Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə181/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   307
333 felsefe muhazireler toplusu eyani

substansional kon-
sepsiya 
adlanır. Zamana münasibətdə substansional konsepsiya məkanla birlikdə 
sistematik olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz 
əksini tapmışdır. Nyutona görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıl-
lıqla yerləşdiyi rəflər, pillələrdir. 
Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın 
relya-
sion konsepsiyası 
təlimini irəli sürmüşdür. 
Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı 
olmayaraq, müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və 
hadisələr arasındakı xüsusi tip münasibətlərdə görür. Relyasion konsepsiya öz baş-
lanğıcını Aristotelin məkan-zaman təlimindən götürür. Sonralar relyasion konsepsi-
ya dialektik materializmin məkan və zaman təliminin əsasını təşkil etdi. 
Məkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Bu kateqoriyalarda 
predmet və hadisələr arasında mövcud olan heç bir daxili, maddi əlaqə və asılılıqlar 
öz əksini tapmamışdır. Onlar sanki insanın dünya ilə təmasında dünyanın insana ən 
ilk görünən tərəfləridir. Məkan və zaman kateqoriyaları vasitəsi ilə dünya insan tə-
fəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur. İnsanın gündəlik həyatında, icti-
mai praktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə və hər şeydən əvvəl 
öz məkan və zaman xarakteristikaları vasitəsi
 
ilə təzahür etdirir. Təsadüfi deyildir 
ki, Hegel məkanı - 
"təbiətin ilk və ya bilavasitə tərifi..., onun vasitələrdən məh-
rum fərqsizliyi" 
adlandırırdı. 
Məkan və zaman kateqoriyalarının varlığın zahiri xarakteristikaları olması o 
deməkdir ki, bu kateqoriyaların məzmunu materiyanın strukturluğuna və keyfiyyət 


197
fərqlərinə (müxtəlifliyinə) münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın 
dünyaya nüfuz etməsinin elə
 
səviyyəsi əks olunur ki, həmin səviyyədə predmet və 
hadisələr arasındakı yalnız kəmiyyət fərqləri və münasibətləri təzahür edir, yəni 
varlıq özünü kəmiyyət baxımından diferensiasiya edərək fərdiləşdirir. Yəqin ki, 
Hegelin məkanı 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin