Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


birincisi , biliyin obyektiv gerçəkliyin inikası olması,  ikinci-



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə203/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   199   200   201   202   203   204   205   206   ...   307
333 felsefe muhazireler toplusu eyani

birincisi
, biliyin obyektiv gerçəkliyin inikası olması, 
ikinci-
si,
biliyin insanların tarixi istehsal fəaliyyətinin məhsulu olması, 
üçüncüsü
isə bili-
yin onun mövcudluq forması olan dil ilə əlaqədar olmasıdır. 
Hazırda strukturundan və inkişaf xarakterindən asılı olaraq biliyin empirik və 
nəzəri səviyyələri bir-birindən fərqləndirilir. Tədqiq olunan cisim və proseslər haq-
qında yalnız ayrı-ayrı fakt və məlumatların toplandığı empirik səviyyədə müşahidə, 
müqayisə, ölçmə, eksperiment metodlarından istifadə olunur. Biliyin yüksək səviy-
yəsini nəzəri bilik təşkil edir. Biliklərin sintez olunduğu bu səviyyədə elmi hipotez-
lərin və nəzəriyyələrin quraşdırılması, qanunların formulə edilməsi və onlardan 
müvafiq nəticələr çıxarılması və s. baş verir. Biliyin müxtəlif səviyyələrini ifadə 
edən empirik və nəzəri bilik bir-biri ilə dialektikcəsinə bağlıdırlar: nəzəri bilik em-
pirik bilik əsasında yaranır, empirik bilik isə öz növbəsində nəzəri biliklə gerçəklik 
arasında əlaqələndirici həlqə
 
rolunu oynayır. Nəzəri biliyin xüsusiyyəti yalnız em-
pirik biliyi sistemləşdirməsində deyil, həm də empirik biliyə nisbətən gerçəkliyi da-
ha dolğun, adekvat əks etdirməsindədir. Empirik bilik idrak obyektini onun tarixi 
inkişafından, digər obyektlərlə qarşılıqlı əlaqəsindən və deməli, daxili ziddiyyətlə-
rindən kənarda öyrənirsə, nəzəri bilik obyekti onun qərarlaşması, formalaşması 
prosesində, yəni daxili ziddiyyətləri ilə vəhdətdə öyrənir. 
Bilik anlayışına verdiyimiz bu qısa xarakteristikadan aydın görünür ki, bilik in-
sana ətraf aləmdə düzgün istiqamət götürməyə, proses və hadisələrin rasional izahını 
verməyə, öz fəaliyyətini planlaşdırmağa və reallaşdırmağa, yeni biliklər əldə etməyə 
imkan verir. Bilik həm də gerçəkliyin dəyişdirilməsi vasitəsi olub, sürətlə inkişaf 
edən və öz inkişaf tempinə görə mövcud sistemləri qabaqlayan dinamik sistemdir. 
Bilik necə yaranır və hansı yollarla inkişaf edir? Son 20-25 ildə istehsalın və 
mə'nəvi-mədəni fəaliyyətin bütün sahələrinin intensiv kompüterləşdirilməsi ilə əla-
qədar olaraq informasiyanın təbiətinin və mahiyyətinin öyrənilməsinə maraq xeyli 
artmışdır. Hazırda kompüterlərdən informasiyaları ötürmək, onları qoruyub saxla-
maq, kodlaşdırmaq, dekodlaşdırmaq və çevirmək üçün geniş istifadə olunur. Kom-
püterlər əsasında əvvəllər ancaq insanın həll edə bildiyi bir çox məsələlərin həlli 
üçün istifadə olunan xüsusi informasiyalar və biliklər bazası yaradılırdı. Bununla 
əlaqədar olaraq elmi ədəbiyyatda "bilik" və "informasiya" anlayışları tez-tez eyni-
ləşdirilir. Bu halda biliyə gerçəkliyin ən yüksək inikas forması, inikasın özünə isə 
materiyanın ən ümumi, fundamental xassəsi kimi baxılır. Bununla əlaqədar olaraq 


221
bilik və informasiya anlayışlarının münasibətinin, vəhdət və fərqinin aydınlaşdırıl-
ması mühüm əhəmiyyət kəsb edir. Biz dedikdə ki, A obyekti B obyektini əks etdi-
rir, bunu başa düşürük ki, A-da baş verən müəyyən dəyişikliklər B-də baş verən 
müvafiq dəyişikliklərə mütabiq olub, bilavasitə onlarla şərtlənir. İnformasiya de-
dikdə qarşılıqlı təsirin xüsusi üsulu, həm də elə üsulu nəzərdə tutulur ki, bu zaman 
inikas prosesindəki dəyişikliklər B-dən A-ya ötürülür və bu proses obyektdən sub-
yektə doğru yönələn və onda xüsusi tərzdə çevrilən siqnallar axını vasitəsilə realla-
şır. İnformasiyanın mürəkkəblik dərəcəsi və formaları obyektin və subyektin key-
fiyyət xarakteristikasından, müxtəlif formalardan, o cümlədən dil işarələri vasitəsilə 
ötürülən siqnallar tipindən asılıdır. Bilik cəmiyyətdə fəaliyyət göstərən informasi-
yanın əldə edilmiş ən yüksək səviyyəsidir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin