203
kar edirdi. O, göstərirdi ki, duyğu xarici aləmi əks etdirdiyini inkar edir, duyğu xa-
rici
aləmin təsiri məhsulu deyil, duyğu orqanların özündə doğur, onlara "daxilən
xas olan spesifik xüsusiyyətidir". L.Feyerbax bunu "fizioloji idealizm" adlandır-
mışdı. XIX əsrin digər təbiətşünas alimi
K.Helmhols
isə qeyd edirdi ki, duyğu xa-
rici aləmin inikası olsa da, onun təsirindən baş versə də, xarici şeylərə oxşamır, on-
ların surəti deyil, ancaq "simvolları,
heroqlifləridir".
G.PIexanov
da duyğuları xa-
rici aləmin
işarələri, heroqlifləri adlandırırdı. Bununla da onlar duyğunun adekvat-
lığını, gerçəkliyin surəti olduğunu inkar edir, subyektiv idealizm mövqeyində du-
rurdular.
Fəlsəfə tarixində şüurun mahiyyəti, onun varlığa, materiyaya münasibəti ətra-
fında əsas fəlsəfi istiqamətlər arasında aparılan prinsipial mübahisələrdə həlli bö-
yük çətinlik törədən məsələ şüurun mənşəyi məsələsi olmuşdur. Şüuru əzəli qəbul
edən idealizm, maddi və mə"nəvi substansiyaların,
materiya və şüurun paralel
mövcudluğunu iddia edən dualizm, sözsüz ki, burada böyük çətinliklə qarşılaşmış-
lar. Öz mövqeyində prinsipial ardıcıllıq nümayiş etdirmək istəyən materialistlər isə
materiyaya yanaşarkən "özü-özünün səbəbidir" prinsipini pozmadan duyğu və şüur
xassələrinə malik materiayanın mövcudluğunu sübut etmək kimi çətin və mürəkkəb
bir məsələni həll etməli olmuşlar. Odur ki, köhnə materializm, hətta məsələnin düz-
gün həllinə xeyli yaxınlaşan fransız materialistləri bunu sübut etmək üçün təbii-el-
mi biliklərin çatışmaması üzündən idealizmə güzəştə getməli olurdular. Problemin
pozitiv həlli sahəsində səmərəli addım yalnız keçən əsrin ortalarında atıldı. Şüurun
varlığın atributu olması haqqında hilozoist Spinoza
təliminin səmərəli toxumunu
qəbul edən F.Engels diqqəti belə bir cəhətə yönəltdi ki, əvvəla, şüur materiyanın
özü tərəfindən törədilmişdir, ikincisi, özünün bütün
çevrilmələrində həmişə eyni
qalan materiya "atributlarından heç birini itirmədiyindən o, gələcəkdə düşünən ru-
hun məhv edəcəyi təqdirdə belə, onu başqa bir yerdə, başqa bir vaxtda hökmən ye-
nidən törədəcəkdir". Beləliklə, Engelsə görə, şüur, "düşünən ruh" materiyanın mo-
dusu, onun yalnız bə"zi formalarına məxsus təsadüfi xassəsi olmayıb, onun atribu-
tu, elə zəruri əlamətidir ki, bunsuz materiya natamam, yarımçıq olardı. Lakin Spi-
nozadan fərqli olaraq Engels şüurun atributluğu məsələsinə materiyanın inkişaf dia-
lektikası baxımından yanaşaraq ruha, şüura materiyanın bünövrəsində reallaşması
imkanı kimi baxırdı. Başqa sözlə, materiya öz inkişafının ən yüksək zirvəsində "dü-
şünən ruhun" təşkil etdiyi bir sıra xassə və qabiliyyətlər törətmişdir.
Şüurun yaranmasına dair bu konsepsiya onun təbiəti haqqında
məsələnin də
pozitiv həllinə imkan verirdi. Sual olunur: görəsən materiyanın təşkilinin ən yüksək
səviyyəsində şüurun yaranmasına səbəb olan xassəsi hansıdır? Materiyanın ən
ümumi xassəsi olan, "duyan materiya" ilə "duymayan materiya" arasında əlaqə ya-
radan "inikas" xassəsidir.
İnikas materiyanın bünövrəsində duran ən ümumi xassədir. O, predmetlərin
qarşılıqlı təsirinin universallığı ilə şərtlənir. Maddi aləmin bütün obyektləri, proses-
ləri öz aralarında fasiləsiz qarşılıqlı əlaqə və təsirdədirlər. Qarşılıqlı təsirdə olan ob-
yektlərin biri digərində müəyyən "iz" buraxmaqla onları müvafiq dəyişikliyə uğra-
dır. Başqa sözlə, qarşılıqlı təsir prosesində təsirə məruz qalan obyekt və proses öz
204
dəyişmələrində təsir göstərən obyektin,
hadisənin, prosesin müəyyən xassələrini
yenidən hasil edir. Deməli, materiyanın atributiv xassəsi olmaq etibarilə inikasın
mahiyyəti aşağıdakından ibarətdir.
A obyekti V obyektinə təsir edərək onda müəyyən dəyişikliklər yaradır. Bu də-
yişiklik isə bundan ibarətdir ki, V obyekti A obyektinin strukturunu və bir sıra
funksional münasibətlərini özündə yenidən hasil edir. V obyektinin bu xassəsi bü-
tün maddi sistemlər üçün ümumi olub materiyanın "inikas" xassəsi adlanır. Məsə-
lən, insanın güzgüdə əksi, dəmirin rütubətdə paslanması, elektronun eleklrik sahə-
sində meyl etməsi, həyat şəraitinin dəyişməsilə orqanizmin rəngini və formasını də-
yişməsi və s. inikasa misal ola bilər.
Yuxarıda göstərilən mənada inikas hər yerdə, ixtiyari qarşılıqlı təsir prosesində
mövcuddur. Hər bir qarşılıqlı təsir inikas momentini
- bir maddi törəmənin digər
maddi törəmədə əks olunmasını ehtiva edir. İnikasın atributiv xarakteri hərəkətin
özünün atributiv xarakterindən törəyir. Hərəkət və qarşılıqlı təsirin mövcud olduğu
hər yerdə inikas vardır. Həm də inikas bütövlükdə qarşılıqlı təsir olmayıb, onun
yalnız bir momenti, tərəfidir. Qarşılıqlı təsir ikitərəfli (təsir və əks təsir) olduğu hal-
da inikas bu prosesdə yalnız müəyyən münasibət kimi çıxış edir. Real inikas pro-
sesləri maddi qarşılıqlı təsir əsasında yaranıb onları tələb etsələr və əksinə, inikas
xassəsi yalnız maddi qarşılıqlı
təsirlərdə təzahür etsə də, qarşılıqlı təsir və inikas
anlayışlarını eyniləşdirmək olmaz. İnikası materiyanın bünövrəsində duran atribu-
tiv xassə kimi səciyyələndirməklə fəlsəfə duyğu, qavrayış və psixikanı, insan şüu-
runun genezisini başa düşmək üçün müqəddəm şərtləri formulə etmiş olur. Bu mü-
qəddəm şərtlərdən başlıcası budur ki, inikasın ixtiyari forması və növü yalnız inki-
şafın müxtəlif səviyyələrində duran maddi törəmə və sistemlərin qarşılıqlı təsiri
çərçivəsində meydana gəlib mövcud olurlar.
Dostları ilə paylaş: