edilir. Proporsional seçki sistemi də dünyada geniş yayılmış sistemlərdəndir. Hazırda Avstriya,
Danimarka, Belçika,
Braziliya, İsrail, Portuqaliya, İsveçrə, Hollandiya kimi ölkələrdə bu seçki sistemi tətbiq olunur. Səslərin həddən artıq
bölünməsinin qarşısını almaq üçün bir çox ölkələrin seçki qanunvericiliyi zəruri minimum hədd müəyyənləşdirir. Seçki
108 barajı adlandırılan bu minimum hədd, müxtəlif ölkələrdə müxtəlif cürdür. Məsələn, bu baraj Misirdə 8%, İsveçdə
4%, Argentinada 3%, Türkiyədə 10%-dir.
Bu barajı aşa bilməyən partiyalar parlamentdə heç bir yer ala bilmir. Toplanan səslərin nəticələrinə mütənasib
olaraq partiyalar parlamentdə təmsilçilik üçün mandat qazanırlar. Partiya siyahılarından namizədlərin mandat
qazanması iki əsas prinsip əsasında müəyyənləşdirilir:
1. Növbəlilik, yəni deputat mandatı partiya siyahısındakı birinci namizəddən başlanaraq ardıcıllıqla qazanılır.
2. Preferensiallıq (rəğbət), yəni seçicilər rəğbətdən asılı olaraq namizədlərin siyahıdakı yerini dəyişə bilirlər. Bu
prinsipin
üstün cəhəti odur ki, majoritar seçki sistemində olduğu kimi seçicilərin siyasi rəyi və istəyi nəzərə alınır.
Lakin proporsional seçki sistemi də ideal deyil, onun da çatışmayan cəhətləri var. Bu seçki sisteminin tətbiq
olunduğu ölkələrdə bir çox hallarda cəmiyyətin siyasi həyatında ciddi rol oynaya bilməyən xırda partiyalar da böyük
partiyalar kimi parlamentdə təmsil oluna bilir və siyasi hakimiyyətin fəaliyyətinə təsir göstərmək imkanı qazanırlar.
Məsələn, 1990- cı ildə Polşa Seyminə seçkilər zamanı ölkədə elə də nüfuzu olmayan pivəsevərlər partiyası 3% seçici
(sonra Polşada barajı aşma faizi dəyişdirildi) səsi qazandı və parlamentdəki 460 mandatdan 16 mandata sahib oldu. Bu
seçki sistemi parlamentli və yarıprezidentli idarəçilik forması olan dövlətlərdə də problemlər yaradır. Belə ki, hökumət
formalaşdırmaq üçün zəruri səs toplaya bilməyən partiyalar koalisiyalı hökumət qurmağa məcbur olur. Belə
hökumətlər isə tez-tez böhranlarla üzləşir. Məsələn, Türkiyədə son beş ilə qədər qurulan hökumətlər koalisiyalı
hökumətlər idi və bu üzdən də onların fəaliyyəti siyasi böhranlarla müşaiyət olunurdu. 1990-cı illərə qədər İtaliyada da
eyni siyasi vəziyyət mövcud idi. Formalaşan koalisiyalı hökumətlərin ömrü bir ildən artıq olmurdu. Proporsional seçki
sisteminin çatışmayan 109 cəhətlərindən biri də seçicilərin konkret
namizədə deyil partiyaya, siyasi bloka səs
verməsidir. Bu, eyni zamanda deputatların partiyalardan asılılığını artırır. Çünki siyahıdakı ardıcıllığı partiya
müəyyənləşdirir.
Qarışıq sistemin mahiyyəti odur ki, parlamentin bir hissəsi konkret, yəni təkmandatlı dairələrdə qələbə çalmış
namizədlərdən, digər hissəsi isə partiya və blokların siyahısı üzrə müəyyənləşdirilimiş namizədlərdən formalaşdırılır.
Yəni bu sistem proporsional və majoritar
seçi sistemlərinin sintezindən, qarışığından ibarət bir sistemdir. Belə
seçkilərdə hər bir seçici 2 səsə malik olur. Başqa sözlə, bir seçici həm majoritardan olan namizədə, həm də partiyanın
və yaxud seçki blokunun namizədinə səs verir. Majoritar seçki sistemində seçici konkret bir dairənin namizədinə səs
verirsə, proporsional sistemə əsasən seçici bütün ölkə üzrə hansısa partiya və seçki blokuna səs verir. Qarışıq seçki
sistemi hazırda Almaniya, Litva, Yaponiya, Türkiyə, Meksika və b. ölkələrdə tətbiq edilir.
Dostları ilə paylaş: