219
ni, onların motivlərini, məqsədə çatmağın üsul və vasitələrini və nəhayət, fəaliyyə-
tin nəticələrini ehtiva edir.
İnsanların məqsədyönlü maddi fəaliyyət formaları müxtəlifdir. Onlar həm icti-
mai istehsal prosesində, həm elmi idrakda, həm də siyasi sahədə fəaliyyət göstərir-
lər. Bu baxımdan praktikanın aşağıdakı formalarını fərqləndirmək olar:
1)
Praktikanın əsas və müəyyənedici forması olan maddi istehsal fəaliyyəti;
2)
İstehsal
münasibətləri, əməyin təşkili, sosial fəaliyyət - siyasi mübarizə,
sinfi
toqquşmalar, milli-azadlıq hərəkatları, sosial inqilablar, müharibələr;
3)
Obyektin dərk edilməsi məqsədilə həyata keçirilən
eksperimental fəaliyyət,
o cümlədən kosmik texnika, cihaz və elektron hesablayıcı maşınların tətbiqi ilə
aparılan
elmi müşahidələr;
4) İnsanların ailə-məişət sahəsindəki fəaliyyəti.
İdraka münasibətdə praktika üç qat rol oynayır.
Əvvəla
, praktika idrakın mənbəyi, əsası və hərəkətverici qüvvəsi olub, ona
ümumiləşdirmək və nəzəri cəhətdən işləmək üçün zəruri olan faktiki materiallar ve-
rir. Bununla da praktika idrakı durmadan yeni-yeni materiallarla qidalandıraraq onu
real həyatdan ayrı düşməyə qoymur. İdraka göstərilən cəhd insanın praktiki fəaliy-
yəti ilə birlikdə yaranır. İnsanın həyat mənafeyi onun praktiki fəaliyyətinin gedişin-
də daim dəyişdirdiyi gerçəkliyin bütün sahələrinin dərk edilməsini tələb edir. Tarix
göstərir ki,
elmi idrak, edilən elmi kəşflər insanların həyatı, praktiki tələbləri ilə
şərtlənib bilavasitə bəşər praktikasının inkişafından irəli gəlir.
Dostları ilə paylaş: