238
xassələrini
itirməsi, onun elə keyfiyyətini itirməsi deməkdir. "Alma" əgər dadını,
iyini, görünüşünü, fiziki xassələrini və s. itirirsə, o artıq alma deyil, lazımsız bir əş-
ya, tullantıdır. Keyfiyyət və xassə obyektivdir, cisim və hadisələrə daxilən xasdır,
atributiv səciyyə daşıyır.
Kəmiyyət
- cisim və hadisələri fərqləndirən obyektiv dərəcədir.
Kəmiyyət -
predmet və əşyanın məkanda ölçüsünü,
çəkisini, yerləşmə ardıcıllığını, böyük-
lüyünü, həcmini, sürəkliyini, dəyişmə sürətini, inkişaf dərəcəsini, intensivliyi-
ni, ümumiyyətlə miqdar müəyyənliyini ifadə edən fəlsəfi kateqoriyadır.
Bir
qayda olaraq
kəmiyyət rəqəmlə ifadə olunur, ölçü, çəki, həcm və s bildirir.
Ölçü anlayışı isə müəyyən zaman və interval daxilində cisim və hadisənin
vəhdət halında götürülmüş öz kəmiyyət və keyfiyyətinin olduğunu ifadə edir.
Deməli, hər bir cismin keyfiyyət və kəmiyyəti müəyyən
ölçü daxilində mövcud
olur. Bu mənada Hegel qeyd edirdi ki, ölçü cismin kəmiyyət-keyfiyyətidir.
Ölçü-
kəmiyyət xassələrinin elə mövcudolma intervalıdır
ki,
həmin çərçivə daxilində
mütləq cismin keyfiyyəti də mövcud olur.
Ölçü pozulduqda, onun "sərhəddi ke-
çildikdə",
necə deyərlər, cisim köhnə halında
qala bilmir, o başqa cismə çevrilir.
Dostları ilə paylaş: