§ 4. Məkan və zaman materiyanın mövcudluq formalarıdır Dünyada mövcud olan predmet və hadisələrə müəyyən təriflərdən ölçü anlayı-
şını tətbiq etmək mümkündür. Bu ölçü ən müxtəlif xarakter daşıya bilər. Ölçü
ola-
raq cisimlərin uzunluğunu, enini, hündürlüyünü, onların
həcmlərini nəzərdə tutmaq
mümkündür. Predmetlər bir-birinə nəzərən müxtəlif vəziyyətlərdə - yuxanda, aşağı-
da, solda, sağda və s. yerləşə bilərlər. Cisimlərin malik olduqları bu xassə və müna-
sibətlər
məkan kateqoriyasının məzmununu təşkil edir.
Predmet və hadisələrin nisbi sabitliyinin, dayanaqlığının, keyfiyyət bütövlüyü-
nün də ölçüsü
vardır. Həmin ölçü predmetin və ya prosesin mövcudluq,
davametmə
müddətini ifadə edir və
sürəklik adlanır. Cisim və hadisələr nəinki öz yerləşmələri-
nə görə, həmçinin universal yaranma və yox olub getmə aktlarına nəzərən də bir-
biri ilə müəyyən münasibətlərdə olurlar. Bu axırıncılar öz
əksini
"əvvəl", "sonra", "gec", "tez" və s. kimi anlayışlarda tapır. Obyekt və proseslərin sürəkliyi və onlar
arasındakı
"gec", "tez" qəbildən olan münasibətlər
zaman kateqoriyasının ma- hiyyətini təşkil edirlər .
Məkan və zaman varlığın ən xarici və bilavasitə bəlli olan xarakteristikaları ol-
duqlarına görə, dialektik materializm onları materiyanın mövcudluğun obyektiv-re-
al formaları kimi nəzərdən keçirir.
Deməli, məkan və zaman varlığın, materiyanın mövcudluğunun obyektiv real
formalarıdır. Gerçəklikdəki bütün cisim və proseslər müəyyən məkan və zaman
mövcuddurlar.
Məkan-maddi cisimlərin və hadisələrin müəyyən yer tutumuna malik olmasını, cisimlər arasında xüsusi surətdə yerləşməsini ifadə edir. Za-