Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


Duyğu obyektiv aləmin subyektiv obrazıdır



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə199/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   195   196   197   198   199   200   201   202   ...   307
333 felsefe muhazireler toplusu eyani

Duyğu obyektiv aləmin subyektiv obrazıdır
. Duyğunun obraz olması göstə-
rir ki, onda obyektiv və subyektiv momentlər vardır, başqa sözlə, duyğu obyektivlə 
subyektivin dialektik vəhdətidir. 
Duyğu predmetin insana təsirini onun şüur "prizmasında" apardığı üçün o, əks 
etdirdiyi predmetin subyektiv, ideal obrazıdır. Duyğunun subyektivliyi aşağıdakı 
mənalarda başa düşülməlidir: əvvəla, bu o deməkdir ki, duyğu obraz kimi subyektə 
məxsus olub, ancaq onun şüurunda mövcuddur. İkincisi, həmin obraz özünün for-
ması etibarilə subyektivdir. Adətən deyilir: "duyğu məzmunu etibarilə obyektiv, 
forması etibarilə subyektivdir." Məsələn, insanda ağrı duyğuları şüurdan kənarda 
mövcud olan hər hansı predmet və ya obyektiv qıcıqlandırıcı (determinator) tərəfin-
dən yaradılır. Biz yanğı ağrısını ona görə duyuruq ki, dərimizə od, qızdırılmış cisim 
təsir etmişdir. Tamamilə aydındır ki, odun, qızdırılmış cismin özündə heç bir ağrı 
yoxdur, ağrı orqanizmin xarici təsirə xüsusi cavab reaksiyasıdır. Duyğu bir də o 
mənada obyektiv aləmin subyektiv obrazıdır ki, onda insan şüurundan kənarda 
mövcud olan cisim və hadisələrin insan orqanizminə təsiri sadəcə olaraq fikirləş-
mir, duyğuda həm də subyektlə ona təsir edən cisim və hadisənin obyektiv əlaqəsi 
əks olunur. 
Duyğu eyni zamanda insanın hiss orqanlarının və bütövlükdə orqanizmin özü-
nün fizioloji halından da asılıdır. 
Duyğu predmetin ilkin, obrazlı inikasının ən elementar formasıdır. Hissi idra-
kın spesifikası bundadır ki, hissi inikasın tərkib ünsürləri olmaq etibarilə ayrı-ayrı 
konkret duyğular reallığın surətləri olsalar da, əslində bir-birindən ayrılıqda, müstə-
qil surətdə, predmetin və ya hadisənin bütöv obrazlı inikasından kənarda mövcud 
olmurlar. Odur ki, hiss orqanları vasitəsilə biz müxtəlif məkan formalarını, rənglə-
ri, səsləri, qoxuları duysaq da, insanda bu duyğuları sintezləşdirən, onları sistemə 


217
salaraq qavrayışlara çevirən hissi qabiliyyət də təsir göstərir. Məhz qavrayışın hesa-
bına predmet şüurda özünün bütöv predmet formasında, obyektiv, şüurdan asılı ol-
mayan bütövlüyü şəklində əks olunur. Duyğunun obyektiv aləmin subyektiv obra-
zına çevrilməsi də ayrı-ayrı duyğuların hissi idrakın daha yüksək forması olan qav-
rayışa daxil edilməsi hesabına əldə edilir. 
Qavrayış 
predmetin bütöv obrazıdır. Bu obraz insana məxsus bütün analiza-
torların, yaxud da onlardan heç olmasa bir neçəsinin birgə fəaliyyəti nəticəsində ya-
ranır. Məsələn, gözümüz əlimizdə tutduğumuz almanın rəngi, forması, burnumuz 
onun iyi, dərimiz forması və temperaturu haqqında məlumat verir. Hiss orqanları-
nın verdikləri bu məlumatların birləşməsi nəticəsində şüurda almanın bütöv obrazı-
qavrayışı yaranır. Sadə mülahizələr əsasında inanmaq olar ki, qavrayış duyğuların 
mexaniki "cəmi" deyildir. Qavrayış idraki və praktiki fəaliyyətin digər aktları ilə 
bağlı olub, predmetin müxtəlif təzahürlərinin fəal sintezi sayəsində yaranır. Buna 
görə də cismin qavranılması fəal və yaradıcı prosesdir. Məsələn, biz baxdığımız 
evin yalnız bir hissəsini görsək də, ev qavrayışı onu bir müstəvidə deyil, bütövlüyü 
halında əks etdirir. Cisim hətta bilavasitə verilmədikdə belə biz qavrayış mexaniz-
minin mürəkkəb fəaliyyəti sayəsində onun şüurda bütöv obrazını yarada bilirik. Bu 
halda hissi idrakın qavrayışa nisbətən daha mürəkkəb və yüksək forması olan 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin