eyniyyət cəhətləri, həm də onları ümumidən ayıran
fərqlilik vardır.
Eyniyyət – predmet,
hadisə və
proseslərlə başqa predmet, hadisə və proseslər və onların öz daxili tərəfləri arasın-
dakı əlavə və münasibətlərin məzmun və formaca, xassə və vasitəcə oxşar, ümumi
eyniyyət təşkil edən cəhətlərinin ifadəsinə deyilir.
Fərqlilik - predmet,
hadisə və
prosesin daxili tərəf və meyllərini bır-birindən və başqa xarici hadisələrdən ayıran,
fərqləndirən cəhətlərin ifadəsinə deyilir. Eyniyyət və fərqlilik anlayışları nisbidir,
müəyyən şərait dəyişdikdə bir-birinə keçə, çevrilə bilərlər. Ümumiyyətlə, təbiətdə
və cəmiyyətdə mütləq və əbədi eyniyyət mövcud deyildir, bütün cəhətləri, xassələri
ilə bir-biri ilə "eyniyyət" təşkil edən iki insan, iki bitki və s. tapmaq mümkün deyil-
dir. Hadisələr arasındakı müxtəliflik, fərqlilik cəhətləri, meylləri isə mütləqdir, on-
lar inkişaf edərək ziddiyyətə gətirib çıxara bilərlər.
Ziddiyyət - predmet, hadisə və
proseslər və onların daxili tərəfləri arasındakı fərqliliyin dərinləşməsi, kəskinləşmə-
sidir, mənafe uyğunsuzluğu və əksliyinin ifadəsidir. Ziddiyyət əksliyə, əkslik də
ziddiyyətə çevrilə bilər.
Predmel və hadisələr daxilən obyektiv ziddiyyətli təbiətə malikdir. Məhz belə
ziddiyyətli mahiyyət hadisənin ümumi inkişafını şərtləndirir. Lakin fəlsəfə tarixin-
də bu ümumi qanunauyğun müddəaya münasibət müxtəlif cür olmuşdur. Heç də
bütün fəlsəfi cərəyanlar ziddiyyətin obyektivliyini və hadisələrə daxilən xas oldu-
ğunu qəbul etməmişlər. Hələ Aristotel qeyd edirdi ki, ola bilməz ki, bir hadisəyə
həm "hə", həm də "yox' deyəsən. Müsbət və mənfi cəhətlər eyni hadisəyə daxilən
əks ola bilməz, "hə-hədir, yox-yoxdur", başqa cür ola bilməz. Aristotel "Metafizi-
ka" əsərində qeyd edirdi ki, əgər bir şeyi eyni zamanda təsdiq və
inkar etməklə düz
danışmaq mümkün olmazsa, eynilə o da mümkün deyildir ki, bir-birinə əks olan tə-
rəflər birlikdə