243
möhkəmlənməsi, inkişaf etməsi və qələbəsidir, eyni zamanda köhnənin bir çox cə-
hətlərinin yenidən təkrarlanmasıdır.
"İnkar"
terminini fəlsəfəyə ilk dəfə Hegel gə-
tirmiş, "inkarı inkar" bir ümumi dialektik qanun şəklində də Hegel işlətmişdir. Lakin
obyektiv idealizm mövqelərində duran Hegel bu qanunun fəaliyyət mənbəyini və
mahiyyətini də idealistcəsinə mənalandırmışdır. Hegelin dialektik sistemində inkişaf
məntiqi ziddiyyətlərin əmələ gəlməsi və aradan qaldırılmasından ibarətdir. Bu məna-
da inkişaf köhnə mərhələnin
daxilən inkar edilməsidir, sonra isə həmin inkar edən
yenə də bir müddət inkişafından sonra inkar olunur: inkarı inkar baş verir. Bu inkarlı
inkişafda isə köhnə tamam yox olmur, sanki inkar olunan həm də bərpa olunur, yeni-
dən təkrar edilir. Hegelin fikrincə, inkarın əsasında ideyanın, fikrin inkişafı və dəyiş-
məsi durur, gerçəklikdəki inkarlılıq fikri inkarın əşya və hadisələrdə özünü göstərmə-
sidir. Lakin bu qanunun məzmununa daxil olan bir sıra məsələlər-yeninin qarşısıalın-
mazlığı,
köhnənin inkar edilməsi, inkişafda varislik əlaqəsi, inkişafın
düz xətt üzrə
getməməsi və s. fəlsəfə tarixində Hegeldən çox əvvəllər də məlum idi.
İnkarlı inkişaf xüsusiyyəti gerçəklik hadisələrinə daxilən xasdır, o hadisələrə
kənardan gətirilə bilməz, obyektivdir, maddi hadisələrin inkişafının real momenti-
dir. "Heç bir sahədə öz əvvəlki mövcudluq formalarını inkar etməyən inkişaf baş
verə bilməz" (K.Marks). Təbiət, cəmiyyət və təfəkkür inkişafının verdiyi çoxsaylı
və hətta sadə, adi məlumatlar belə inkarı inkarın ən ümumi qanun olduğunu aydın
sübut edir. Neçə milyon illərlə davam edən Yer qabığının inkişafı və formalaşması
bir neçə geoloji dövrlərdən keçmişdir. Əvvəlki mərhələ üzərində əmələ gələn hər
bir yeni dövr köhnədən özünə zamin götürərək onu əvəz etmiş, bu prosesin təkrarı
üzrə inkarlı inkişaf baş vermişdir. Elmi məlumatlara görə Yer üzərində insanın
əmələ gəlməsindən indiyədək təqribən 55-ə yaxın nəsil bir-birini əvəz etmiş, bəşə-
riyyətin inkişafı mümkün olmuşdur. Lakin hər nəsl köhnə nəslin yaratdığı maddi və
mənəvi sərvətlərdən özünə faydalı olanları mənimsəmiş, ümumi varislik yaradaraq
köhnəni inkar edə-edə inkişaf etmişdir. F.Engels "Anti Dürinq" əsərində arpa dəni-
nin timsalında inkarı-inkarı belə izah etmişdir: "Əlverişli iqlim şəraitində, rütubət
və Günəş şüaları altında torpağa düşmüş arpa dəni cücərir, həmin cücərti üçün əl-
verişli nə varsa "götürülür", sonra əmələ gələn arpa gövdəni inkar edir, lakin toxum
"yox olmur", onda cücərti üçün əlverişli
nə varsa "götürülür",
sonra əmələ gələn ar-
pa gövdəni inkar edir, inkarı-inkar baş verir, inkişaf davam edir". Cəmiyyət və id-
rak hadisələri də belədir. Köhnə zəminə əsaslanmayan və onu inkar etməyən heç
bır sosial-siyasi hadisə (sinif, dövlət, istehsal, mədəniyyət və s.) baş verib inkişaf
edə bilməz. Biliklərimiz biliksizlikdən az biliyə, az bilikdən daha zəngin, daha də-
rin biliyə doğru sonsuz inkarlı bir yol keçir.
Lakin inkarı-inkar nə qədər ilkin ana qayıtma, köhnənin
təkrar edilməsi olsa
da, bu heç köhnəyə sadəcə qayıdış, köhnənin olduğu kimi təkrarlanması demək de-
yildir; onun yeni əsaslarda inkişafı, daha da zənginləşməsi, yüksəldilməsidir. Bu,
"yeni anlayışdır, lakin köhnəyə nisbətən daha yüksək, daha zəngin anlayışdır. Köh-
nə onun inkarı və ziddiyyətləri ilə zənginləşmişdir: inkar edən özündə köhnəni də
əks etdirir, lakin
daha çox, onun özündə olandan daha artıq əks etdirir. Bu, onun
vəhdəti və əkslikləridir".