193
mümkün varlıqla gerçək varlıq fərqləndiyinə görə mən hərəkət dedikdə im-
kan şəklində olanın həyata keçməsini başa düşürəm".
Yeni dövrdə dünyanın mexaniki mənzərəsinin formalaşması və hərəkətin bü-
tün növləri içərisində yalnız mexaniki yerdəyişmənin
hərtərəfli və dərindən öyrə-
nilməsi üzərindən bütövlükdə hərəkət anlayışını mexaniki yerdəyişmə ilə eyniləş-
dirmək meyli üstünlük təşkil edirdi. XVIII əsr fransız materialistlərinin bir sıra mü-
lahizələri hərəkət anlayışının bu mexaniki məhdudluğuna qarşı yönəlsə də, bərəkə-
tin keyfiyyət çoxcəhətliyi haqqındakı müddəa elm və fəlsəfədə yalnız XIX əsrin
ikinci yarısında kök sala bildi. XIX əsrin 40-cı illərində enerjinin saxlanması və
çevrilməsi qanununun kəşfi hərəkətin heçdən yaranmaması və itməməsi, onun yal-
nız bir keyfiyyət halından digərinə çevrilməsi haqqındakı təsəvvürün qərarlaşma-
sında həlledici rol oynadı. F.Engels həmin dövrdə elm və təbiətşünaslığın nailiyyət-
lərini
ümumiləşdirərək, hərəkətin əsas formalarının aşağıdakı təsnifatını vermişdir:
Dostları ilə paylaş: