Qeyri-əsas ziddiyyət inkişaf üçün
aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyə-
ti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas
olsa da, sosial-siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi,
qeyri-əsas olsa belə çox əhəmiyyətli və təsirlidir. Hansı cəmiyyətdə qeyri-əsas zid-
diyyətləri az əhəmiyyətli hesab edirlərsə, onlara laqeydlik göstərirlər, orada cəmiy-
yətin bütövlükdə hərtərəfli tərəqqisi və inkişafından söhbət gedə bilməz.
Başlıca və başlıca olmayan ziddiyyətlər də mahiyyət etibarilə əsas və qeyri-
əsas ziddiyyətlərə yaxındır, onlara bənzəyirlər. Lakin burada əsasən bir cəhətə (fər-
qə) diqqət yetirilməlidir. Başlıca ziddiyyət daxili və xarici, əsas və qeyri-əsas olma-
sından asılı olmayaraq, müəyyən zaman daxilində birinci yerə çıxan, həllini tələb
edən ziddiyyətdir.
Ziddiyyətlərin növlərindən birini də
antaqonist və qeyri-antaqonist ziddiy- yətlər təşkil edir. Bunlar təbiətdə bu və ya digər ziddiyyətlərdir, cəmiyyətdəki
müxtəlif ictimai və sosial-siyasi mənafeləri olan siniflər, sosial təbəqələr, qruplar,
xalq və millətlər, ictimai hərəkatlar partiyalar və i.a. arasında mövcud olan qarşılıq-
lı əlaqə və münasibətləri əks etdirən ziddiyyətlərdir.
Antaqonist ziddiyyətlər - ictimai-iqtisadi və sosial-siyasi mənafeləri bir-biri-
nə əks olan siniflər, sosial qruplar və təbəqələr arasındakı ziddiyyətlərdir. Bu zid-
diyyətlərin əsas xüsusiyyəti odur ki, onlar çox
hallarda münaqişəyə, toqquşmaya
gətirib çıxarır, bu toqquşmada ziddiyyətə girən tərəflərdən biri və ya hər ikisi sıra-
dan çıxır: onları yeni ictimai qüvvələr əvəz edir. Və ya bu ziddiyyətlər tənzimetmə,
idarəçilik, islahat yolu ilə deyil, münaqişə yolu ilə həll olunur.
Qeyri-antaqonist ziddiyyətlər - əsas mənafeləri bır-birinə uyğun gələn, lakın müəyyən mənafeləri
fərqli