198
daşımadığını iddia edərkən belə bir faktı nəzərə almır ki, ölçmə prosesinə başlayar-
kən o fizikanın və hətta bütövlükdə təbiətşünaslığın deyil, bütün mədəni-tarixi pro-
sesin gedişində formalaşmış konkret zaman anlamından çıxış etməlidir.
Klassik
mexanika Orta əsrlər, İntibah və Yeni dövr mədəniyyətlərinin qoynunda formalaş-
mış xətti zaman konsepsiyasına əsaslanır. Nisbilik nəzəriyyəsi bu konsepsiyaya qə-
tiyyən toxunmadı; o sadəcə olaraq vaxtın ölçülməsi nəticələrinin ölçmə üsulundan
asılı olmaması haqqındakı klassik təsəvvürlə birdəfəlik üzülüşdü.
Məkan və zaman anlayışlarının onların ölçməsi üsulları ilə əvəz olunması sırf
təbii-elmi tədqiqat çərçivəsində əksərən məqbuldur.
Lakin A.Eynşteyn və onun ardıcılları bu məntiqi əməliyyatı elmi tədqiqatın
məhdud çərçivəsindən kənara çıxararaq, ona son dərəcə geniş şərh verdilər; fizika-
nın məkan və zaman anlayışlarını onların ölçülməsi üsulları ilə əvəz etməsini elmi
idrakın konkret metodu kimi deyil, bu anlayışlarını onların ölçülməsi üsulları ilə
əvəz etməsini elmi idrakın
konkret metodu kimi deyil, bu anlayışların məzmunu-
nun bütövlükdə həmin ölçmə üsulları ilə tam eyniyyəti kimi şərh etdilər. Elmi idra-
kın konkret metodlarının belə geniş şərh etdilər. Elmi idrakın konkret metodlarının
belə geniş mənada təsviri ən yaxşı halda fəlsəfi kateqoriyaların məzmununun konk-
ret elmi anlayışlarla məhdudlaşdırılmasına gətirib çıxarır. Bu isə xalis pozitivizm
mövqedir, çünki pozitivizm məzmunu konkret elmi tədqiqat hüdudlarından kənara
çıxan hər cür anlayışı metafizik adlandıraraq, məzmunsuz anlayış kimi atmağı tək-
lif edirdi.
Dostları ilə paylaş: