205
da, sözün dəqiq mənasında hələ obraz yoxdur. Güzgü onda nəyin əks olunmasına
qarşı tamamilə "biganədir", güzgüdə yaranan obraz isə yalnız bizim üçün obrazdır,
lakin o, güzgü üçün obraz deyildir. Bu halda surət ilə orijinalın struktur oxşarlığı
hələlik ətraf aləmdə düzgün oriyentasiya götürməyə, inikas effektlərinin imkanla-
rından rasional istifadə etməyə, fəallıq göstərməyə və müəyyən hərəkətləri icra et-
məyə imkan vermir.
İnikasın tarixən ikinci səviyyəsi bioloji inikasdır
. Canlı orqanizm xarici tə-
sirlərə başqa cür cavab verir, o mühitə uyğunlaşır, xaricdən olan müxtəlif təsirlərə
müxtəlif cavablar verərək, mühitin əlverişli və zərərli amillərini bir-birindən fərq-
ləndirir. Xarici təsirlərin nəticələrindən fəal istifadə edilməsinə əsaslanan bu inikası
funksional informasiya inikası adlandırmaq olar. Bu halda informasiya geniş məna-
da, yəni orqanizmin ətraf aləmdə fəal oriyentasiyasına imkan yaradan xassəsi kimi
başa düşülməlidir. İnformasiya inikasına məruz qalan sistem xarici təsir ilə öz halı-
nı dəyişməklə yanaşı, həm də öz hərəkətlərini buna müvafiq qurur. Məsələn, günəş
şüasının təsirinə məruz qalan daş öz hərəkətlərini bu təsir altında
qura bilmədiyi
halda, bitki mühitdə düzgün oriyentasiya götürə bilmək üçün özünün bütün imkan-
larından istifadə edərək günəşə doğru can atır.
İnformasiyalı inikas maddi aləmin təkamülünün canlı təbiət mərhələsində fəa-
liyyətə başlayır. Onun aşağıdakı növləri məlumdur:
birhüceyrəli sadə bitki və heyvanların qıcıqlanması;
heyvan və insanın orqandaxili reaksiyalarının tənzimlənməsi zamanı əsəb
toxumalarının həyacanlanmaları (neyrofizioloji inikas) ;
və nəhayət, psixi inikas.
Dostları ilə paylaş: