Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I



Yüklə 23.33 Kb.
PDF просмотр
səhifə1/8
tarix02.12.2016
ölçüsü23.33 Kb.
  1   2   3   4   5   6   7   8

TAPMACALAR
AZ8RBAYCAN REStMBLİKASt PREZjDENrrİNİN 
İ Ş L Ə R   İ D A R Ə S İ N İ N
K İ T  A B X A N A S I
“ŞƏRQ-QƏRB”
BAKI-2004

r ıs
Bu kitab  “Tapmacalar” (Bakı,  Elm,  1971) nəşri əsasında 
təkrar nəşrə hazırlanmışdır
Toplayanı və tərtıb edəni: 
Nurəddin Seyidov
Redaktoru: 
Təhmasib Fərzəliyev
398.6 - dc 21 
AZE
Tapmacalar. Bakı, “Şərq-Qərb”, 2004, 208 səh.
Azərbaycan  şifahi  xalq  ədəbiyyatımn  geniş  yayılmış  olan  şəkillərindən 
biri  də  çoxvarianthlığı  ilə  seçilən  tapmacalardır.  Hər  hansı  bir  əşya  və  ya 
hadisəni bənzətmə yolu ilə göstərən, nəzm və nəsr şəkilli bu yığcam məcazi 
ifadələrin qayəsi insanları düşünməyə sövq etməkdir.
Uzun  əsrlərdən  bəri  nəsildən-nəsilə,  ağızdan-ağıza  keçərək  müxtəlif 
dəyişikliklərə  uğrayan tapmacalarda həyat  hadisələrini  həssas  müşahidədən 
gələn, xalqın obrazlı təfəkkürünə xas olan bütün gözəl cəhətlər və həmçinin 
bədii dilin parlaqlığı lakonik bir şəkildə meydana çıxır.
Bu  kitabda  məzmun  baxımından  rəngarəng  olub,  həyatın  ən  müxtəlif 
sahələri  ilə  bağlı,  o  cümlədən təbiət və  təbii  hadisələr, səma  cisimləri,  bit- 
kilər  və  heyvanat  aləmi,  ev  əşyaları, geyimlər, silahlar, bəzək  şeyləri  və  s. 
haqda dəyişik mövzulu tapmaca nümunələri toplanmışdır.
ISBN 9952-418-19-9
© “ŞƏRQ-QƏRB”, 2004
A z ə rb ay c a n  R esp u b lik asın ın  P rezidenti 
İL H A M   Ə L İY E V İN  
“Azərbaycan dilində latın qrafıkası 
ilə kütləvi nəşrlərin həyata 
keçirilməsi haqqında”
12  yan v ar 2 0 0 4 -c ü   il tarixli  sərən cam ı 
ilə  n ə ş r olunur v ə   ölkə k itab xanalarına 
h ə d iy y ə   edilir

MÜQƏDDİMƏ
Tapmaca  Azərbaycan  şifahi  xalq  ədəbiyyatımn  ən qədim  və  ma- 
raqlı janrlarından biridir.  Bu janr uzun  əsrlərdən bəri  nəsildən-nəslə, 
ağızdan-ağza  keçərək  m üxtəlif dəyişikliklərə  uğramış,  bəzən  forma 
və məzmununu dəyişdirmiş, yeni məna, məzmun kəsb edərək bu günə 
qədər gəlib  çıxmışdır.
Bir  sıra  mütəxəssislərin  fıkrincə,  keçmiş  dövrlərdə  tapmacalar 
əsasən  mifık  səciyyə  daşımışdır.  M əsələn,  yunan  mifologiyasında 
Sfınksin adı  ilə bağh olan nağıllara görə,  guya yüksək bir dağın zirvə- 
sində  əfsanəvi  bir quş  varmış.  O, bir tapmaca deyərmiş, onu tapa bil- 
m əyəni məhv edərmiş.  Tapmaca belədir:  O nədir ki,  səhər dörd,  gün- 
orta  iki,  axşam  üç  ayaqlı  olur?  Nəhayət,  məşhur  Edip  tapmacanm 
cavabım  taparaq  demişdi:  O,  insandır.  Uşaq  vaxtı  əllərini  yerə  dirə- 
yərək  iməklədiyi üçün dörd  ayaqlı,  cavanlığında  iki  ayaqlı,  qocalıqda 
isə,  əlinə əsa aldığı üçün üç  ayaqlı olur.
Çox  maraqlıdır  ki,  Azərbaycanda  da  buna  oxşar  xeyli  tapmaca 
vardır.  Hazırda məlum olan beş variantdan ikisini  aşağıda veririk:
1.  O nədi ki, səhər dörd, 
2. Əzəli dörd ayaqlı,
Günorta iki, 
Sonra iki ayaqlı,
Axşam üç ayaqlı. 
Aylar keçər, illər keçər,
Dolanar üç ayaqlı.
Azərbaycan  şifahi  xalq  ədəbiyyatında  geniş  yayılmış  belə  bir 
əfsanə  vardır:  Bir  kişi  meşədə  gedərkən  şirə  rast  gəlir.  Heyvan  onu 
qovmağa başlayır. Kişi çox qaçır, nəhayət, bir uçuruma çatır. Orada bir 
ağac  görür.  Ağacın budağından yapışıb  sallanmış halda qalır.  Ətrafma 
baxıb  görür ki,  bir ağ  siçanla  qara  siçan  ağacın kökünü kəsir.  Kişinin 
əlləri yorulur, yerə düşmək istəyir.  Əyilib uçurumun dibinə baxdıqda, 
ağzını açıb onu udmaq istəyən nəhəng bir əjdahanı, yuxarıda -  başının 
üstündə  budaqlar  arasında  isə  arı  pətəyi  görür.  Belə  bir  vəziyyətdə 
əlini uzadıb barmağını bala batırmaq istəyir. Tapmaca formasına yaxın 
olan həmin əfsanənin mənası  açılarkən məlum olur ki,  şir əcəl,  ağ və
qara siçan ömürdən gedən gecə və gündüz, əjdaha qəbir, arı pətəyi iso 
dünya malıdır.
Həmin  əfsanə  hazırda  Azərbaycanm  bir  çox  yerlərində  m üxtəlif 
variantlarda yaşamaqdadır.
Qeyd  etdiyimiz  əfsanəyə  “Kəlilə  və  D im nə”d ə'  “Tacir əhvalatı” 
hekayəsində təsadüf olunur.
Qədim   əfsanə  və  rəvayətlərin  izlərini  özündə  saxlayan  bir  tap- 
m aca haqqında da ötəri məlumat vermək istərdik:
Ağacda var bağırsaq 
Yel babanı çağırsaq,
Ağzın açıb ney çalar,
Süleymanı çağırsaq.
(Kaman)
Əfsanəyə  görə,  guya  qartal  bir  heyvanın  cəmdəyini  parçalayaraq 
onun  bağırsağını  caynaqlarına  alıb  ağacın  başına  qaldırır.  Bağırsaq 
budaqlara  ilişib  isti  gün altında quruyub  nazilir.  Əsən  şiddətli küləyin 
uğultusu və budaqların ona toxunması  ahəngdar səslər çıxarır.  Bu  za- 
man yoldan keçən adam həm in səslərə aludə olur.  Hadisənin səbəbini 
öyrəndikdən sonra qurumuş bağırsaqdan sim düzəldorək guya ilk m u- 
siqi  alətini  icad  edir.  Həmin  əfsanə  yuxarıdakı  tapmacada  öz  izlorini 
saxlamışdır.
Tapmacalar heç də birdən-birə bu gün gördüyümüz  şəkildo  olma- 
mışdır.  Əvvəlcə  onlar  sadəcə  danışıqdan  ibarət  olmuş,  hər  hansı  ha- 
disə,  oşya  və  sairəni  açıq,  öz  adı  ilə  deyil,  dolayı  şəkildə,  ıuetaforik 
yollarla ifadə etmişdir.
İnsanların  belə  bir  danışıq  formasından  istifadə  etmosinin  başlıca 
səbəbləri  var  idi.  Qədim  insanlar  təbiət  hadisoləri,  səıua  cisimloıi, 
vəhşi  heyvanlar  və  sairə  haqqında  dərin  məlumata  malik  olmadığın- 
dan, onları sehrli bildiklərindən və qorxduqlarından, o şeylorin adlarını 
olduğu  kimi  dcyil,  ona  oxşar  adlarla,  dolayı  yollarla  çokirdilər.  Onlar 
elə  təsəvvür  edirdilər  ki,  ov  zamanı  heyvanın  və  ya  oxun  adını  çok- 
sələr,  heyvan onu başa düşor,  qaçar, yaxud insana zəror vurar.
Belə damşıq  tərzinə “Dədə  Qorqud”  dastanlarında da rast gəlirik:
1  “ K olilə  vo  D im n ə ” .  A zərb ay can   D övlət  U niversiteti  N əşriyyatı,  1960,  soh.  48.

“Qara qoç atları kişnəşdirən!
Ağca qoyun gördüyündə quyruq çırpıb qamçılayan!
Qanlı quyruq üzüb çap-çap udan!
Avazı qaba köpəklerə qovğa salan!
Çaxmaqlıcana çobanları dünyə yüyürdən!” 1
v ə  s.
Bunların hamısının cavabı  canavardır.
İbtidai insan təbiət q ü w ə  və hadisələrinın, səma cisimlərinin “sir- 
lərini” anlamadığına görə elə zənn edir ki, Ay, Günəş, ulduzlar, külək, 
ildırım, yağış,  qar və sairə insan kimi  canlı və şüurludur, həm də onlar 
daha  fövqəladə,  sehrli  varlıqlardır.  İbtidai  insanm  bu  görüşləri  onun 
yaratdığı  tapmacalarda  bu  və  digər  şəkildə  təzahür  etm əyə  bilməzdi. 
İbtidai  insanın  əks  etdirən  tapmacalara  indi  də  rast gəlm ək mümkün- 
dür.  Doğrudur,  hazırda əlimizdə  olan tapmacalar böyük dəyişikliklərə 
uğramış,  məzmununu  dönə-dönə  dəyişmiş,  şəkildən-şəklə  düşınüş, 
hətta axırda uşaqların əyləncəsinə  çevrilmişdir. Lakin buna baxmaya- 
raq,  orada  ibtidai təfəkkürün  izlərinə rast gəlmək mümkündür:
Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğdu,
Yerin, göyün soltanı.
(Ay və ya giin)
Eşiyə bir ağac düşüb,
Nə qolu var, nə budağı,
Bir quş gəldi, onu yedi,
Nə dili var, nə dodağı.
(Qar,  Günəş)
Birinci tapmacada Ay və ya günün insan kimi doğulub törəməsinə 
işarə  edilirsə,  ikincidə  Günəşin  quşa  bənzədiyi  aşkar  olur  və  bunlar 
yuxarıda dediklərimizi təsdiq edir.
Animistik  görüşlərlə  bağlı  olaraq  küləyin  canlı  insan  kimi  təsvir 
edilməsinə də tapmacalarımızda nüm unələr göstərmək mümkündür:
Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
(Külək)
1  “K ita b i-D ə d ə   Q o rq u d ” .  A zərb a y c an  D ö v lət N eşriyyatı,  B akı,  1962, səh.  3 2 -3 3 .
Ayağından aldırmaz,
Ağzına yüyən vurdurmaz.
(Yel)
Bir kilim var minbir naxışlı,
Yel baba süpürər payızı-qışı.
(Yer)
İlk  nəzərdə  bu  tapmacalarda  bənzətm ə  ruhunun  üstünlüyü  hiss 
olunur. Lakin dərindən diqqət yetirildikdə bunun heç də belə olmadığı 
aydın olur. Külək bu və ya başqa şəkildə canlı bir varlıq kimi təsəvvür 
edilmişdir. Birinci tapmacada külək quşa,  ikincidə heyvana, üçüncüdə 
isə  yenə  canlıya,  bəlkə  də  insana  bənzədilmişdir.  Hətta  “Yel  baba” 
deyə  çağırılan  külək  insan  kimi  göstərilmişdir.  Küləyin  canlı  varlıq 
kimi  təsəw ü r  olunmasına  nağıl  və  əfsanələrim izdə  də  rast  gəlirik. 
M əsələn,  “Fatmanm  nağılı” nda  yumağı  aparan  küləyə  Fatma  “Yel 
baba”  deyə müraciət edir,  onunla insan kimi  danışır.
Animistik və  totemistik  görüşlərlə  əlaqədar olaraq,  qədim  insan- 
larda guya heyvanlarm  da  insanın  dilini,  fıkrini  başa  düşdüyü  əqidəsi 
yaranırdı.  Ona  görə  də  ibtidai  ovçu vuracağı  heyvanın,  quşun,  silahın 
admı  açıq şəkildə deməkdən çəkinmiş, onların adım gizli, yəni heyva- 
nm başa diişə bilm əyəcəyi bir dildə söyləyirmiş. Beləliklə, o, vuraca- 
ğı ov heyvanını guya aldadınnış. İnsanlar nəinki ov heyvanları haqqın- 
da  belə  düşünürmüş,  hətta  elə  zənn  edirm işlər ki,  meşənin,  səhranın, 
suyun və sairənin də guya ecazkar görünməz  sahibi vannış.  Onları  da 
m üxtəlif yollarla aldatmaq  lazım  imiş.  Beləliklə,  ilk gizli-sirli  danışıq 
dili  əıııələ gəlməyə başlayırdı  ki,  bu da tapmacalarda, cüzi  də olsa, öz 
izlorini  saxlamışdır.
M əşhur folklorşünas V.P.Anikin bu haqda yazır:
“Elm  sübut etmişdir ki,  m ərasim lərlə  əlaqədar olmasından başqa, 
tapmacalarm ta qədim dövrlərdə  inkişafı  gizli  nitqlə,  heyvanların,  ba- 
lıqların,  bitkilərin  və  m üxtəlif əşyalarm  ilin  m üəyyən  fəsillərində  və 
müəyyən şəraitdə bilavasitə düzgün adının çəkilmosinin qadağan edil- 
məsi  ilə əlaqədardır” 1.
1  B . n . A H H K H H .   CoBpeMeHHbiü  pyccKHH  cfıojitıaıop. 
M3fl.  “H ayxa”, 
M ockbu, 
1966, 
C Tp. 
206.

Təbiətin  sirlərinin  səbəbini  dərk edə  bilməyən  ibtidai  insan,  son- 
ralar  onu  öyrənməyə,  gündəlik  həyat  hadisələri  ilə  əlaqələndirm əyə 
çalışmışdır. M əlum  olduğu kimi, m eşədə, dağda, qayada çətin şəraitdə 
heyvanları,  quşları  ibtidai alətlərlə (daş,  ağac,  ox, tələ və  s.)  ovlamaq, 
meyvələr, yeməli otlar və sair axtannaq, sonrakı inkişaf m ərhələlərin- 
də  isə  əkinçilik,  maldarlıq,  sənətkarlıq,  ticarət  və  sairənin  m üvəffə- 
qiyyəti təbiət hadisələrindən, yağış, qar, külək, Günəş, isti, soyuq və s. 
asılı  idi.  İbtidai  insanm gündəlik həyat arzusu olan bu m əsələlər onun 
tapmacalarında  bu  və  ya  digər  şəkildə,  ibtidai  formada  öz  əksini 
tapmışdır.
Nağıllardan məlum olur ki,  tapmacalar keçmiş  dövlət quruluşunda 
da rol oynamışdır. Belə ki, bir feodal digəri ilə müharibə etm əzdən qa- 
baq ona bir neçə tapmaca göndərər, qarşı tərəf cavab verə bilmədikdə 
isə müharibə elan edilərmiş. Bunun nümunəsi “Dərzi şagirdi Əhm əd”, 
“Daşdəmir”  və başqa nağıllarda aydın görünür.
Tapmacalar  bəzən  feodal  müharibələri  zamanı  gizli  diplomatik 
sirləri  söyləm ək vasitəsi  də  olmuşdur.  Bu  barədə  prof.  Y.M.Sokolov 
yazır:  “Tapmacadan  bəzi  hallarda  gizli  diplomatik  dil  formalarmdan 
biri  kimi  istifadə  olunması  haqqında  rus  salnamələrində  maraqlı  m ə- 
lumatlar vardır” 1.
Tapmaca fonnasında olan və diplomatik xarakter daşıyan belə sor- 
ğulardan  nağıl,  dastan  və  rəvayətlərim izdə  xeyli  nüm unələr  tapmaq 
mümkündür.  Bunun  ən  yaxşı  nümunəsinə  “Padşah  və  vəzir”  adlı 
nağılda təsadüf edilir. Bu m ünasibətlər orada belə  təsvir olunur:
Günlərin  birində  bir padşah  özünün  vəzirini  göndərib  başqa  pad- 
şahdan tələb edir ki, ya onun verəcəyi  tapmacanm  cavabmı  tapsın,  ya 
da taxt-tacdan əl çəksin. V əzir öz suallarını yerdə işarə ilə çəkib cavab 
istəyir.  Heç  kim  onu tapa bilmir.  Axırda bir ağıllı,  dünyagörmüş  qoca 
tapılır.  O, gəlib vəzirə işarə edir ki, suallarım təkrar etsin. Vəzir əsa ilə 
yerdə bir dairə çəkir.  Qoca dairəni əlindəki ağacla tən ortadan iki yerə 
bölür.  Elçi  vəziyyəti  belə  gördükdə  cibindən  bir  ovuc  darı  çıxardıb 
dairənin ortasına səpir.  Qoca bir xoruz gətirib dairənin  içərisinə bura- 
xır. Xoruz az bir vaxtda darıları yeyib qurtarır. Vozir qəzəblənib ortaya 
soğan  atır.  Qoca kefıni pozmadan bir yumruq vurub  soğanı əzir.  Vəzir
1
  H . M . C o k o j i o b .   P yccK H H   (J)0jib K Ji0p .  y n n e a r H 3,  M o cK B a ,  1 9 3 6 ,  CTp.  2 4 8 .
8
 
------------------------------------------------------------------------------------------------------
tapmacanın  cavablarından  razı  qalıb  gedir.  Sonra  qoca  həmin  tap- 
m acanm  cavabını izah edərək deyir: -  V əzir yerdə dairə çəkməklə de- 
m ək  istəyirdi  ki,  Yer kürəsinə  sahib  olmaq  istəyirik.  Mən  dairəni  iki 
yerə bölüb dedim ki,  onun yarısı biziındir.  Vəzir razı olmayıb yerə bir 
ovuc  darı  səpdi  ki,  yəni  təklifımizə  razı  olmasamz,  saysız-hesabsız 
qoşunla sizə hücum  edərik.  M ən xoruzu ortaya atmaqla dedim ki, biz- 
də  elə  pəhləvanlar var ki,  onları buraxsaq,  sizin bütün qoşununuzu bu 
darı kim i dənləyib qurtararlar. Vəzir sözümdən qəzəblənib yerə soğan 
atdı  v ə  dem ək  istədi ki,  onda  ortaya acılıq,  ədavət düşər.  Mən də  so- 
ğanı  əzm əklə  dedim ki,  acılıq düşəndə də vecimizə  deyil.
Bunlardan  başqa,  bir  də  tapmacalardan  ağlı  yoxlamaq  üçün,  toy 
m ərasim lərində  m üxtəlif tapşırıqları  yerinə  yetinnək,  şahlığa keçmək 
v ə  sairədə  istifadə  edirlənniş  ki,  bunu  xüsusən  nağıllarda  aydm  şə- 
k ild ə   gönnək mümkündür.
Tapm acalarda insanlarm cəmiyyət haqqmdakı  fikirləri, həyat təc- 
rübəsi,  təbiət  üzərindəki  müşahidələri,  təsərrüfat,  m əişət  m əsələləri 
və  sairə bədii  formada,  obrazlı  şəkildə  ifadə  edilmişdir.  Belə bir zon- 
gin  xəzinəni  isə  xalq əsrlər boyu yaşadaraq gələcək nəslə  təqdim  et- 
mişdir.  M əhz buna görə də,  əvvəllər tapmacalar məclis yaraşığı olmuş, 
qocalar  onu  gənclərə  danışmış,  onlar  isə  həvəslə  yadda  saxladıqlarını 
övladlanna öyrətmişlər.  Qəditn  dövrlərdə  gənc  oğlan  və  qızlara  çətin 
və  dərin  mənalı  tapmacalar  verərək  onlarm  həyat,  ailə  və  mohəbbət, 
təsərrüfat,  sənət  haqqmda  bilik  və  vərdişlərini  yoxlayardılar.  Bu 
tapmacalara  düzgün  cavab  verənlər  istədikləri  qızlann  rəğbətini  qa- 
zanaraq,  onlarla evlənmək hüququna malik olurdular.  Bu  adot “İlyas”, 
“Daşdəmir”, “Padşah və qız”, “Yç bacı, üç qardaş” , “Üç şahzado” kimi 
onlarca  nağıl  və dastanlarda öz bədii  ifadəsini  tapmışdır.
V axt ilə kitabın, teatr və kinonun, radionun nə olduğunu bilməyon 
xalq  m üxtəlif  əyləncə  vasitələri  içərisində  tapmacalaıdan  da  gcniş 
istifadə etmişdi. Uzun qış gccələrində, m üxtəlif bayramlarda və ya adi 
günlərdə  evlərdə  kürsü  qurar,  təndir  başına  yığışıb  tapmacaya  qulaq 
asardılar.  Xalqı  maraqlandıran,  onların  zövqünü  oxşayan  belə  tapm a- 
calarda yumoristik, alleqorik hadisə və ifadələrə,  alliterasiya vo  şeriy- 
yətə  geniş  yer  verilərdi.  Sonralar  tapmaca  söyləmək,  onun  cavabını 
tapmaq on maraqlı  bir əyləncəyə  çcvrilərək gctdikcə  kütləvi  xaraktcr 
almışdı.

M əlum  olduğu kimi, hər dövrün hadisələri ilə səsləşən, xalqın hə- 
yat və  m əişət tərzinə  aid bir  sıra tapmacalar yaranır.  B əzən  onlar za- 
man keçdikcə dildən-dilə düşərək dəyişir, anlaşılması çətinlik törədən 
tapmacaya çevrilir.  Ən m ötəbər tədqiqatçılar belə  onu anlam ır və ca- 
vabmı  tapmaqda  çətinlik  çəkirlər.  Lakin  zaman  keçdikcə  o  sözlərin 
qədim  funksiyası,  məzmunu  araşdırıldıqda məlum olur ki,  ilk baxışda 
mənasız görünən tapmacaların mənası vaxt ilə hamıya aydın imiş.  La- 
kin orada işlənən əşya, hadisə və sairə adları öz dövründə hamıya mə- 
lum olmuş və  zaman keçdikcə unudulmuş, yenisi  ilə  ovəz edilmişdir.
Onu xatırlamaq kifayətdir ki, hazırda şəhər m əktəblərində oxuyan 
şagirdlərə  “sacayaq”,  “m əfrəş”,  “xurcun”,  “sulu  qolyan”  və  sairə 
haqqında  tapmaca  söylədikdə,  bu  əşyaların  nə  dem ək  olduğunu  bil- 
mirlər. Çünki elm  və texnika şəhər həyatından həmin əşyaları  sıxışdı- 
raraq aradan çıxarmış, yenisi  ilə əvəz etmişdir.
Belə  tapmacalar  olduqca  çoxdur.  Bəzən  elə  bilinir  ki,  bu  tapm a- 
cada  ya  söz  düşmüş və ya da təhrif olunmuşdur.  Lakin dərin  tədqiqat 
nəticəsində  m əlum   olur ki, bu,  öz dövrü üçün xalq m əişətində  böyük 
əhəm iyyəti  olan  ən  maraqlı  v ə  mənalı  tapmaca  imiş.  Odur  ki,  xalq 
m əişətində  yaşayan,  lakin  ilk baxışda  forma və məzm unu,  cavabı  ay- 
dm  olmayan belə tapmacaları  atrnaq qətiyyən doğru olmaz.  Orada bir 
sıra  tibbi  adlar,  dərmanlar,  vaxtı  ilə  yaşamış,  indi  isə  nəsli  kəsilmiş 
heyvan,  quş,  bitki, əşya və sairə adları vardır ki, həmin  sahənin m ütə- 
xəssisləri üçün bu adlar tədqiqat nəticəsində anlaşıqlı  şəklə  çevrilir.
M əlum olduğu üzrə, çox da uzaq dövrlərin yaradıcıhq m əhsulu ol- 
mayan “K itabi-D ədə Qorqud”  dastanmda bir sıra ifadə və  sözlər var- 
dır ki, onlarm mənaları bu gün belə tədqiqatçı üçün anlaşılm az qalmış- 
dır.  Tapmacalarm  yaranma  tarixi  isə  çox  uzaqlarla bağlı  olduğundan, 
şübhəsiz,  orada  daha  çox  anlaşılmaz  ifadələrə  təsadüf edilm əlidir ki, 
bu da tamamilə qanunauyğundur.
Bundan başqa, tapmacalarda ayrı-ayrı dialektlərdə işlənən bəzi ar- 
xaik sözlərə də rast gəlmək olur.  Şəhər əhalisi üçün aydm olmayan bu 
sözlər hazırda kənd və rayon yerlərində  işlənməkdədir.  Bəzi belə ifa- 
dələrin köhnəldiyini, onun yeni sözlərlə əvəz olunmasım iddia edənlər 
də  olur.  Lakin  unudulmamalıdır  ki,  folklorşünaslıq  qaydalarına  görə 
şifahi ədəbiyyatımızı  elmi  şəkildə nəşr edərkən orada  istənildiyi  kimi 
dəyişiklik etməyə heç  kəsin haqqı yoxdur.  Belinski yazır:  “Rus nağıl-
ları xalq fantaziyasmm yaratdığı şəkildə özünəməxsus mənaya m alik- 
dir,  dəyişdirilmiş və bəzək verilmiş bir şəkildə  isə  o  qətiyyən heç bir 
mənaya malik deyildir” '.
Bir sıra tapmacalar vardır ki, onun da cavabmı tapmaq olduqca çə- 
tinlik törədir. Məsələn:
O nədir ki, özü burda, saqqalı orda.
(Buxan  və tüstü)
İlk baxışda belə bir sual verilə bilər ki,  necə yəni “özü burda,  saq- 
qalı  orda” .  Bunun  yeri-yatağı  qeyri-m üəyyən  olduğu  üçün  onu  hər 
şeyə  aid etmək olar.
Tapmacanın  söyləndiyi  şəraiti bihnədən  onu tapmaq çox çətindir. 
Lakin bir  anlığa qış  gecələrinin  birində  qədim buxarısı  olan bir evdə, 
ocaq başına yığılmış uşaqlara tapmaca söyləyən bir qocanı  göz önünə 
gətirin. Qoca əlini ocağa uzadaraq özü burda, sonra əlini damm üstünə 
işarə edərək saqqalı orda dedikdə, tapmacanı tapmaq asanlaşır.  Dinlə- 
yicilər buxarıda yanan odu, yuxarı qalxan tüstünü gördükdə çox da çə- 
tinlik  çəkmədən  cavabı  tapırlar.  Həmin  tapmacanı  indiki  zamanda 
söyləyib hara işarə  etsən də,  onun  cavabını  tapmaq mümkün olmaya- 
caqdır.  Demoli, bu  gün üçün m əna və  cavabı  aydm olmayan,  lakin öz 
dövrii üçün uşağa belə  aydın  olan  tapmacaları  istonilon  qodər göstor- 
mək olar.
Bəzən  də  elə  tapmacalara  təsadüf edilir  ki,  məzmun  vo  forması 
eyni  olduğu halda,  cavabları  m üxtolif olur.  Oxucu  bozən  diişüno bilər 
ki, bu necə  olur ki,  bir tapmaca m üxtəlif mənalara yozulur,  yoqin bu- 
rada nə isə bir sohvə yol vcrilibdir. Əslində bu hal tapmaca üçün tama- 
milə qanuni  olub,  bütün  xalqların  tapmacalarma aiddir.
M əlum   olduğu  kimi,  şifahi  odəbiyyat  janrları  içərisində  ən  çox 
variantı  olan  tapmacalardır.  Elə  tapmacalar  var  ki,  onun  yüzdon  artıq 
variantı vardır. Çoxvariantlılıqla yanaşı, bu janrın başqa bir xüsusiyyəti 
də  eyni  bir  tapmacanın  bir  neçə  m üxtolif cavabları  olduğu  halda,  bir 
neço m üxtəlif tapmacanm  da bir cavaba malik olmasıdır.  Mosolən:
Bir quşum var alaca,
Getdi qondu ağaca.
1  B . r . B e v T H H C K H i i .   r i o . 'i n o e   c o 6 p .   c o 4 .,  t .  
II,  C II6 ., 
19 0 0 ,  c r p .   4 5 .

Özünə yuva tikdi,
Nə qapı qoydu, nə baca.
(Barama,  balqabaq)
Tapmacada  təsvir  olunan  əşya  və  ya hadisənin  heç  olmazsa bircə 
xüsusiyyət  və  ya  xasiyyətinin  başqasma  az  da bənzəyişi  varsa,  o  za- 
man həmin vəziyyət əm ələ gəlir.  Ona görə də balqabaq və baramanm 
xarici  görünüşlərindəki  form a oxşarlığı,  hər  ikisinin  ağzının  bağlılığı, 
birinin içində ipək qurdu, digərininkində isə çəyirdək olduğu üçün hər 
ikisi haqqında eyni tapmaca yaranmışdır.  Bəzən bu bənzəm ələr fonna 
etibarı  ilə deyil,  m əna və  əhəm iyyətinə görə də təzahür edir.
Məsələn:
Yerə vurdum baltanı,
Ağzı gümüş xaltanı.
Yerdən bir oğlan çıxdı,
Cümlə cahan soltanı.
(Su,  Ay,  gün,  taxıl  və s.)
Yaxud:
Başmı kəsdim qanı yox,
Cücələrinin sanı yox.
(Darı,  xaş-xaş,  xalça  və s.)
Toqdim  edilən  həm in  əsərdə  belə  tapmacalardan  otuza  qədər 
nümuno verilnıişdir.
Belə  bir vəziyyət bu jan r  üçün  tamamilə  səciyyəvi  haldır.  Balqa- 
baq və  barama haqqında  tapmaca  H.Zeynallımn  “Azərbaycan  tapma- 
caları”  kitabında  da,  bizim  verdiyimiz  şəkildə,  qəsdən  iki  dəfə  təkrar 
edilmiş,  birinin cavabı  barama,  ikincisininki  ısə qabaq göstərihnişdir'. 
Dcdiklərimiz  təkcə  bu tapmacaya  aid  deyil,  yüzlərcə  başqa  tapmaca- 
lara da  aiddir.  Bu m əsələ haqqında prof.  B.A.Qarrıyev “Türkmən tap- 
macaları”  kitabında2,  Z.Hüseynova  “Özbək  tapmacaları”  adlı  osə- 
rində3,  məşhur  folklorşünas  A.İ.Qerbstman  “O 
3
b j t c o b o m
  C T p o e ıiH H  
HapoflHofi  sarajjKH”  adlı tədqiqatında geniş  və aydın məlumat verir4.
'  H . Z e y n a l l ı .   "A zorbaycan  ta p m a c a la n ” ,  Bakı,  1928,  soh.  60  (JST2536).
2  B . A .Q a r r ı e v .   “ T ürkm en  m ata lları” ,  A şqabad,  1962,  səh.  8.
3  Z . H ü s e y n o v a .   “ U z b ek   to p iş m e k le ri” ,  “ F a n ”  n a ş rie ti,  T o şk e n t,  1966, 
səh.  19.
4  A . H . r
e p G c T M a n .  PyccKHii  cjroJibKJiop,  to m  
X I, 
MocKBa-JleHHiırpaa, 
1968 
CTp. 
188,  191-193.
“HeT 
h h
 
o k o h

h h
  f l B e p e f i ”  
rus tapmacası haqqmda A.İ.Qerbstman 
yazır:  “Bu  tapmacanm  ən  m üxtəlif cavablarına  rast  gəlirik.  O  cavab- 
lardan  xiyar,  qarpız,  alma  və  sairəni  göstərm ək  olar.  M əsələn, 
M.A.Rıbnikovun  kitabında  805-ci  səhifədə  106  və  114  JVb-li  tapm a- 
caların mətnləri  eyni  olduğu halda cavabları  isə m üxtəlifdir” .
Tapmacada  tarixi  həqiqətlərin  qahqlarmı  tapmaq  üçün  onların 
üm um i ahənginə, mövzusuna, daha doğrusu, nəyin əsas götürüldüyünə 
diqqət yetirmək lazımdır.
Azərbaycan xalqınm köçəri  həyat tərzinin  izlərini  axtarmaq  lazım 
gələrsə, ona aid bəzi tapmacaları aşkar etm ək mümkündür. M əlum ol- 
duğu kimi, köçəri insan heç də özünə daşdan, kərpicdən və ya ağacdan 
ev tikməli olmur.  Çünki havanın,  suyun,  qida m ənbəyinin və  sairənin 
harada  əlverişli  olub-olmamasından  asılı  olaraq  köçəri  insan  bu  gün 
burada,  bir  aydan  sonra  başqa  bir yerdə,  dağda,  düzəndə  və  m eşədə 
m əskən salmağa m əcbur olurdu. Məhz bu səbəbə görə də onun daimi 
evi,  bağı,  yaşayış  yeri  olmurdu.  Müvəqqəti  yaşayış  yerində  yağışdan, 
qardan,  borandan,  küləkdən  qorunmaq  üçün  isə  çadır,  qədim  dəyə 
kifayət  idi.  Çünki  bunu  asanlıqla  düzəltmək  və  köçüb  getdikdə  isə 
sökm ək  olurdu.  Dem əli,  köçəri  insanın  həyatm da  əsas  rol  oynayan 
dəyə  haqqında,  heç  şübhəsiz,  saysız-hesabsız  tapmacalar  yaranmalı 
idi.  Həmin  tapmacaları  oxuyarkən  dəyənin  quruluşu  insanın  gözü 
qarşısında canlanır:
Ağır donu, yoxdur canı.
Uzuncadır dımaqları,
Yerə batır barmaqları.
(Dəyə)
Ə gər yuxarıdakı  tapmacada  dəyənin  ümumi  görünüşü  təsvir  olu- 
nursa,  aşağıdakmda onun ayrı-ayrı hissələrindən bəhs  edilmişdir.
Biz biz idik, yüz qız idik,
Bizi üzdülər, ipə düzdülər*.
(Çətdn)
Yaxud:
Bir öküzümüz var, çulunu alanda
qabırğalan sananar.
(Dəyənin  ağacları)
1  B u  tapm acanın  b a şq a  cavabları  d a  vardır.

Daha başqa bir tapmacada isə dəyənin üstünə sahnan keçə haqqın- 
da belə deyilir:
Bir xana toxudum, nə ərişi var, nə arğacı.
Aranda qalmaz, dağdadı ağacı.
(Keçə)
Qara dəvə çökdü yerə,
Bağırsağm tökdü yerə.
(Dəyə)
Bu  tapmacalar  dəyənin  qədim  insan  həyatmda  zəruri  rol  oy- 
nadığını göstərir.
Aşağxdakı nümunələr isə evin hissələrinə (qapı, dirək, pəncərə və s.) 
həsr edilmiş tapmacalardır:
Gedən leylək, gələn leylək,
Bir qıç üstə duran leylək.
(Qapı)
Ləkləmişəm, əkməmişəm.
(Evdəki dirəklərin  arasi)
Nə evdədir, nə çöldə 
Nə göydədir, nə yerdə.
(Pəncərə)
Gecə boşalar,
Gündüz dolar.
(Yükyeri)
Bütün bu  hissələr isə,  şübhəsiz,  oturaq  həyata  keçmiş  insan  üçün 
evin  böyük  əhəmiyyətə  malik  olduğu  dövrdən  yaradılaraq  bu  günə 
qədər davam etmişdir.
Mifoloji m əktəb nümayəndələri tapmacanı köhnənin maraqlı qalı- 
ğı kimi  qiymətləndirir və onda dini  qalıqların axtarılmasına cəhd gös- 
tərirlər. Rus tədqiqatçısı Sadovnikov isə tapmacada kəndlilərin m əişət 
və dünya baxışınm əks olunduğunu söyləyirdi. Bəzi  tədqiqatçılar tap- 
macanın  inkişafmı  m üxtəlif amillərlə  izah  edir,  Sadovnikov  isə  onun 
inkişafında maddi  faktoru əsas  götürürdü.
Tapmacaları  tədqiq edərkən qədim kəndlilərin  yaşayış  şəraiti,  əsas 
məşğuliyyəti, köçəri həyatı,  əkinçilik, maldarlıq və sənətkarhq işləri və
  1   2   3   4   5   6   7   8


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə