(B.Spinoza, D.Didro, E.Hegel və b.) şüuru materiyanın atributu, onun bütün təzahür formaları və növləri-
nə xas olan əbədi xassəsi adlandırırdılar. Onlar belə hesab edirdilər ki, təkcə canlı-
lar, beyin deyil, bütün maddi dünya cisimləri şüurludur,
fikirləşmək qabiliyyətinə
malikdirlər. Bu baxışa fəlsəfə tarixində "hilozaizm" deyilmişdir ("hilo"- yunanca
əşya, maddə, "zoil" isə həyat, şüur deməkdir).
XIX əsrdə şüura münasibətdə
K.Foqt, L.Byuxner və
Y.Moleşott kimi fizio-
loq - təbiətşünasların adı ilə bağlı olan vulqar materializm mövqeyi də yayılmışdır.
Həmin baxışın tərəfdarları beyin kimi, şüuru da maddi hesab edərək, onların hər
ikisini maddiləşdirilib, eyniləşdirirdilər. Onlar deyirdilər ki, qara ciyər öd ifraz etdi-
yi kimi, beyin də şüur ifraz edir. Şüurla beynin eyniləşdirilməsi fikrini materialist
filosof
İ.Disgen (1828 - 1898) ciddi tənqid edirdi. O, göstərirdi ki, ruh stoldan,
rəng səsdən fərqlənmirsə, onda bu şeylər bir – birindən nə ilə fərqlənirlər? Bəzi fi-
losoflar vulqar materialistləri "beynsiz filosoflar" adlandırmış və qeyd etmişlər ki,
fikri maddi adlandırmaq, materializmi idealizm ilə qarışdırmağa tərəf atılmış yanlış
addımdır.
XX əsrin əvvəllərində geniş yayılmış empiriokritisizmin baniləri
E.Max və
R.Avenarius şüuru, duyğunu beynin məhsulu olan fikrini sözdə qəbul etmirdilər.
Lakin onlar həm "məni", həm də mühiti "duyğu kompleksləri"ndən ibarət hesab et-
məklə idealizmə qapılırdılar. Onların fikrincə, bir halda bütün cisimlər "duyğu
kompleksləridir", onda beyin də cisimdir, deməli, duyğu "kompleksidir". Hər şeyin
əsasında "duyğu kompleksləri"ni qoymaq isə "xalis
idealizmdir". XIX əsrin sonu
XX əsrin əvvəllərində şüura, xüsusilə duyğuların gerçəkliyi əks etdirməsinə müna-
sibətlə əlaqədar simvollar, heroqliflər nəzəriyyəsi də mövcud olmuşdur. Bu mövqe-
dən çıxış