Sual 1. Seçkil
ərin mahiyyəti və funksiyaları
Demokratiyanı seçkisiz təsəvvür etmək mümkün deyil. Seçki-səsvermə
yolu ilə nümayəndəli siyasi
hakimiyyətin formalaşdırılması vasitəsidir. Müasir dövrdə politoloqlar seçkilərin funksiyalarını aşağıdakı kmi
ümumiləşdirir:
1. İctimai maraqların təqdim olunması. Müasir dünyada demokratiyanın ən effektli və gerçək forması plüralist,
nümayəndəli demokratiya hesab olunur. Cəmiyyətdəki çoxsaylı qruplar, ayrı-ayrı vətəndaşlar öz maraqlarını ifadə
edən, ümidlərini doğruldan siyasi partiyalar, ictimai təşkilatlar və şəxsiyyətlər axtarır və onların
vasitəsiylə siyasi
hakimiyyət formalaşdırmağa çalışır. Doğrudur bir çox hallarda insanlar öz seçdiklərindən gözlədiklərini ala bilmir,
seçilənlər seçicilərin 103 etimadını doğrultmur. Lakin nümayəndəli demokratiyanın maraqlı cəhətlərindən biri də məhz
budur. Yəni seçicilərdən seçkiyə diqqətli və həssas yanaşma tələb olunur. Seçkilər ərəfəsində seçici daim axtarışda
olur, yaxşıların-yaxşısını tapmağa çalışır. Bu isə öz növbəsində aktiv siyasi fəaliyyət, vətəndaş mövqeyi, demokratik
vərdişlərə yiyələnmə, siyasi cəhətdən maariflənmə deməkdir.
2. Hakimiyyətin legitimliyi. Xalqın formalaşdırdığı hakimiyyət legitim, yəni qanuni hakimiyyətdir. Buna görə
də legitimlik seçkilərlə sıx bağlıdır. Əgər seçkilərin nəticələri əhalini qane etmirsə, vətəndaşlar seçkilərin azad, bərabər
və ədalətli olduğuna inanmırsa, bu zaman hakimiyyətin legitimliyi şübhə altına düşür. Belə hakimiyyətlər qanunsuz
sayılır və cəmiyyət tərəfindən tanınmır.
3. Siyasi həyatın sosial barometri. Vətəndaşların
siyasi institutlara, bütövlükdə mövcud siyasi rejimə
münasibətini formalaşdaran da seçkilərdir. Siyasi hakimiyyətlərin yürütdükləri sosial siyasət onların nüfuzuna ciddi
təsir göstərən amllərdəndir. Son dövrlər Avropanın bir sıra partiyaları iqtisadiyyatın qloballaşması
istiqamətində
yürütdükləri siyasətə görə xeyli seçici itirdilər. Belçika, Norveç, İsveçrə, Almaniya, Danimarka,
Avstriya kimi
ölkələrdə insanların bir qismi, məhz iqtisadiyyatın qloballaşması nəticəsində müəyyən sosial problemlərin yarandığı
qənatindədirlər. Türkiyədə Ədalət və Kalkınma Partiyası (AKP) isə iqtidar dönəmlərindəki sosial siyasətə görə yenidən
iqtadarda qala bildi.
4. Siyasi elitanın formalaşması. Seçki siyasi elitanı formalaşdıran, onu yeniləşdirən əsas mexanizmdir. Siyasi
elita yeniləşməyəndə, inkişaf etməyəndə siyasi hakimiyyətin formalaşması prosesində də durğunluq yaranır və bu
vəziyyət bütövlükdə cəmiyyətin inkişafına neqativ təsir göstərir.
5. Vətəndaşların siyasi iştirakının instituallaşması. Siyasətin subyektləri siyasi
proseslər çərçivəsində öz
maraqlarını həyat keçirmək üçün çeşidli səylər göstərir. Onların siyasi davranış formaları müxtəlif olur. Ölkədə
stabilliyə nail olmaq üçün, ilk növbədə, vətəndaşların öz iradələrini seçki vasitəsiylə həyata keçirmələrinə təminat və
şərait yaradılmalıdır. Demokratiyada siyasi iştirakın vacib institusional forması-seçkidə iştirakdır.
6. Siyasi sosiallaşma. Cəmiyyətdə vətəndaşların siyasətə cəlb olunma dərəcəsi o qədər də böyük deyil. Amma
buna baxmayaraq hər bir vətəndaşın siyasi sistemə adaptasiyası vacib şərtlərdəndir. Seçki kampaniyaları zamanı siyasi
partiyalar insanlarda müxtəlif dəyərlər və əminliklər formalaşdırmağa çalışır. Adi vətəndaşlarda isə seçkilər dövlətə,
dövlətçiliyə sayğı, onun qarşısında məsuliyyət hissləri yaradır.
Hansı seçkiləri gerçək demokratik seçkilər hesab etmək olar?
Gerçək demokratik seçki bir sıra tələblərə cavab verməlidir. Bunlardan biri seçkilərin zəruri və dövri olmasıdır.
Seçkilərin zəruriliyi tələbi siyasi hakimiyyətin formalaşmasının başqa yolunu qəbul etmir.
Dövrilik isə siyasi
hakimiyyətlərin fəaliyyət dövrlərinin qanunla çərçivələnməsidir. Siyasi hakimiyyətlər əbədi ola bilməz. O müəyyən
zaman çərçivəsində fəaliyyət göstərməlidir.
Digər bir tələb seçkilərin şəffaflığıdır. Bu tələbə görə seçici, seçkili orqanlara namizədlər haqqında məlumatlar
almaq imkanına malik olmalıdır. Eyni zamanda, seçkilərin və səsvermənin nəticələri təhrifsiz bütün vətəndaşlara elan
edilməlidir. Gerçək demokratik seçkilər üçün vacib tələblərdən biri də, onun azad olmasıdır. Vətəndaş seçkidə iştirak
etməyə, kimə səs vermək məsələsinə ozü qərar verməlidir. İnsanları hansısa namizədə, partiyaya səs verməyə məcbur
etmək, onları inzibati qaydalarla səfərbərliyə almaq seçki azadlığının ortadan qaldırılması deməkdir.
Seçkilərdə alternativlik olmalıdır. Rəqib və rəqabət olmadan demokratik seçki keçirmək mümkün deyil.
Müqayisə etmək, paralellər aparmaq üçün seçkidə alternativlər olmalı, 105 vətəndaşlar ideyaları, dəyərləri,
çeşidli
proqramları seçmək imkanı qazanmalıdır.