MÜhazirə MİkroorqanizmləRİn təBİƏTDƏ yayilmasi



Yüklə 46.63 Kb.
Pdf просмотр
tarix16.02.2017
ölçüsü46.63 Kb.

MÜHAZIRƏ 5. MİKROORQANİZMLƏRİN

TƏBİƏTDƏ YAYILMASI

Torpağın mikrobiotası

Mikroblar təbiətdə geniş yayılmışdır. Onlara torpaqda, 

suda, havada, bitkidə, heyvan orqanizmində, okeanların 

dərinliyində, hündür dağların zirvələrində, Arktika 

buzlarında və qızmar səhralarda təsadüf edilir. Təbiətdə 

mikrobların geniş yayılması ilk dəfə L.Paster tərəfindən 

müəyyən edilmişdir. Müxtəlif yerlərin coğrafi şəraitindən, 

iqlimindən və s. asılı olaraq mikroorqanizmlər həm 

kəmiyyət və həm də keyfiyyət etibarı ilə dəyişilə bilirlər.

Mikroorqanizmlərin xarici mühitin amilləri ilə (işıq, istilik, 

qida maddəsi, torpağın mühit reaksiyalı və s.) qarşılıqlı 

münasibətini və o mühitə uyğunlaşaraq yaşamaq 

xüsusiyyətlərini öyrənən elm 

ekologiya

adlanır. 



Mikroorqanizmlərin belə geniş yayılmasının əsas səbəbi 

onların kiçik ölçüyə, az çəkiyə malik olması və sürətlə 

çoxalmalarıdır. Digər canlılar kimi mikroorqanizmlərin ilk 

tarixi beşiyi su mühiti olmuşdur. Sonrakı geoloji dövrlərdə 

torpağın əmələ gəlməsi ilə əlaqədar olaraq 

mikroorqanizmlər üçün artıq torpaq mühiti əsil yaşayış 

yeri olmuşdur. Su havaya nisbətən mikroorqanizmlərlə 

daha zəngindir. Müəyyən olunmuşdur ki, 1 qram 

torpaqda milyonlarla, hətta milyardlarla mikrob vardır. 

Bunun əsas səbəbi torpaqda mikroorqanizmlərin 

inkişafını təmin edən hər bir şəraitin olmasıdır. Onlar 

qidalanmaq üçün kifayət qədər üzvi və mineral maddələr, 

nəmlik, oksigen, mühit reaksiyası və s. Təmin etməklə 

bərabər, torpaq zərrəcikləri günəşin öldürücü təsirindən 

bu xırda canlıları qoruyur. 

.


Odur ki, torpaqda mikroorqanizmlərin bir çox növləri –

bakteriyalar, aktinomisetlər və göbələklər məskən salmışdır. 

Hesablamalar göstərir ki, çürüntülü torpağın 2-15 sm dərinlikdə 

olan qatının 1 qr torpağında 1-dən 10 milyarda qədər bakteriya, 

20 milyon şüalı göbələk, 100 minə qədər göbələklər, 100 min 

yosunlar, 1 milyona qədər ibtidailər və s. olur.

Mikroorqanizmlər torpaqda heyvan və bitki qalıqlarını sadə 

mineral birləşmələrə parçalayıb, onları yenidən bitkilərin və 

heyvanların istifadəsinə qaytarırlar. Bitkilərin karbohidratlı qidası 

üzvi maddələrin mikroorqanizmlər tərəfindən CO

2

-yə qədər 



parçalanması nəticəsində əmələ gəlir. Torpaqda mənimsənilə 

bilən azotlu maddələr də mikroorqanizmlərin iştirakı ilə əmələ 

gəlir. Torpağın fiziki və kimyəvi xüsusiyyətlərindən asılı olaraq, 

oradakı mikroorqanizmlər həm sayca, həm də növ tərkibinə görə 

dəyişirlər. Torpağın mikrobiotasına onun tipi, ilin fəsilləri, torpağın 

şumlanması, ona müxtəlif gübrələrin verilməsi və s. böyük təsir 

göstərir.


Zəif qələvili əkin torpaqlarında bakteriyaların miqdarı çox, nisbətən 

turş, bataqlıq və ya torflu torpaqlarda isə az olur.

Aparılan mikrobioloji təhlillər göstərir ki, 1 q çox məhsuldar 

torpaqda orta hesabla 50 milyard və daha çox mikroorqanizmlər 

vardır ki, bunların ən çox miqdarı yaz və payız fəsillərinə təsadüf 

edir.


Torpağın mikrobiotası öz müxtəlifliyi ilə də kəskin fərqlənir. Burada 

qeyd olunduğu kimi, onda bakteriyalar, aktinomisetlər, maya və kif 

göbələkləri, yosunlar, ibtidailər və s. yayılmışdır.

Torpaq mikroorqanizmləri arasında həm saprotrof, həm də 

xəstəlik əmələ gətirən növlərə, yəni patogenlərə rast gəlmək olar.

Saprotrof bakteriyalardan əsasən kokkları (Microc.albus, 



Microc.candidaus, Microc.cereus flarus, Microc.raseus), çöp 

forma-lılardan üzvi maddələrin parçalanmasında iştirak edən 



Bact.proteus vulgaris, Bac.subtilis, Bac.megaterium, 

Bac.mesentericum, Bac.my-coides, Bac.cereus, Bac.virgulus və 

digərlərini qeyd etmək olar.



Bunlarla yanaşı, torpaqda çoxlu miqdarda nitritləşmə aparan, azot 

fiksə edənlər, sellülozanı parçalayanlara da rast gəlmək olur.

Xəstəlik əmələ gətirən bakteriyaların sporlu formaları da torpaqda 

geniş yayılmışdır. Bu sporlar torpaqlarla əlaqədar olan 

yaralanmalar zamanı orqanizmə düşüb tetanus, qarayara, qazlı 

qanqrena kimi ağır xəstəliklər törədə bilirlər.

Aktinomisetlər mikroorqanizmlərin ümumi miqdarının 10-30%-ni 

təşkil edirlər. Bunlar əlverişli mühitdə çoxlu spor əmələ gətirməklə 

hədsiz çoxalır. Aktinomisetlər az rütubət sevəndirlər.

Mikroorqanizmlərin miqdarı torpaq qatlarında qeyri-bərabər 

yayılmışdır. Onların ən çox sayı 5-10 sm torpaq qatında müşahidə

olunur. Torpağın ən üstündə, quraqlıq və günəş şüalarının təsirinə

məruz qaldıqlarından mikroorqanizmlər sayca çox az olurlar. 

Torpağın dərinliyi artdıqca mikroorqanizmlərin miqdarı da azalır. Bu 

da mikroorqanizmlərə lazım olan qida maddələrinin, eləcə də

oksigenin aşağı qatlara getdikcə azalması ilə əlaqədardır.



Suyun mikrobiotası

Canlı təbiətdəki varlıqlar üçün xüsusi əhəmiyyətə malik

olan suda müxtəlif növ mikrobların olması

məqsədəuyğun deyildir. İçilən su tərkibində patogen

mikrobların olması ilə insan və heyvanlarda müəyyən 

xəstəliklərin əmələ gəlməsinə, texniki məqsədlə işlədilən 

su isə bir çox məhsulların vaxtından əvvəl xarab

olmasına səbəb olur. Bakteriyalar su sevən – hidrofil

orqanizmlər olduğuna görə, su mühitində onlar çox olur

və yaxşı inkişaf edirlər. Çünki su mühitində oksigen, 

azot, karbon qazı, kükürd, dəmir, fosfor və s. birləşmələr 

həll olmuş şəkildədir. Su mühitində yaranan belə şərait

müxtəlif fizioloji qrup mikroorqanizmlərin inkişafına

səbəb olur. Suya mikroorqanizmlər əsasən torpağın 

səthindən, qismən də havadan, yağış və tozla düşür. 


Ona görə də torpaqda və havada olan mikroorqanizmlərə çox vaxt

suda rast gəlmək olur. Bunlarla yanaşı, suda bir çox su mühitinə

uyğunlaşmış spesifik mikrobiotaya da təsadüf olunur. Sularda

geniş yayılmışlardan Bact.aquatilis (aqyatilus), Micrococcus 



candicans, Pseudmonas fluorescens, Micrococcus rascus, 

Bact.violaceum, Spirillum rubrum və başqalarını göstərmək olar. 

Müxtəlif su mənbələrinin mikrobiotası fərqlənir. Artezian

quyularının və bulaqların suyu demək olar ki, mikrobsuz olur (1 ml-

də 10 ədəd). Belə sulara mikroorqanizmlər yalnız xaricə çıxandan

sonra düşə bilir.

Su mənbələrinin çirklənməsinə səbəb yaşayış məskənlərinin suya

yaxın olmasıdır, çünki həmin sulara müxtəlif tullantılar və

kanalizasiya suları da qarışa bilir. Üzvi maddələrlə zəngin olan

belə sularda mikroorqanizmlər hədsiz çox olur. Dəniz və göllərdə

isə sahildən uzaqlaşdıqca mikrobların miqdarı azalır. Suyun

təmizlik dərəcəsi 1 ml suda olan saprotrof mikrobların sayına görə

müəyyən edilir.



1 ml-də 100-ə qədər saprotrof bakteriya olan su yaxşı su hesab 

edilir. Bu mikrobların sayı 100-500 qədər olduqda, belə su şübhəli 

və 500-dən artıq olduqda isə çirkli su hesab olunur. Belə suyu 

xüsusi süzgəclərdən süzdükdən və ya qaynatdıqdan sonra istifadə

etmək olar. Yağış suyunda mikroblar çox az olur.

Çirkli sularda xarakterik mikrob növləri müşahidə olunur. Bunlardan 



Leptomitus lacteus, Sphacrotilus və Beggiatoa cinsinin 

nümayəndələrini, çürüdücü bakteriyaları göstərmək olar. Əhali 

tərəfindən işlənilən suya mikroblar xəstə adamların və ya 

heyvanların ifrazatı vasitəsilə düşə bilər və belə sular bəzən qanlı

ishal, vəba, qarın yatalağı xəstəliklərinin  yayılmasına səbəb olur. 

Buna görə də əhalinin istifadə etdiyi suyun mikroblarla nə dərəcədə 

çirklənməsi nəzarət altında olur. Sularda patogen bakteriyaları

tapmaq çətin olduğundan, suyun çirklənmə dərəcəsi onda olan 

bağırsaq çöplərinin (Escherichia coli) miqdarı (titri) ilə

aydınlaşdırılır. Əgər su insan və ya heyvan nəcisi ilə çirklənibsə, 

belə suda bağırsaq çöpləri həmişə çox olur. Ona görə də bu çöplər 

çirkli su üçün indikator hesab olunurlar.



Səhiyyə nöqteyi-nəzərincə suyun təmiz, yaxud natəmiz

olmasını bilmək üçün əsasən 3 göstəricidən istifadə

edilir. Bunlara: 1) suyun 1 ml-də olan saprotrof

mikrobların ümumi miqdarı; 2) suyun koli-titri; 3) suyun

koli-indeksi aiddir.

Saprotroflar

–hazır üzvi maddələrlə qidalanan bitkilərdə

olan mikroblar. Saprotroflar qidalanma üsuluna görə

heterotrof orqanizmlərə aid edilir. Saprotroflar qida

maddələrini başlıca olaraq cəsədlərdən, yaxud müxtəlif

üzvi qalıqlardan alırlar. Bununla saprotroflar digər 

heterotrof orqanizmlərdən – parazitlərdən(biotroflardan) 

və simbiotroflardan fərqlənirlər. Təbiətdə maddələrin

dövranında saprotrofların böyük rolu vardır. Bunlar üzvi

maddələri ardıcıl şəkildə sadə qeyri-üzvi maddələrə 

çevirir ki, bunlardan da avtotrof orqanizmlər istifadə edir.


Yoxlanılan suyun bağırsaq çöpü tapılan ən az miqdarı, onun koli-

titri hesab edilir.



Koli-titr,

içərisində bağırsaq çöpü tapıla biləcək suyun ən az

həcminə deyilir. 

Koli-indeks

isə 1 litr tədqiq olunan sudakı

bağırsaq çöplərinin miqdarıdır. Yaxşı içməli suyun koli-titri 333 və

ya koli-indeksi 3 olmalıdır.

Suda bağırsaq çöplərinin miqdarı çox, yəni koli-titri aşağı olduqda

müxtəlif təmizləmə üsullarından istifadə edilir.

Bakterioloji cəhətdən şübhəli su süzülmə, xlorlaşdırma və

ultrabənövşəyi təsir ilə təmizlənə bilir. Mikroorqanizmlərlə zəngin

və bulanıq sular zəy, alüminium-sulfat, dəmir-sulfat kimi

koaqulyantlarla çökdürülürlər.

İçmək üçün çay və ya su hövzələrinin suyundan istifadə olunursa, 

belə su müvafiq süzgəclərdən keçirilməlidir. Bu məqsədlə xüsusi

təmizləyici qurğulardan da istifadə olunur. 


Sənayenin inkişafı ilə əlaqədar olaraq istər şirin və istərsə də

duzlu göllərə, dənizlərə külli miqdarda sənaye və məişət çirkab

suları daxil olur. Xüsusilə göllərin çirklənmədən mühafizəsi ən 

vacib məsələdir. Burada iki cür çirklənmə nəzərə çarpır: təbii və

insan fəaliyyəti ilə əlaqədar çirklənmələr.

Təbii çirklənmə həmişə baş verir və nisbətən az qorxuludur. Lakin

insan fəaliyyəti nəticəsində sulara daxil olan sənaye tullantıları, 

radioaktiv maddələr, neft məhsulları, pestisidlər və s. suların daha

zərərli çirklənməsinə səbəb olur. Ona görə də son zamanlar su

hövzələrini belə çirklənmədən qorumaq üçün öz-özünə bioloji

təmizlənmə prosesinə xüsusi diqqət verilir. Su hövzələrinin

təmizlənməsini suda yaşayan xırda orqanizmlərin fəaliyyəti ilə, 

oraya daxil olan çirkləndirici maddələri oksidləşdirməklə təmin 

etmək olar. Deməli, öz-özünə təmizlənmə intensivliyi suyun

oksigenlə zənginliyindən, temperaturasından, ilin fəsillərindən və

s. asılıdır. Öz-özünə təmizlənmənin ilk mərhələsində üzvi

maddələrin parçalanma məhsulları ilə qidalanan bakteriyalar, 

göbələklər və ibtidai su orqanizmləri iştirak edirlər. 



Suyun tullantılarla zənginləşən üzvi, oksidləşməmiş

mineral maddələrdən təmizlənməsi prosesi aerob və

anaerob mikroorqanizmlərlə gedir.

Aerob şəraitdə bu maddələrin parçalanma prosesi axıra

kimi intensiv gedir, nəticədə H

2

O, CO



2

, H


2

, nitrat və

sulfatlar əmələ gəlir.

Anaerob şəraitdə isə proses zəif getdiyindən, su tədricən 

təmizlənir və alınan aralıq məhsullar H

2

, ammonyak, 



kiçik molekullu yağ turşularından ibarət olur. Bunlar da 

canlılar üçün zəhərlidir. Bunu nəzərə alaraq, çirkab

sularının bioloji təmizlənməsi torpaq sahələrində aparılır. 

Bu məqsədlə biosüzgəclər, aerosüzgəclər və

aerotenklər daha geniş tətbiq olunur.


Atmosfer havasının mikrobiotası

Mikroorqanizmlər havaya əsasən küləklə torpaqdan çıxmış 

tozlarla yayılırlar. Lakin, hava mikroorqanizmlərin inkişafı üçün ən 

pis mühitdir. Burada həmin orqanizmlərə lazım olan qida, kifayət 

qədər rütubət yoxdur. Digər tərəfdən günəş şüaları hava 

mühitindən, torpağın üst qatına nisbətən daha sürətlə keçirlər. 

Buna baxmayaraq atmosferdə daima mikroorqanizmlərə təsadüf 

olunur. Xüsusilə atmosferin aşağı təbəqələrində həmişə 

mikroorqanizmlər daha çox olur. Qarlı dağların havasında, 

meşədə, dəniz üzərində mikrobların miqdarı az olur və 1m

3

havada 4-5-dən artıq mikrob hüceyrəsi olmur. Bəzən tədqiqatçılar 



hətta stratosferın alt qatlarında da, 11 km hündürlükdə bakteriya 

və göbələk sporları tapmışlar. Əksər hallarda, havada torpaqda 

olan saprotrof mikroorqanizmlərə rast gəlmək olur. Bunlar 

arasında müxtəlif bakteriyalar, piqmentli sarsinalar, stafilokokklar, 

müxtəlif sporlu bakteriyalar, maya göbələkləri, aktinomisetlər, kif 

göbələklərinin sporları təsadüf olunur.



Bəzən, göstərdiyimiz saprotroflərdən əlavə, havada müvəqqəti

olaraq xəstəlik törədən mikroorqanizmlərə də rast gəlmək olur. 

Belələrinə vərəm və difteriya çöpləri, stafilokokklar, pnevmokokklar

və s. aiddir.

Göstərilən mikroblar havaya xəstə insanlardan öskürək, asqırma və

hətta danışan zaman tüpürcəklə birlikdə və ya xəstənin ifrazatı ilə 

çirklənmiş torpaqdan küləklə düşə bilər.

İçərisində patogen mikrob olan damcılar havada 1-6 saata kimi qala

bilirlər. Təmiz atmosfer havasının 1m

3

-də 500-dən çox mikrob



hüceyrəsi olmur. İnsan bir saatda təxminən 500 litr hava alır, 

bununla birlikdə onun ciyərlərinə çoxlu miqdarda toz hissəcikləri və

mikroorqanizmlər də daxil olur. Lakin bu mikroblar yuxarı nəfəs 

yollarında olan epitel hüceyrələri və tükcüklər vasitəsilə tutulub

saxlanılırlar və nisbəən zərərsizləşdirirlər.

Havada mikrobları Kolun çökdürmə üsulu ilə müəyyən etmək daha



məqsədə uyğun sayılır.

Каталог: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə