230
pi, obyektivlik prinsipi, inkişaf prinsipi, determinizm prinsipi, tarixilik prinsi-
pi, həqiqətin konkretliyi prinsipi, nəzəriyyə ilə praktikanın vəhdəti prinsipi
və
b. Bu prinsiplərdə gerçək aləmin ən ümumi əlaqə və münasibətləri əks olunmuşdur.
Dialektikanın qanunları və kateqoriyaları da onun zəruri komponentləridir. Dialek-
tika həmçinin nəzəriyyə və metodun vəhdətidir. Buna görə də nəzəriyyənin funksi-
yasını yalnız fəlsəfi materializmə, metodun funksiyasını isə yalnız dialektikaya is-
nad verən nöqteyi-nəzərlər düzgün sayıla bitməz.
Dialektika
mürəkkəb struktura malik olub,
dörd tərkib hissədən
ibarətdir.
Əvvəla,
dialektika təbiət haqqında, onun hərəkəti və inkişafının ümumi qanun-
ları haqqında fəlsəfi tə'limdir.
İkincisi,
cəmiyyət haqqında onun tarixi hərəkəti və
inkişafının ümumi qanunları haqqında fəlsəfi təlimdir.
Üçüncüsü,
dialektika təfək-
kür haqqında, onun formaları və qanunları haqqında fəlsəfi təlimdir, yəni dialektik
məntiqdir.
Nəhayət,
dialektika idrak haqqında, onun forma və metodları haqqında
fəlsəfi təlimdir.
Dialektikanın strukturu haqqında deyilənləri yekunlaşdırıb aşağıdakı
nəticəyə
gəlmək olar.
Dostları ilə paylaş: