§ 2. Ən ümumi və ya universal əlaqələri ifadə edən kateqoriyalar a) Tək, xüsusi və ümumi .
Hər bir əşya, hadisə və prosesdə yalnız onun özünə-
məxsus, onu başqalarından, hətta ona çox oxşar hadisələrdən fərqləndirən bir sıra
xüsusi cəhətlər vardır. Məsələn, müəyyən konkret bir şəxsin (Əli, Kərim, Məhəm-
məd və b.) özünəməxsus danışıq tərzi, qavrama qabiliyyəti, vərdişləri, yerişi və s.
vardır. Məhz bu cəhətləri ilə o başqa adamlardan ayrılır, fərqlənir, təklənir. Deməli,
obyektiv aləmin məlum konkret fərdi əşyası, hadisə və prosesi təki (təkcəni, "ayrı-
ca"nı) təşkil edir.
Tək - özünəməxsus keyfiyyət, zaman, məkan və digər xüsusiy- yətləri ilə başqa, hətta oxşar əşya, hadisə və proseslərdən fərqlənən ayrıca gö- türüləni, təkcəni səciyyələndirir. Hər bir əşya, hadisə və prosesdə eyni zamanda onu başqaları ilə yaxınlaşdıran,
ümumiləşdirən, "eyniləşdirən" bir sıra ümumi cəhətlər də vardır. Məhz bu keyfiy-
yət xüsusiyyətləri ilə tək bir nəfər ailə, kollektiv, sinif, millət, nəhayət, cəmiyyətlə
qovuşur, ümumiyə çevrilir. Bu isə o deməkdir ki, tək hadisə ayrılıqda mövcud ola
bilməz; bir adamın ölkədə, regionda, Yer kürəsində yaşayan milyonlarla insanlarla
çoxlu ümumi cəhətləri, əlaqələri, oxşar taleləri vardır. Bütün insanların ümumi ana-
tomik-fizioloji quruluşu, psixik-şüurlu fəaliyyəti, sosial-ictimai əlaqələri vardır.
Deməli, tək həm də ümumidir, tək ümumiyə doğru aparan çoxsaylı əlaqələrdə
mövcuddur; ümumi isə təkdir, təklərin oxşar cəhətlərinin məcmusundan ibarətdir;
tək və ümumi arasında sintetik çevrilmə əlaqəsi mövcuddur.
Ümumi- odur ki, onun
vasitəsilə çoxlu tək-tək, ayrı-ayrı əşya, hadisə və proseslər arasındakı oxşar, ümumi
cəhətlər təmsil edilmiş olur. Deməli,
ümumi-ayrıca götürülmüş xüsusi əşya,