Şüur – qeyri–maddidir. Şüuru təsvir etmək olduqca çətindir. Onun reallığı gizli, sü- rüşkən və ələkeçməz olur. Fəlsəfə tarixində şüura münasibətdə çox müxtəlif mövqe və konsepsiyalar ol-
muş.
Materialist konsepsiya hesab etmişdir ki, şüur materiyanın uzun sürən təka-
mülünün nəticəsidir. Materiya, təbiət həmişə mövcud olmuş, insan isə daha sonra-
lar meydana çıxmışdır. Şüur isə materiyanın yüksək inkişaf etmiş təzahürünün, in-
san beyninin xassəsi, məhsuludur.
Qədim fəlsəfənin materialist filosofları:
Demokrit, Epikür, Lukretsi Kar və
b. iddia etmişlər ki, şüur insan bədənindən asılıdır. 0, "ruh, şüur" insanın anadan ol-
ması ilə meydana gəlir. Əgər uşaqda duymaq, hiss etmək zəifdirsə, fikirlər isə yox-
dursa, bunlar hamısı bədənin, cismin təkmilləşməsi və inkişafı ilə
əlaqədar tədricən
yaranır və inkişaf edir ki, təfəkkür meydana gəlir. Bədən zəifdirsə, məhv olub get-
dikcə şüur zəifləyir,
yox olur. Demokrit və Epikürə görə, bədənin səthinin altında
incə atomlar təbəqəsi vardır, onlar xarici siqnalı alır, şüura çevirir. Şüurun (ruhun)
daşıyıcıları həmin maddi "obrazlardır", "bədənsiz ruh boş sözdür, əbəsdir".
Qədim Yunan filosofu Heraklitin "loqos" təliminə görə sözlər, ideyalar, fikirlər
və s. bütün maddi şeylərin mahiyyətini təşkil edir. Sofistlər, xüsusilə də Sokrat fəl-
səfə tarixində ilk dəfə maddi və idealı, şeylərlə fikirləri fərqləndirmək ideyasını irə-
li sürmüşlər.
Platon isə xüsusi "İdeyalar aləmini". "Maddi aləmə" qarşı qoymuş,
birincini müəyyənedici hesab etmişdir.
Obyektiv və subyektiv idealizmin qədim və müasir nümayəndələri şüuru (ru-
hu), hansı şəkildə olmasından asılı olmayaraq ("Dünya ruhu", "Mütləq ideya", in-
san şüuru və s.) maddi gerçəkliyin əsasına qoymuş, onu materiyaya nisbətən müəy-
yənedici və ilkin substansiya hesab etmişlər.