Sıçrayış -
köhnə keyfiyyətdən yeni keyfiyyətə keçid formasıdır, predmet və hadisənin açıq, sürətli keyfiyyət dəyişkənliyinin ifadəsidir. Keyfiyyət dəyişkən-
liyinin tədricən baş verməsi belə, yenə sıçrayışdır, çünki burada köhnə keyfiyyət
halından yenisinə keçilir. Buna görə də sıçrayışın da iki növü fərqləndirilməlidir:
tədrici (yavaş-yavaş) və
ani, sürətlə (təcili, qəflətən) baş verən keyfiyyət dəyişik-
liklərini ifadə edən sıçrayışlar. Deməli, sıçrayışlar vaxt etibarilə qəflətən, ani olaraq
da baş verə bilər, illərlə davam edən bir müddət ərzində də baş verə bilər. Məsələn,
Yer üzərində insanın əmələ gəlməsi milyon illərlə davam edən ən böyük keyfiyyət
sıçrayışıdır. Müəyyən bir sosial inqilab isə bir il müddətində və ya bir ay, bir neçə
gün və bir an içərisində baş verə bilər. Əgər mikroproseslərdə sıçrayış ani, hətta bir
saniyədə baş verirsə, kosmik proseslərdə milyard illəri əhatə edir.
Məhz bu cəhətlərə görə inkişafın təkamül və inqilab kimi iki formasını da qeyd
etmək olar. Təkamül tədrici kəmiyyət artımı mərhələsinə, inqilab isə keyfiyyət də-
yişikliyi mərhələsinə, sıçrayışlara uyğundur. Təkamül - mövcud olanın tədricən,
kəmiyyətcə dəyişməsini nəzərdə tutursa, inqilab mövcud olanın əsaslı keyfiyyət də-
yişikliyidir, sıçrayışdır. Onlar qarşılıqlı əlaqədədir və inkişaf prosesində biri digəri-
nə keçə bilər. Lakin fəlsəfə tarixində təkamül və inqilabın qarşılıqlı təsir əlaqələrini
qəbul etməyən baxışlar da olmuşdur. Məsələn, inkişaf haqqında metafizik konsep-
siya tərəfdarları inkişaf prosesində inqilabi sıçrayışları rədd edir, ancaq təkamül ar-
tımını, azalma və artmanı, təkrarı qəbul edir, keyfiyyət dəyişkənliyini deyil, təka-
mülü, tədrici inkişafı məqbul sayırlar.
İnkişafın ən ümumi və obyektiv qanunu olan kəmiyyət dəyişmələrinin keyfiy-
yət dəyişmələrinə qarşılıqlı keçməsi - "öz hərəkətin", "özinkişafın" mexanizmini,
xarakterini, mahiyyətini ifadə edir, inkişafın necə, hansı formalarda baş verdiyini
müəyyən edir, insanları inkişafın səciyyəvi xüsusiyyətləri, formaları, mərhələləri və
s. haqqında qanunauyğunluqlarla silahlandırır. Bu da insanlarda nəzəri təfəkkürün
inkişafına və əməli işlərində daha fəal olmasına kömək edir.