Hərəkətin iki əsas tipini ayırd etmək olar . Birincidə predmet və ya hadisədə
baş verən dəyişikliklər onun nisbi sabitliyini pozmur, obyekt və keyfiyyət müəy-
yənliyini saxlayır. Hər bir predmetin mövcudluğu, əslində onun öz əsas keyfiyyəti-
ni qoruyub saxlaması deməkdir. Lakin predmetin mövcudluğu əbədi olmadığına
görə, o gec-tez yox olub gedir, yəni öz əsas keyfiyyətini itirərək, yəni keyfiyyət
kəsb edir. Predmetin bir keyfiyyət halından digərinə keçməsi ilə müşayiət olunan
dəyişmələr hərəkətin ikinci əsas tipini təşkil edir. Obyektin əvvəlki keyfiyyət halın-
da gizli qalan potensial imkanlarının reallaşması şəklində baş verən keyfiyyət də-
yişməsi
inkişaf adlanır. İnkişaf prosesinin iki əsas növünü göstərmək olar: materi-
yanın eyni bır struktur təşkili səviyyəsinin hüdudları daxilində baş verən keyfiyyət
dəyişmələri və bir səviyyədən digər səviyyəyə keçidlə xarakterizə olunan keyfiyyət
çevrilmələri. Birincilərə misal olaraq ulduzların təkamülü prosesini, canlı aləmdə
yeni bitki və heyvan növlərinin meydana gəlməsini və s. gətirmək olar. Qeyri-üzvi
təbiətdən canlılar aləminə və nəhayət, cəmiyyətin təşəkkül tapmasına gətirib çıxa-
ran inkişaf isə ikinciyə misal ola bilər. Hərəkətin əsas formaları ən ümumi şəkildə
məhz bu ikinci prosesi özündə əks etdirirlər.
Burada qısa şəkildə də olsa, hərəkət və sükunətin qarşılıqlı münasibətinə də nə-
zər salmaq lazımdır. Bir halda qəbul edirik ki, obyektiv gerçəklikdə hərəkət mütləq
və əbədidir, onda sükunətdən danışmağına dəyərmi? Əgər hərəkət də varlıq və ma-
teriya kimi sonsuz, yaradılmaz və məhv edilməzdir, onların atributudur, onda süku-
nət nədir? Əlbəttə: gerçəklikdəki dəyişikliklərin ümumi axınında zəruri şərt kimi
sükunət momentləri də vardır. Lakin bu sükunət momentləri bütövlükdə varlığa de-
yil, müəyyən zaman daxilində təzahür edən konkret hadisə və proseslərə aiddir,
Deməli, sükunət halı varlığın ayrı-ayrı konkret təzahürlərində, ümumi ilə müqayi-
sədə meydana çıxır. Sükunət halında predmet öz keyfiyyət halında qalır. Cismin
sükunəti nisbidir, o, həm də varlığın, materiyanın ümumi, əbədi hərəkətində hərə-
kət edir.