Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


man isə cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə180/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   307
333 felsefe muhazireler toplusu eyani

man isə cisim və hadisələrin müəyyən ardıcıllıq və sürəkliklə davam etməsini, 
dövrlər, mərhələlər üzrə inkişaf etməsi xassəsini ifadə edir.
Məkan-zaman ob-
yektivdir, insan şüurundan asılı deyildir. Məkan-zaman sonsuzdur, tükənməzdir, 
onların sonsuzluğu konkret cisim və hadisələrin sonluğunun vəhdətindən, məcmu-
sundan yaranır. Gerçəklikdəki bütün cisim, hadisə və proseslər dördölçülü məkan-
zaman xassələrinə malikdir. 
Bu o deməkdir ki, hər bir maddi cismin məkanda 
üç ölçüsü vardır
: uzunluğu, eni, hündürlüyü. Müvafiq surətdə bu cisim bir-birinə 
perpendikulyar üç istiqamətdə hərəkət edə bilər. Zamanın isə yalnız bir ölçüsü var-
dır: cisimlər zamanca ancaq keçmişdən gələcəyə doğru istiqamətdə hərəkət edə bi-
lərlər. Zaman qayıtmazdır, keçmişi qaytarmaq mümkün deyildir, zaman ancaq irəli-
yə hərəkət edir.
Məkan və zaman haqqındakı təsəvvürlərin meydana gəlməsi və onların kateqo-
riyalar şəklində təşkili uzun bır tarixi yol keçmişdir. Bu tarixi prosesi, xüsusən za-
man haqqındakı təsəvvürlərin inkişafı timsalında əyani şəkildə izləmək mümkün-
dür. Cəmiyyətin inkişafının elə bır mərhələsi olmuşdur ki, insanlar həmin dövrdə 
uzun müddət varlığın zaman xarakteristikasını sanki hiss etməmişlər. Cəmiyyətin 
qəbilə-icma təşkili, hər bır fərdin öz icmasından, bu axırıncının isə bütövlükdə onu 
əhatə edən təbii mühitdən amansız asılılığı həmin dövrün təfəkkür tərzinə öz təsiri-
ni göstərməyə bilməzdi. 
Lakin bu cür təfəkkür ibtidai cəmiyyət üçün xarakterik olan müvafiq stereotip 


196
doğurmaya bilməzdi: 
indi mövcud olan hər şey artıq uzaq keçmişdə də mövcud 
idi;
"indi", keçmişin əbədi dövranından başqa bir şey deyildir. 
Təsadüfi deyil-
dir ki, arxaik miflərdəki süjetlərin heç birində "keçmiş", "indi" və "gələcək" arasın-
da keçidlər və ümumiyyətlə bu kateqoriyalar özləri mövcud deyildir. Dünyanın nə 
vaxtsa formalaşmış ilkin halı,
 
həmin miflərdə demək olar ki, dəyişilmədən hər yer-
də və həmişə mövcud reallıq kimi iştirak edir. Ümumiyyətlə, mifoloji təfəkkürə də-
yişkənlik, prosessuallıq ideyaları yabançıdır. Nə vaxtsa baş verən hadisə mifdə heç 
vaxt tamamlanıb başa çatmır. Ən qəribəsi budur ki, hadisə nəinki baş verib qurtar-
mır, o heç davam da etmir. Mifik hadisə haqqında yalnız onu demək olar ki, o əbə-
di mövcuddur, lakin başlanğıcı və sonu, ardıcıl aralıq mərhələləri olan proses şək-
lində deyil, mütləq, dəyişməz olan predmet, əşya şəklində mövcuddur. 
Məkan və zaman haqqındakı təsəvvürlərin təzəcə formalaşmağı ilk dövrlərdə 
qədim insanın təfəkkürü onları hələ maddi predmet və hadisələrin ayrıca bir tərəfi 
kimi seçib ayıra bilmirdi. Varlığın məkan və zaman xarakteristikası onunla tam bi-
tişik şəkildə təsəvvür olunurdu. Məsələn, hətta Homerdə belə "gün" sözü zaman 
anlayışı ilə hansısa bir təbii predmet kimi,
 
sanki prosesin "yerişi", addımı kimi tə-
səvvür olunurdu. Məkan haqqında təsəvvürün maddi predmetlərin özündən təcrid 
olunaraq, müstəqil varlıq kimi anlaşılmasına ilk dəfə olaraq atomistlərin təlimində 
rastlaşırıq. Demokrit məkanı boşluqla eyniləşdirərək, onun mövcudluğunu atomla-
rın mövcudluğu qədər real hesab edirdi. Məkanı maddi predmetlərdən asılı olmaya-
raq mövcud olan müstəqil varlıqdan ibarət hesab edən baxış 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin