Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə207/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   203   204   205   206   207   208   209   210   ...   307
333 felsefe muhazireler toplusu eyani

Eksperiment.
Elmi tədqiqatın qədim və geniş yayılmış metodlarından biri eks-
perimentdir. Eksperiment latın sözü olub təcrübə, sübut mənasına uyğun gəlir. Eks-
periment həmişə müşahidə ilə başlıdır. Lakin müşahidədən fərqli olaraq eksperi-
mentdə insan hadisələri yalnız seyr etməklə kifayətlənməyib, həm də onlara fəal 
sürətdə müdaxilə edir, on-ların bəzilərini seçərək elə bir süni vəziyyətə gətirir ki, 
bu halda onların xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur. Ob-
yektin eksperimental öyrənilməsi müşahidə ilə müqayisədə bir sıra üstünlüklərə 
malikdir: 1) Eksperimentin üstünlüyü bundadır ki, onun vasitəsilə tədqiq olunan 
obyektin müşahidəçi üçün maraqlı olan əlaqə, münasibət və tərəflərini seçib ayır-
maq və öyrənmək mümkün olur. 2) Eksperimentin digər məziyyəti bundadır ki, o, 
obyektin xassələrini ən müxtəlif ekstremal şəraitlərdə – çox alçaq və çox yüksək 
temperaturlarda, çox yüksək təzyiqlərdə, çox böyük intensivliyə malik elektrik və 
maqnit sahələrində tədqiq etməyə imkan verir. 3) Eksperimentin səciyyəvi cəhətlə-
rindən biri də onun təkrarlanan olmasıdır. Eksperiment müəyyən elmlərdə və ilk 
növbədə fizika, kimya, biologiya və s. kimi təbiət elmlərində geniş yayılmışdır. El-
mi idrakın mühüm metodlarından biri olan eksperiment təbiətşünaslıqda geniş tət-
biq edilməklə yanaşı ictimai hadisələri öyrənmək işində də istifadə olunur, ictimai 
elmlərdə getdikcə daha böyük əhəmiyyət qazanır. Eksperimentlər öz xarakter, üsul 
və vasitələrindən asılı olaraq çox müxtəlifdir: kiçik laboratoriya təcrübələrindən 
başlamış, istehsalatda keçirilən nəhəng sınaqlara qədər müxtəlif eksperimentlər 
vardır. Müşahidə və eksperimenti tədqiqatçılar, başlıca olaraq, hiss üzvlərinin kö-
məyi ilə keçirirlər. Lakin hiss üzvlərinin imkanları məhduddur. Məs. adi göz milli-
metrin – hissəsindən kiçik olmayan predmeti görə bilir. Hiss üzvlərinin məhdudlu-
ğu cihazlar vasitəsilə aradan qaldırılır, cihaz olmadan, elm, xüsusilə müasir elm ke-
çinə, yaşaya bilməz. Məs. Müasir elektron mikroskopu predmeti milyon dəfələrlə 
böyüdür, analitik tərəzilər isə milliqramın milyonda bir hissəsi qədər asan “ağırlıq-
ları” çəkmə-yə imkan verir. Elmdə istifadə edilən cihazlar müxtəlifdir. Bunlar, hər 
şeydən əvvəl, 1) ölçü və müşahidə vasitələridir – xronometrlər, teleskoplar, volt-
metrlər, ampfimetrlər, analitik tərəzilər, seysmoqraflar, Vilson kameraları (“ele-
mentar hissəcikləri” müşahidə etmək üçün) və başqalarıdır; 2) Qeyd edən qurğular: 
– foto avadanlığı, mikrofilmlər, “yadda saxlayan” lentlər, nəzarət saatları və s. 3) 
Rabitə vasitələri: – teleqraf, telefon, radio, televiziya, radiolakatorlar, foto element-
ləri, diktafonlar, siqnal qurğuları və s. 4) Hesablama qurğuları: – hesablayıcı qurğu-
lar, (arifmometrlər, loqarifm xətkeşləri), 5) elektron hesablama – maşınları, riyazi 
cədvəllər və s. İnsanın zehin imkanlarını olduqca genişləndirən, onu çoxlu vaxt tə-
ləb edən yorucu əməliyyatlardan (hesablama, lazımi məlumatın axtarılması və s.) 
azad edən he-sablama texnikasının müasir elmdə rolu xüsusilə böyükdür. Cihazlar 
bilavasitə qavranıla bilməyən mikroprosesləri tədqiq etmək üçün çox mühüm vasi-
tədir. Həm də cihazlar tədqiqat obyektinə “genişləndirici” təsir göstərir.
Elmi idrakın metodlarından biri də 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin