəyərlərindən təsirlənməsi-
nin və bu mədəni dəyərlərin sintezinin Şərq aləmi üçün zəruriliyindən yazırdı.
Onun “Üç mədəniyyət”, “Dövlət və fərd”, “İslama görə və islamda qadın”, “Sər-
bəst insanlar ölkəsində” və b. əsərlərində fəlsəfə, sosiologiya, din və etika məsələ-
ləri araşdırılır, sosial fəlsəfənin və mədəniyyətşünaslığın elmdə mübahisə doğuran
“mədəniyyət”, “dil”, “din”, “millət” və s. kateqoriyalarının tərifi verilir. Ə.Ağaoğlu
dinə ehtiramla yanaşmağa və ondan cəmiyyətin maariflənməsi
üçün istifadə etməyə
çağırır, lakin dinin dövlətdən ayrılmasını tövsiyə edirdi.
Şərq ölkələri, Rusiya və Avropada təhsil almış riyaziyyatçı, həkim, dilçi, rəs-
sam və filosof
Dostları ilə paylaş: