192
edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün-özünə bərabər qalması nisbi xa-
rakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec-tez predmetin
yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet və ya hadisənin
sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına gətirib çıxaran
dəyişilmələr isə arasıkəsilməz proses olduğundan obyektlərin zəruri tərəfləri kimi
çıxış
edən sükunət momenti nisbi, dəyişkənlik isə mütləq xarakter daşıyır. Dünyaya
olan bu dinamik baxış tarixən müxtəlif formalar alan fəlsəfi hərəkət konsepsiyanı
meydana gətirmişdir.
Fəlsəfədə
hərəkət
dedikdə, ümumiyyətlə hər cür dəyişkənlik başa düşülür.
Materializmə görə dünya yalnız
materiyadan, onun hallarından və xassələrindən
ibarət olduğundan və qeyd etdiyimiz kimi, dəyişkənlik
prosesindən kənarda heç bir
şey mövcud olmadığından hərəkət materiyanın
atributu, onun "mövcudluq üsulu"
kimi anlaşılır. Lakin hərəkət kateqoriyasının belə geniş təfsiri bütün tarixi dövrlər
üçün xarakterik deyildir.
Milet məktəbi üçün hərəkət problemi mövcud deyildir, çünki dünyanın daxili
fəallığı və hərəkətliyi heç bir sübuta ehtiyacı olmayan özlüyündə aydın bir fakt ki-
mi təsəvvür olunurdu, Belə bir dünyaduyumu, ümumiyyətlə dəyişkənlik kimi başa
düşülən, mücərrəd hərəkət kateqoriyasını doğula bilməzdi. Təsadüfi deyildir ki, ilk
yunan filosoflarının əsərlərindən bizə qədər gəlib çatmış fraqmentlərin heç birində
hərəkəti ifadə edən mücərrəd terminlərə rast gəlmirik. Məsələn, Anaksimandr heç
vaxt dünyanın ilk başlanğıcını - apeyronu əbədi hərəkətdə olan varlıq kimi deyil,
"qocalmayan", "ölməyən'' və "məhv olmayan" kimi xarakterizə edir. Hətta qədim
yunan dialektikasının nəhəng siması olan Heraklit belə ''hərəkət'', "dəyişiklik" və s.
kimi
mücərrəd sözlər işlətmir; universal ümumdünya prosesini o, "yuxarı - aşağı
yol" - oddan dünyanın təşəkkül tapması və axırıncının yenidən oda çevrilməsi kimi
ifadə edir.
Hərəkət və sükunət haqqındakı məsələni ilk dəfə olaraq, yalnız Eley filosofları
diskussiya predmetinə çevirdilər. Bu vaxta qədər sarsılmaz və özlüyündə aşkar bir
həyat faktı qavranılan hərəkətin mövcudluğuna olan "anadangəlmə" inam şübhə al-
tına alındı. Eley fəlsəfəsi hərəkət məsələsini məhz bir problem kimi bütün kəskinli-
yi ilə qədim yunan mütəfəkkirləri qarşısında qoydu.
Lakin Eley məktəbi hərəkət
problemini yalnız qoymaqla kifayətlənərək, onu nəzəri təhlilə cəlb etmədi. Fəlsəfi
hərəkət konsepsiyasının formalaşmasında son dərəcə mühüm bir addımı Empedokl
və Anaksaqor atdılar: onlar ilk dəfə olaraq hərəkətin mənbəyi (Empedoklda məhəb-
bət və nifrət,
Dostları ilə paylaş: