202
edirdi ki, şüur (ruh) gerçəkliyin mövcudluğunu şərtləndirir. O, deyirdi ki, əgər mən
müəyyən hadisə və prosesin mövcudluğuna etiraz edirəmsə, deməli "Mən fikirləşi-
rəm". Lakin ancaq mövcud olanlar haqqında fikirləşmək ola bilər. Deməli, "mən fi-
kirləşirəmsə, mən mövcudam". "Əgər fikirləşməyim kəsilsə, deməli, mövcud deyi-
ləm". Onun fikrincə ancaq "fikirləşən əşya - ruh, zəka, şüur - mövcudluğun əsası-
dır". "Ruh, şüur fikirləşir, can, bədən hərəkət edir, yaşayır". Şüur, təfəkkür "fikirlə-
şən substansiyanın"
fəaliyyətidir,
müstəqil mövcuddur,
bədəndən,
maddi olandan
asılı deyildir. Materiya da "fikirləşən substansiyadan" asılı deyildir. Dekart bununla
da şüura münasibətdə materializm və idealizm mövqelərini birləşdirməyə çalışır,
lakin
etiqada deyil, zəkaya, idraka üstünlük verirdi.
Yeni dövr filosoflarından olan
T.Hobbs
təfəkkürün əsasını duyğuların
təşkil
etdiyi, duyğuların isə insanın bədən üzvlərinin və daxili hissələrinin hərəkəti nəti-
cəsi olduğunu təsdiq edirdi. Ona görə şüur, insan bədəninin daxili orqanlarının hə-
rəkəti nəticəsidir. XVIIİ əsr fransız materialisti G.Helvetsi isə iddia edirdi ki, şüur
insan və heyvan orqanizminin hiss etmək və yaddaş qabiliyyətinin nəticəsidir, şüu-
run
mənbəyi maddi xarici aləmdir, vasitəsi isə duyğulardır.
Biz nəyi görmürük,
eşitmirik, toxunmuruq, onlar insan əqli üçün əlçatmazdır: "şüur beynin funksiyası-
dır".
XVIII əsr materializminə mənsub
olan bəzi filosoflar isə
Dostları ilə paylaş: