207
xaricdə şüur mövcud deyil. Şüur beynin daxili halı, onun funksiyasıdır, lakin bu-
nunla belə şüur idealdır və ona fiziki xarakteristikalar isnad verilə bilməz.
Psixofiziologiya, fiziologiya, ali əsəb fəaliyyəti fiziologiyası və başqa elmlərin
eksperimental məlumatları təkzibedilməz faktlarla sübut edir ki, şüur beyindən ay-
rılmazdır, şüuru materiyadan ayırmaq mümkün deyil. Özünün mürəkkəb biokimyə-
vi, fizioloji, neyrodinamik əsəb prosesləri ilə birlikdə götürülən beyin öz xassəsi
olan şüurun daşıyıcısı, onun maddi substratıdır.
Qeyd etmək lazımdır ki, şüurun beyinə münasibəti onun mürəkkəb təbiətini aç-
maq üçün də kifayət deyil. Belə ki, psixi hadisələrin fizioloji mexanizmi gerçəkliyi
subyektiv obrazlarla əks etdirən psixikanın məzmunu ilə eynilik təşkil etmir. Şüu-
run spesifik xüsusiyyəti
onun qnoseoloji aspektində, insan beynindən kənarda möv-
cud olan maddi aləmə münasibətində daha qabarıq meydana çıxır.
Maddi aləmə münasibətdə şüur onun insan beynində ali, məqsədəuyğun, funk-
sional, sosial inikasıdır. Subyektiv reallıq olan şüur obyektiv reallığın insan beynin-
də ideal inikasıdır. Gerçəkliyi adekvat, doğru, düzgün əks etdirən şüur maddi aləm
ilə, əks etdirdiyi predmet və hadisələr ilə eynilik təşkil etmir. Fikrimizdə, təsəvvü-
rümüzdə mövcud olan, qavradığımız dünya ilə gerçək dünya heç də eyni şey deyil-
dir. Şüur maddi dünyanın obrazı, şəkli, inikası olub, mahiyyəti etibarilə idealdır.
Onda cisim dəyişdirilmiş şəkildə, ideal formada əks olunur. Obraz, inikas həqiqi-
dirsə, maddi olanı doğru əks etdirirsə, deməli, məzmunu etibarilə obyektivdir. La-
kin bununla belə o, maddi ilə eyni olmayıb, ona nəzərən ikinci və ondan törəmədir.
Şüurun bütün formaları
ideal olub, insanın mənəvi dünyasını təşkil edir.
Şüur anlayışına obyektiv aləmin müxtəlif inikas formaları daxildir. Buraya in-
sanı gerçək aləmlə bilavasitə əlaqələndirən elementar inikas formalarından (duyğu,
qavrayış, təsəvvür) tutmuş beynin yüksək məhsulu olub, cisim və hadisələrin dərin
mahiyyətini, onların qanunauyğun əlaqələrini əks etdirən abstrakt təfəkkürə qədər
hər şey (anlayış, mühakimə, əqli nəticə) daxildir. Bundan belə bir nəticə çıxır ki,
şüur və abstrakt təfəkkür eyni mənalı
deyil. Abstrakt təfəkkür şüurun təzahür for-
malarından yalnız biri, onun yüksək dərəcəsidir. Lakin şüurun bütün elementləri
bir-birilə əlaqədardır. Duyğu, qavrayış, təsəvvür fikrin mənbəyidir. Bunlarsız fikir
yoxdur. Bununla belə duyğu da, qavrayış da fikri xarakter daşıyır. Beləliklə, özü-
nün bütün aspektlərində - istər beynin xassəsi kimi, istərsə də obyektiv reallığın be-
yində inikası kimi şüur öz təbiəti etibarilə idealdır.
Şüurun meydana gəlməsini və inkişafını təmin edən xarici və daxili amillər de-
terminatorlar adlanır.
Dostları ilə paylaş: