gerçəklik və reallıq anlayışları
vasitəsilə açılıb konkretləşdirilir.
Gerçəklik keçmişdə, indi mövcud olan və gələcəkdə mövcud olacaq bütün
şeylərin, proseslərin, sistemlərin, hadisələrin, halların məcmusudur. Təbiətdə möv-
cud olan şeylər, hadisələr, proseslər, cəmiyyətdə insanların davranışları, dövlət sis-
temləri, şəxsi həyəcanları, fikirləri, ideyaları və s. gerçəkliyin ayrı-ayrı fraqmentlə-
ridir. Gerçəkliyə daxil olan hadisələrin sürəkliliyi olduqca müxtəlifdir: bəziləri
uzun ömürlüdür, bəziləri isə ani baş verir. Buna görə də gerçəklikdə daim yeni-yeni
cisimlər və hadisələr meydana gəlir, qərarlaşır, mövcud olur, sonra isə yenilərinə
çevrilirlər.
Gerçəklik anlayışına sinonim olan
reallıq anlayışıdır. Reallıq çox geniş olub
obyektiv və subyektiv reallıqların cəmi, məcmusu kimi qəbul edilir. İnsan şüurun-
dan kənarda mövcud olan gerçəklik obyektiv reallıq adlanır. Kvarklar, elementar
hissəciklər, nüvə, atom, molekul, cisimlər, qalaktika, metaqalaktika, fiziki sahənin
müxtəlif növləri, ictimai proseslər və s. obyektiv reallığın ayrı-ayrı elementləridir.
İnsan şüurunda, insan təfəkküründə, insan təxəyyülündə mövcud olan gerçəklik isə
subyektiv reallıqdır. Subyektiv reallıq insanın zehni fəaliyyətinin, daha doğrusu,
onun beyninin məhsuludur. Beynin fəaliyyətinin məhsulu olan fikirlər, anlayışlar,
mülahizələr, obrazlar, elmi və qeyri-elmi biliklər də reallıq olub, fəlsəfədə deyildiyi
kimi, subyektiv reallıq anlayışını təşkil edirlər. Şifahi xalq ədəbiyyatında geniş işlə-
nən cin, şeytan, pəri, əjdaha, yaxud elmi fantastik əsərlərdə təsvir olunan müəyyən
hadisələr subyektiv reallıqdır. İnsan şüurundan xaricdə mövcud olan obyektiv real-
lıq və onun inikası kimi ancaq insan şüurunda mövcud olan subyektiv reallıq ciddi
surətdə fərqlənsələr də möhkəm vəhdətdə və əlaqədə olub bir-birinə qarşılıqlı təsir
göstərirlər. Obyektiv və subyektiv reallığın bu vəhdət və əlaqəsi öz ifadəsini fəlsə-
fənin "varlıq" kateqoriyasında tapır. İnsan obyektiv reallığın məhsulu, subyektiv re-
allığın: xülyalar,
kəşflər, ixtiralar, fantaziyalar aləminin yaradıcısıdır. Deməli, o,
obyektiv və subyektiv reallığın kəsişdiyi nöqtə və bu mənada varlığın mərkəzidir.
İnsan yalnız bioloji varlıq deyil, o həm də sosial varlıq olduğuna görə informasiya-
ları, xüsusilə də onun yüksək forması olan biliyi yaratmaq, toplamaq, hifz etmək və
sonrakı nəsillərə ötürmək qabiliyyətinə malikdir. Bu isə bəşəriyyətin
yaşaması üçün
olduqca vacibdir.
Varlıq kateqoriyasını təhlil edərkən, onun maddi və mənəvi varlıqdan ibarət ol-
masını xüsusi qeyd etmək lazımdır. Maddi varlıq anlayışı materiya kateqoriyasına
yaxındır.
Varlıq kateqoriyası universal əlaqəni-predmetlərin, hadisələrin, ideyaların və s.