187
gün olan bu tərifi kifayət qədər təbii-elmi materialın olmaması və metafizik məh-
dudluq üzündən lazımınca əsaslandırılmamışdı və məzmunca məhdud idi. Yəni
materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli kütlə kimi dəyişməz xassələrin
isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də materiya anlayışına tərif vermək
üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi. Belə ki, bizim hisslərimizə yalnız
maddi deyil, mənəvi hadisələr də təsir edir və müəyyən şəraitdə sonuncuların təsiri
daha güclü olur.
Metafizik materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya
haqqında fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun obyek-
tivliyini, "bizdən xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu qeyd
etsə də, materiyaya fəlsəfi tərif verməyərək onu materiyanın konkret növləri ilə ey-
niləşdirirdi. O yazırdı ki, təbiət işıqdır, elektrikdir, maqnetizmdir, havadır, sudur,
oddur, torpaqdır, heyvandır,
bitkidir, insandır. Beləliklə, L.Feyerbax da materiya
anlayışının onun konkret növlərinə münasibəti məsələsini düzgün həll edə bilməyə-
rək onları eyniləşdirmişdi.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti
olan bu vacib məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin
baniləri fəlsəfi kateqoriya olmaq etibarilə materiya anlayışının məzmununu açaraq
göstərdilər ki, materiya şüurdan asılı olmadan mövcud olan və duyğu orqanlarımıza
təsir edərək şüurumuzda əks olunan obyektiv reallığı ifadə edir. Məsələn, F.Engel-
sə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz duyğu ilə qavranılan müxtə-
lif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən sərfnəzər edərək
onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə də materiyanın fəl-
səfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi, onun növlərindən və
ya
xassələrindən biri ilə, yaxud da materiya haqqındakı konkret təbii-elmi təsəvvür-
lərlə eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX
əsrin sonu XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş
verən və materiya haqqındakı mövcud təbii-elmi təsəvvürləri alt-üst edərək təbiət-
şünaslıqda əsl inqilab yaradan kəşflərin mənasının açılması ilə əlaqədar olaraq mü-
hüm əhəmiyyət kəsb etmişdi.
Məlum olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və
filosoflar materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz
hissəciyi sayılan atomla eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni kəşf-
lər, birinci növbədə, radioaktivliyin (1896) və elektronun (1897) kəşfi atomun mü-
rəkkəbliyini, daha kiçik hissəcik olan elektronlardan təşkil olunduğunu aşkara çı-
xartdı. Materiyanı bölünməz sayılan atomların məcmusu kimi başa düşməkdə da-
vam edən "fiziki" idealistlər atomun mürəkkəbliyi faktının müəyyənləşdirilməsin-
dən atomun maddilikdən çıxması, materiyanın heç bir maddi daşıyıcısı
olmayan xa-
lis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək "yox olması" nəticəsini çı-
xartdılar. Məsəbn, L.Ulviq "Elmlərin təkamülü" kitabının "Materiya mövcuddur-
mu?" fəslində yazırdı ki, "atom materiyalıqdan çıxır, materiya yox olur". Bu fikir
bir sıra digər alimlərin əsərlərində də öz əksini tapmışdı.
188
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii-
elmi tərifini fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın
fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki
məsələdir və onu fizika
həll etməlidir. Məhz bu sadə və mühüm həqiqəti anlamadıqlarından "fiziki" idea-
listlər materiyanın mürəkkəb quruluşa malik olduğunun aşkar edilməsini "materi-
yanın yox olması" kimi qələmə verirdilər. Əslində isə materiyanın quruluşu haqqın-
da elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi
qətiyyən "materiyanın yox olmasına" dəlalət etmir.
"Fiziki" idealistlər "materiya yox olur" fikrini söyləyərkən eyni zamanda klas-
sik mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki baxışların
aradan qalxmasına "əsaslanırdılar".
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika böyük
kütləli və yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin kütləsi
onların nisbi sükunət halında olmalarından, yaxud hər hansı sürətlə hərəkət etmələ-
rindən asılı olmayaraq, dəyişməz qalırdı. Elektronun kəşfi və elektron nəzəriyyəsi-
nin yaradılması göstərdi ki, elektronun kütləsi mütləq, dəyişməz olmayıb onun ya-
ratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı olaraq dəyişir, belə ki, elektro-
nun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi də artır. Deməli,
elektron iki küt-
ləyə—mexaniki və elektromaqnit kütləyə malikdir. Kütlə materiya miqdarının öl-
çüsü sayıldığından mexaniki kütlənin dəyişməsi faktının müəyyənləşdirilməsi də
"materiyanın yox olması" kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və qnoseo-
loji cəhətdən dürüst olmayaraq "materiyanın yox olması" adlandırılan ifadənin
məğzinin təhlili göstərir ki, həmin iddianın mahiyyəti materiyanın əvvəllər mütləq,
dəyişməz sayılan bəzi xassələrinin yox olması və materiyanın bəzi hallarına məx-
sus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə, materiyanın həmin xassələri-
nə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər baxı-
mından materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri, xassə-
ləri ilə bağlılıqdan azad və ona həmin kateqoriyanın məzmununu açan tərif vermək
lazımdı. Əks halda materiya yenə də özünün növləri, xassələri ilə eyniləşdirilər və
hər dəfə yeni kəşflərlə əlaqədar olaraq materiyaya yenidən tərif verilməsi lüzumu
meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsini mühüm
vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun tarixi inkişafının nai-
liyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi mübarizənin nəticələri-
ni, insanların ictimai-istehsal təcrübəsinin verdiyi faktları,
ən yeni kəşfləri təhlil
edib ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi materiyaya elmi cəhətdən
əsaslandırılmış belə tərif vermək olar:
Dostları ilə paylaş: