Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə209/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   205   206   207   208   209   210   211   212   ...   307
333 felsefe muhazireler toplusu eyani

induksiya və deduksiya
geniş yer tutur. Dialektik məntiq induk-
siyanı tədqiqat üsulu hesab edir ki, bütün köməyi ilə insan ayrı – ayrı faktların dərk 
edilməsindən ümumiləşdirmələrə, ümumi müddəalara doğru gedir. Deduktiv me-
tod, əksinə, ümumidən xüsusiyə məntiqi sürətdə keçmək formasından ibarətdir. İn-
duksiya və deduksiyanın idrak üçün çox böyük əhəmiyyəti vardır. Məs. Mendele-
yev ayrı – ayrı kimyəvi elementləri öyrənərkən elementlərin atom çəkisi ilə onların 
kimyəvi xassələri arasındakı əlaqəni tapmışdı. Bütün nəticəsində dövrü qanunun tə-
rifi verilmiş oldu. Həmin qanundan o, ayrı – ayrı elementlər üçün bir sıra xüsusi 
nəticələr çıxarmışdır. (deduksiya): Hələ kəşf edilməmiş olan yeni elementlərin xas-
sələ-rini qabaqcadan söyləmişdir, öz öyrənilmiş olan bəzi elementlərin atom çəkilə-
rini təshih etmişdir və i. ax. Hər bir elmi – tədqiqat induksiya və deduksiyanın vəh-
dətindən ibarətdir. İnduksiya – deduksiyasız mümkün deyildir. Çünki induksiya 
özü induktiv əqli nəticə prosesini izah edə bilməz. Hər cür əqli nəticə, o cümlədən 
induksiya ümumi halı bilməyə əsasən baş verir. Bu mənada hər bir əqli nəticə de-
duksiyadır. Elmi idrakda mücərrədləşdirmə geniş tətbiq edilir. Məlumdur ki, canlı 
seyr gerçəklik hadisələrini bilavasitə əks etdirir. Təfəkkür isə duyğular və qavrayış-
larla vasitələnmiş olub idrakın inkişafında yeni, keyfiyyətcə spesifik bir mərhələdir. 
Abstrakt ona görə mümkündür ki, şeyin ayrı – ayrı cəhətləri, xassələri nisbətən 
müstəqildir, buna görə də idrak prosesində bir xassəni, bir cəhəti götürüb digərləri-
ni nəzərə almamaq olar. Məs. sözün öyrənilməsində əsas diqqəti onun məna cəhəti-
nə vermək olar. Dilçiliyin semasiologiya adlanan sahəsi məhz bu cür edir. Kapita-
list istehsal üsulunun mahiyyətini anlamaq üçün ümumiyyətlə istehsalın nə olduğu-


227
nu, onun nə kimi ünsürlərdən əmələ gəldiyini, cəmiyyətin həyatında nə ki-mi yer 
tutduğunu bilmək lazımdır. Abstraksiyaların yaradılması ilə idrak prosesi başa çat-
mır. Konkret bilik, çoxcəhətli bilik əldə etmək lazımdır. Elm ayrı – ayrı abstraksi-
yalardan, yenə də konkretə doğru hərəkət edir, yüksəlir. Lakin bu, hissi – konkretə 
qayıtmaq deyil, konkretin təfəkkürdə bərpasıdır – biliyin yüksək formasıdır. Təfək-
kürdə konkret – şeylər haqqında ən dərin və məzmunlu bilikdir. Təfəkkür-də konk-
ret ona görə abstrakt bilikdən yüksəkdir ki, o, şeydə hər hansı bir mühüm cəhəti de-
yil, müxtəlif mühüm cəhətləri əlaqədar şəkildə əks etdirir, yəni şeyi bir çox cəhət-
dən götürür. Təfəkkürdə konkret, həmçinin hissi – konkret bilikdən də yüksəkdir. 
İdrakın inkişaf qanunlarını, onun dialektikasını anlamaq üçün şey haqqındakı konk-
ret biliyin əldə edilməsi prosesində tarixi ilə məntiqinin qarşılıqlı münasibətini ay-
dınlaşdırmaq lazımdır. Tarixi dedikdə şeyin özünün inkişafı nəzərdə tutulur; mənti-
qilik isə tarixinin inikasıdır. Tarixi birinci, məntiqi isə ikincidir. Məntiqi metodla 
tarixi tədqiqat metodu arasındakı ümumi cəhət ondadır ki, tarixi nədən başlayırsa, 
fikrin gedişi də ondan başlayır. Məntiqi yanaşma olmadan tarixi yanaşma – kordur, 
tarixsiz ilə məntiqi – predmetsizdir. Məntiqi yanaşma, şeyin real inkişaf prosesinin 
öyrənilməsinə əsaslanır, məqsədi də şeyin mahiyyətini aşkara çıxarmaqdır. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin