14
— ----------------------------------------------- ---------------------------------------------
sairə haqqında məlumat əldə edilir. Tapmacalarm öyrənilməsi kəndlinin
hansı bitkiləri əkdiyini, hansı təsərrüfat alətlərindən istifadə etdiyini,
hansı heyvan və quşları ovladığmı aydınlaşdırmağa imkan yaradır. Bir
sözlə, tapmacada dini-mifi qahqlardan deyil, onun real həyat və m əi-
şətlə əlaqədar olduğundan danışmaq, bizcə, daha doğru olardı.
Qeyd etmək lazımdır ki, hər bir xalq müəyyən coğrafı mövqeyinə,
təbii şəraitinə uyğun olan bitkilər əkir və məhsul istehsal edir ki, bu da
öz xüsusiyyətlərinə görə başqalarından fərqlənirdi. Bəzən tapmacaları-
mızda elə meyvə, heyvan, quş, xörək və sairə adlarına rast gəlmək olur
ki, onlar yalnız Azərbaycanda şöhrət taparaq, başqa xalqlarda demək olar
ki, heç təsadüf olunmur, ya əksinə, özgə xalqlara məxsus olan bir sıra
əşya, yemək, heyvan, quş adları isə bizim tapmacalarda nəzərə çarpmır.
Tapmacalarda toxuculuq sənətinə dair izlər tapmaq olur. Belə ki,
qədim insan ilk toxucu dəzgahının nüm unəsi olan cəhrədə yun əyir-
miş, ip hazırlamış və ibtidai toxuculuq karxanasında şal toxumuşdur.
Məhz buna görədir ki, cəhrə və onun hissələri haqqında onlarca tap-
maca yaranmışdır:
Evimizdə bir kişi var,
Nənəmnən işi var.
(Cəhrə)
Hürər-hürər, burnu şişər.
(Cənrə iyi)
Özü bir bucaq, dalı bir qucaq.
(Cəhrə)
Azərbaycan xalqı oturaq təsərrüfata keçdikdən sonra onun həya-
tında başlıca rol oynayan əkinçilik və maldarlıq, bu təsərrüfatlarda
istifadə edilən istehsal vasitə və alətləri haqqında da külli miqdarda
tapmaca yarandığımn şahidi oluruq. Adi bel, külüng, yaba, kürək,
kətm əndən başlamış kotan, xış, vəl, araba, dəyirman və sairə bu kimi
alətlər haqqmda o qədər tapmaca yaranmışdır ki, onlar insanın diq-
qətini cəlb etm əyə bilməz. Çünki xalqın böyük həvəslə vəsf etdiyi bu
alətlər vaxt ilə onun həyatında mühüm rol oynamışdır. Həmin istehsal
alətlərinin yaranma tarixini, cəmiyyət inkişafındakı rolunu aydınlaş-
dırmaq işində tədqiqatçılarm başqa vasitələrlə yanaşı, şifahi ədəbiy-
yatdan da istifadə etdikləri hamıya məlum deyilmi?
Tapmacalarda vaxt ilə Azərbaycanın ictimai-siyasi, iqtisadi-m ə-
dəni həyatmda m üəyyən rol oynamış bir sıra yer adlarının da yaşa-
dığını görürük. Bunlardan Gəncə, Naxçıvan, Şəki, Şirvan və başqa
adlar daha tez-tez təkrar edilir:
Həstədi, ha həstədi,
Şəki-Şirvan üstədi.
Qırağı qızıl kərpic,
Üstü badam üstədi.
(Fındtq)
Nə burda var, nə orda,
Doludur Naxçıvanda.
(Duz)
Almışam atandan,
Gəncədə satandan.
Qu tükündən yüngül,
Qırağı qızılgül.
{Kəlağayı)
Bu tipli tapmacalardan iki m əsələni aydınlaşdırmaq mümkündür;
birincisi, həmin şəhərlərin tarixi bir ad kimi tapmacalarımızda yaşa-
masıdırsa, ikincisi, orta əsrlərdən başlamış bu şəhərlərdən hər birinin
iqtisadi mövqeyinə görə bu və ya digər dərəcədə şöhrət qazanmasıdır.
Gəncənin ipək kəlağayı, Naxçıvanm əla keyfıyyətli duzla, gözəl xalça
və bəzək şeyləri ilə şöhrət qazanması həmin tapmacaların əsas m əz-
mununu təşkil edir.
Tapmacalarda nəinki şəhər, hətta çay, dağ adlarına da rast gəlmək
olur. M əsələn:
Kürün qırağı düzdü,
Sanasan əlli, yüzdü.
Oğlu şahlıq eliyir,
Anası hələ qızdı.
(An)
Tapmacaların mövzuları çox müxtəlifdir. Onları şərti olaraq aşağı-
dakı şəkildə qruplaşdırmaq olar: təbiət və təbiət hadisələri; insan və
onun bədən üzvləri; maddi nemətlər; bitkilər aləmi; heyvanlar; quşlar;
kənd təsərrüfatı məhsulları; təsərrüfat alətləri; m üxtəlif əşyalar və s.
Tapmacaların m üxtəlif mövzularda qurulması onun həyatın bir çox
sahələrini əhatə etdiyini sübut edir. Əgər əvvəllər insan və onun bə-
dən üzvləri, təbiət hadisələri, m üxtəlif qidalar tapmacanın ilk predmeti
olmuşdusa, sonralar get-gedə onun əhatə dairəsi daha da genişlənmiş-
dir. Artıq kəndlinin bağ-bağçası, m al-qarası, əkin yerləri, təsərrüfat
alətləri, yeməkləri, geyimləri, m ənəvi zövqünü oxşayan şeylər, hey-
vanlar, quşlar, zərərvericilər, ovçuluq, köçəri və oturaq həyat, ev əş-
yaları və sairə tapmaca janrının əsas predm etinə sevrilmişdir. Burada
iqtisadiyyatla əlaqədar sənət m əsələləri, xüsusən, toxuculuq, dərzilik,
dəmirçilik, ipəkçilik və başqa sahələrə geniş meydan verildiyi hər ad-
dım da özünü göstərməkdədir.
İbtidai dövrdən başlamış bu günə qədər insanlar ən çox hansı m ə-
sələ ilə məşğul olmuşsa, hansı peşə, əşya və sairə onun gündəlik həya-
tında böyük əhəmiyyət kəsb etmişsə, onun haqqmda da saysız-həsabsız
tapmaca yaranmışdır.
* * *
Tapmaca əsasən metafora şəklində qurulmuş düşündürücü suallar-
dan ibarətdir. Burada h ər hansı məfhum, hadisə və əşyanın müəyyən
əlam əti, keyfıyyəti və ya xasiyyəti dolayı yolla anladılır, başqa c ə-
hətləri isə gizlədilir.
O
Aristotelə görə, tapmaca yaxşıca düzəldilmiş metaforadır. Deməli,
.NlK tapmacanın cavabını tapmaq onun metaforik fikrini açmaq deməkdir.
^ Belə tapmacaya misal olaraq aşağıdakını göstərm ək olar:
O yanı qaya, bu yanı qaya,
İçində sarı maya.
( Yumurta)
Lakin tapmacaların hamısınm ucdantutma metafora şəklində qu-
rulduğunu iddia etm ək doğru olmazdı. Çünki onların xeyli hissəsinin
sadəcə sual şəklində deyildiyi hamıya məlumdur. M əsələn: O hansı
quşdu, balasma süd verm əz ( Yarasa). Bu m əsələ ilə əlaqədər olaraq
folklorşünas İ.M. Kolesnitskaya yaztr:
“Bir sıra tapm acalar var ki, onlar sadəcə sual şəklində təqdim olu-
nurlar... Bəzi hallarda isə metafora iştirak etmir, yalnız təsvir qalır” 1.
1
H .M .K o Jie c H H U K a sı. 3araaKH. PyccKoe napojiH oe noəraH ecK oe TBopwecTBO,
to m II. H3Ä. A H C C C P . M .-JI., 1955, crrp. 533.
------ ----------------------------------------------------------------------------4 -
17
_____—
A2ƏRBAYCAN RESPUBLİKASI PREZİDEMTİNİN
İ Ş L Ə R İ D A R Ə S İ N İ N
K İ T A B X A N A S I
Şəkli xüsusiyyətlərinə, daha doğrusu, poetik quruluşlanna görə
tapmacalar əsasən iki yerə bölünür:
1. Nəsr şəkilli tapmacalar.
2. Nəzm şəkilli tapmacalar.
Birinci qismə daxil olan tapmacalar sadə cümləni təşkil edir.
M əsələn:
Alçaq damdan qar yağar.
(Ələk)
Yer altda qızıl qamçı.
(İlan)
Bu əsas bölgüdən başqa qısa bir cümlə içərisində daxili qafıyəli
tapmacalar da vardır:
Aləmi bəzər, özü lüt gəzər.
(.İynə)
İkinci qismə daxil olan tapmacalar isə bir neçə yerə bölünür. Onlar
iki, üç, dörd və çox misralı olur.
a) iki m isralılar:
Yaşıldı əbası,
Sarıdı libası.
(.Badam)
b ) üç m isralılar:
A mənim al yasdığım,
Ortası uzun dirək,
İçinə un basdığım.
(İydə)
c) d ö rd m israhya m isal olaraq aşağıdakı tapm acanı g ö stə rm ə k olar:
Tap tapmaca,
Gül tapmaca,
Məməli xatm,
Dişləri yox.
(Toyuq)
Bunlardan başqa 5 ,6 ,7 və 8 misralı tapmacalara da rast gəlmək olur.
Saydığımız bu formaların mövcud olmasına baxmayaraq, dörd və
iki misralı şeir formasında və qısa bir cümlədən ibarət nəsrlə deyilmiş
tapmacalara daha çox rast gəlirik.
Şeirlə deyilmiş tapmacalarda hər misrada hecaların sayı 3, 4, 5, 7,
11 olur. Dörd misradan ibarət olan tapmacalarda birinci, bəzən də
ikinci misralar heç bir məna ifadə etmir. Yalnız üç və dördüncü m is-
ralar mənalı olur. Əsl tapmaca həmin son iki misrada verilir. M əsələn:
“Hap-hapı”
“Biz idik, bizlər idik”
“Halalar, ay halalar” və s.
Yuxarıdakı misralar bəzən mənasız, lakin ahəngdar söz yığım ın-
dan ibarət olur. Tapmacanın məzmunu ilə heç bir əlaqəsi olmur. Bun-
lar nağıldakı pişrovu əvəz edir. Nağıllarda olduğu kimi, eyni bir pişrov
onlarca tapmacada işlənir. Biz tapmacalarda bəzən hazırda mənası ol-
mayan, lakin vaxtilə hamıya m əlum olan söz və misralar haqqmda yu-
xarıda məlumat veraıişik. Lakin buradan elo nəticə çıxanlmamahdır ki,
bu fikrimiz o birini inkar edir, əksinə, tapmacada hər iki formaya rast
gəlm ək olur.
Bəzən tapmacalarda hecaların sayının düz gəlmədiyi aydmlaşır.
Belə hal aşıq şerində də müşahidə edilir. Lakin misralardan birinin uzun,
digərinin isə qısa olmasına baxmayaraq, aşıq şerinin ahənginə uyğun
olaraq sözlərin sonunu uzadıb-qısaltmaqla vəzn düzəldilir. Kənardan
qulaq asan şeridəki çatışmazlığı hiss edə bilmir. Belə vəziyyət məhz
tapmacalarda da özünü göstərir. Məsələn:
O yam taxta,
Bu yanı taxta,
İçindo alabaxta.
(Beşikdə uşaq)
Bu tapmacam söyləyən adam birinci və ikinci misram uzada-uza-
da dediyi halda, üçüncünü çox sürətlə deyir. Beləliklə, hecaların sayı
arasındakı uyğunsuzluq hiss edilmir.
Tapmacanın şeriyyəti, vəzn və qafıyəsindən danışarkən bir m əsə-
ləni qeyd etm ək vacibdir: bəzən tapmacadan ciddi vəzn və qafıyə d ə-
qiqliyi, yaxud klassik şeir metrikası tələb edən oxuculara rast gəlm ək
olur. Bu barədə alimlər xeyli tədqiqat aparmış və doğru nəticələrə gəl-
mişlər. Tapmacadan dəqiq vəzn və qafıyə tələb etmək qətiyyən doğ-
ru deyil. Bu janrda özünə görə m üəyyən dərəcədə şeir qanunlarına uy-
ğunluq mövcuddur. Lakin bu heç də bizim bu gün düşündüyümüz şeir
deyildir. Tapmacada əsas ritm, ahəng hökm sürməkdədir. Ona görə do
bu janrdan Aşıq Ələsgər şerinin quruluşunu tələb etmək olmaz. Əv-
vəla, onu demək lazundır ki, tapm aca əsasən kənd yerlərində, özü də
əksər halda savadsız kütlə tərəfındən yaradıldığından, həm də çox
uzaqlarda səsləşdiyindən orada ibtidai təfəkkür və şeir forması özünü
göstənnəkdədir. M əsələn, “D ədə Qorqud”dakı şeirlər bu gün bizim
üçün nə dərəcədə sadə görünürsə, tapmacadakı şeriyyət isə ondan qat-
qat z əif olmalıdır. Çünki tapmacanın yaranma tarixi min illərlə uzaqlara
gedib çıxır. Bu barədə geniş tədqiqat aparmış İ.M.Kolesnitskaya yazır:
“Tapmaca hecaların ardıcıllığına əsaslanan düzgün vəznli və qafı-
yəli şerin nə olduğunu bilmir. Tapmacadakı şeir tonikdir” 1. “Xalq tap-
macalarınm əksəriyyəti, onların ritm ikliyindən asılı olmayaraq, şeir
misralarına m ütləq bölünm əsini tələb etmir. Tapmacalar hər şeydən
ə w ə l cümlənin və qafıyənin şəkil intonasiyası ilə möhkəmlənmiş
bölgiisünü tələb edir”2.
Bütün xalqların tapm acalarına aid olan bu m əsələ eyni ilə bizə də
aiddir. Lakin bizim tapmacalarda fərqli bir cəhət vardır ki, o da başqa
xalqlarda yoxdur. M əlum olduğu kimi, bizdə aşıq şerilə əlaqədar külli
miqdarda bağlamalar, qıfılbəndlər, bayatılar yaranmışdır ki, orada
qüvvətli şeriyyət, gözəl sənətkarlıq hakimdir. Həm in bağlamalarm, ba-
yatıların xeyli hissəsi olduğu kimi qalmış, bir hissəsi isə bu və ya digər
dəyişikliyə uğrayaraq tapmacalara çevrilmişdir. Bu növ tapmacalarda
isə şeriyyət, vəzn və qafıyə m əsələsi çox qüvvətlidir. Oxucu belə tap-
macalardan sonra əsl qədim tapm acalara rast gəldikdə, ikincilər çox
sönük göründüyü üçün onu şeriyyətcə ya zəif, ya da pozulmuş tapmaca
adlandırır. Bu da əslində belə deyildir. Çünki tapmacaların hamısının
yüksək şeriyyətə malik olduğunu tələb etm ək olmaz. Axı yüzlərlə
tapmaca vardır ki, onlar sadə cüm lələrdən ibarətdir.
Tapmacalarda xalq müqayisə, bənzətm ə, təzad, təşbeh, sual, fan-
taziya və sairə kimi təsvir vasitələrindən m əharətlə istifadə etmişdir.
M əsələn:
Üstü qoyun,
Altı keçi,
Baş şabalıd
Quyruq qayçı.
(ıQaranquş)
1 H .M .K o ;ıe c H H U K a s . G ö s te rilə n e s ə ri, səh. 534.
2 3ara«KH. H3h. “HayKa” , JleHHHrpaa,
1968,
cTp.
14.
Bu tapmacamn tam bənzətmə yolu ilə düzəldiyinə heç şübhə qalmır.
Bu bənzətm ələr bəzən real, bəzən isə fantastik formada təzahür
edir. Məsələn:
Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər.
O qədor oynamışlar.
Xurdu-xəşil olmuşlar.
İQar)
Yaxud:
Bizim evdə bir kişi var,
Ağzında üç dişi var.
(Sacayaq)
Bizim evdə bir kişi var,
Köndələn yatışı var.
(Məfrəş)
Yüzlərlə tapmaca göstərmək olar ki, oradakı bənzətmələr ilk ba-
xışda inandırıcı görünmür. “Qar” ın dərvişə, cansız “sacayağı”n, “m əf-
rə ş” in canlı insana nə oxşarlığı ola bilər? Onu qeyd etmək lazımdır ki,
təsvir olunan əşya ilə müqayisə edilən arasındakı oxşarlıq bəzən sadə
v ə inandırıcı göründüyü halda, elə də olur ki, dolaşıq və fantastik
şəkildə təzahür edir. Belə bir hal tapmacalar üçün qanunauyğundur.
Kimə məlum deyil ki, nağıl və əfsanələrdəki fantaziya qanunauy-
ğun haldır. Əgər sehrli nağıllardakı fantaziyanı atsaq ona nağıl demək
olarmı? Əlbəttə, yox. Ancaq onu da unutmaq olmaz ki, fantaziya bu-
rada da mövcuddur. Nağılda bu, geniş şəkildə təzahür etdiyi halda,
tapmacada bir və ya iki misrada qısa şəkildə özünü göstərir. Bu, biitiin
xalqların tapmacalarında belədir. Görkəmli folklorşünas V.A.Vasilen-
ko yazır: “Tapmacada əşyaların məcazi təsviri çox geniş fantaziya
üçün qeyri-məhdud imkan yaradır. Bu və ya digər anlayışı ən m üxtəlif
əşyalara keçinnək olur. Belə ki, insan gözləri tapmacada qardaş, samur
xəzi, quş, yumurta, kukla, alma, noxud, pul, ulduz, daş, cilov və s. ad-
landırılır” 1. “Əksər halda cansız əşyalar tapmacada canlı varlıqlar
kimi, insan kimi göstərilir”2 və s.
1 B .A .B a c H j ie n K O . PyccK oe
ı ı a p o a n o e rıo a T H M e c K o e t b o p t c c t b o .
Hxrl. “Bbic-
uıaa uiKOJia” , MocKBa,
1969,
CTp.
141.
2 Y enə
o ra d a ,
səh. 147.
Ümumiyyətlə, tapm acalarda söz oyunu, təkrar, təzad, müqayisə,
təşbeh, istiarə və sairənin işlənm əsi adət şəklinə düşmüşdür. Öz növ-
bəsində bunlar isə janrın bədii cəhətdən daha da zənginləşməsinə
xeylı kömək etmişdir.
Elm tərəfm dən çoxdan sübut edilmişdir ki, tapmaca sadəcə xalq
ifadələrindən, atalar sözlərindən, zərbi-m əsəllərdən, nəğmələrdən,
bayatılardan, bağlamalardan, hətta bəzi şairlərin şeirlərinin ayrı-ayrı
misralarından əm ələ gələn bir janrdır. Tapmacalarla atalar sözü və
zərbi-m əsəllərin qarşılıqlı əlaqəsinə dair tədqiqat apannış İ.M.Koles-
nitskaya yazır: “Bu iki janrın belə bir yaxınlığı əsasında çox vaxt tap-
macalar atalar sözlərinə keçir və əksinə, ayrı-ayrı atalar sözləri və
zərbi-m əsəllər də tapmaca ola bilir” 1.
Aşağıda nümunə gətirdiyimiz tapmacalar həm də atalar sözü və
zərbi-m əsəllərdir:
Aləmi bəzər, özü lüt gəzər.
Ctynə)
Əkdim palıd, çıxdı şabalıd.
0
Qatır
)
Ətindən kabab olmaz,
Qanmdan kasa dolmaz.
C
Nar
)
Bayatı, nəğm ə və bağlamalara gəldikdə isə onu xatırlamaq kifa-
yətdir ki, intonasiyanı dəyişm ək, bəzən bir və ya iki misranı atmaq,
əlavələr etrnək yolu ilə də bu janrlardan tapmaca əm ələ gəlir:
Göy üzü damar-damar,
Göydən yerə nur damar.
(Yağış)
Bu tapmaca əslində bayatı olmuş, sonra onun axırıncı iki misrası
atılmaqla tapmaca əm ələ gəlmişdir. Kim ə məlum deyil ki, onlarca
bayatı və nəğmələrimiz əsasən tapmacalardan ibarətdir.
Elə tapmacalar vardır ki, onlar bayatı formasmdadır, hətta “mən
aşiq”, “eləm i”, “əzziyəm ” kimi sözlərlə başlayır. Məsələn:
Mən aşiqəm, könüldən,
Xəbor alın əmirdən.
1 H .M .K o jıe c H H iiK a a . G ö s tə rilə n ə sə ri, soh. 535.
Bu gün nübar yemişəm,
Budaqları dəmirdən.
(Kabab)
Əziziyəm, əmər hey,
Beldə gümüş kəmər hey.
Göydə madyan görmüşəm,
Yerdə quşun əmər hey.
(Yağış, yer; otlaqda otlayan
madyan və onu əmən qulun)
Nəğm ələrə aid:
Üçü bizə yağıdı,
Üçü cənnət bağıdı,
Üçü yığar gətirər.
Üçü vurar dağıdar.
(İlin fəsilləri)
Qeyd etmək lazımdır ki, yuxarıda deyildiyi kimi, tapmaca eyni za-
manda nəğmədon, hətta şairlərin bəzi şeirlərindən də əmələ gəlir.
M israların azaldılıb-çoxaldılması, yeni sözlər artırılması və sairə ilə
m üxtəlif variantlar yaranır. V.V.Mitrofanova bu haqda yazır:
“Bəzən formaya əsasən hökm sünnok olar ki, tapmaca şeirlə ya-
zılmışdır, lakin bu onu mexaniki olaraq kitabdan çıxannağa əsas ola
bilməz. Əgər tapmaca şifahi dilə daxil olmuşsa, deməli o, əsərlərə
salınmalı və yeni tapmaca sayılmalıdır” 1.
Daha sonra m üəllif qeyd edir ki, S.Marşakın şeirlərinin bəziləri
tapmaca şəklinə düşərək uşaqlar arasmda geniş yayılmışdır. Sonra h ə -
min şerin misralarının azaldılması nəticəsində üç yeni tapmaca variantı
yaradılmışdır.
Şeirdən əm ələ gələn birinci tapmaca aşağıdakı kimidir:
rip n H fl.ııa cb KyM a
3
a fle / ıo .
3
aBH
3
>Kajıa h
3
a n e jıa .
Ena, ejıa.
fly6, ny6
1
B.B.MMTpocfıaHOBa. CoBpeMeHoe
coctoxhhc pyccKHX ııapoflHbix
3araaoK. C
ob
-
pcMenHwii pyccKHH rfıo/ibKjiop.
H3
a.
“HayKa, MocKBa.
1966,
crp.
203.
I lo j ı o M a j ı a
3y6, 3y6.
(rhvıa)
Həmin tapmacamn ikinci yarısı m üstəqil şəkildə ağızlarda gəzir:
Ena, ejıa ay6, ay6
llojıoMajıa 3y6, 3y6.
(nunä)
Üçüncü variantı isə təkrarsız deyilir:
Ejıa ay6,
n o J io M aJ ia
3y6.
(.[lıuıa)
Belə tapmacalara oxşar nüm unələr bizim şifahi ədəbiyyatımızda
da vardır. M əsələn:
O nədir ki:
Axşam çağmda,
Ərik bağında,
Uçardı bir quş,
Edərdi qa-qa.
(Qarğa)
Tapmacalara yaxın olan janrlardan biri də bağlamalardır.
Bağlamalar forma etibarilə mahnı şəklində olub, məzmun cəhət-
dən tapmacalara yaxınlaşır. Burada sual və cavab forması vardır. H ə-
min sual və cavablar şeirlə, özü də deyişmə şəklində olur. Bir-birilə
bəhsə girişib deyişən aşığın m ahir sənətkar olduğunu, hazırcavablığını
sübut etmək üçün bu bağlamalar çox m əharətlə düzəldilməlidir. M əhz
buna görə də bağlamadan zəngin vəzn və qafıyə, gözəl ahəngdarlıq,
dərin məna tələb olunur. Çünki deyişən aşıq rəqibindən üstün olmaq
üçün dərin mənalı, zəngin bədii formalı şeirlər deməyə çalışmalıdır.
Məsələn:
Sual: O nədir ki, özü vardır, zatı yox?
Nə xələtdir, tikişi yox, qatı yox?
O nə şeydir: dəvəsi yox, atı yox?
Uzun gedər, bir tükenməz yolu var.
Cavab: O
kölgədir, özü vardır, zatı yox,
Dəri dondur: tikişi yox, qatı yox.
O gün, aydı: dəvəsi yox, atı yox,
Uzun gedər, bir tükənməz yolu var.
Bağlamalarla tapmacaların bir-birindən m üəyyən mənada fərqləri
də vardır. Bu fərqlərdən biri də odur ki, tapmacaların müəllifı məlum
deyildir. Deyə bilərlər ki, hər bir tapmacanın da ilk yaradıcısı vardır və
olmuşdur. Bu doğrudur, lakin tapmacanm ilk yaradanı olsa da, onun
adı itib getmiş, ilk variantı xalq tərəfındən əsrlər boyu işlənmiş, dəyiş-
dirilmiş və şəkildən-şəklə salınmışdır ki, burada da tapmacanın ilk
məzmunundan, güman ki, çox az şey qalmışdır. Beləliklə, dönüb əsl
xalq malı olmuşdur. Lakin bağlamalar belə deyildir. Onların əksəriy-
yətinin müəllifı məlumdur. Bəziləri də dastanlarda mühafızə edilib
saxlanmışdır. Bu növ forma etibarilə də tapmacadan müəyyən qədər
fərqlənir. Ümumiyyətlə, tapmacada cavablar şeirlə deyil, adi sözlərlə
deyilir. Bağlama və deyişmələrdə isə birinci sual neçə misradan iba-
rətdirsə, verilən cavab da şeirlə deyilməli və birincinin misralarına
bərabər olmalıdır.
Bütün bunlarla yanaşı, onu da qeyd etm ək lazımdır ki, bağlamalar
da tapmacaların bir növüdür. Çünki fərqli cəhətlərinə baxmayaraq, o
janrın bütün qayda-qanunlarma cavab verir; müəllifləri məlum olsa
da, həmin bağlamalar geniş xalq kütlələri içərisinə keçmiş, yeni-yeni
variantları əm ələ gəlmiş, hətta müəyyən dəyişikliklərə də uğramışdır.
M əsələn:
O nodir ki, göydən yerə sallanır,
O nədir ki, hər nə versən allanır,
O nədir ki, göbəyindən nallanır,
Ustad isən bunnan mənə cavab ver.
Hazırda bu bağlamadan üç müstəqil tapmaca yaranmışdır. Buna
görə də H.Zeynallı “Azərbaycan tapmacaları” kitabında bayatıdan ya-
ranmış onlarca tapmaca nümunosi vernıiş və bağlamaları tapmacanm
bir növü kimi təsnif etmişdir.
Tapmaca növlərindən biri də ləğzlər olub, şeir şəklindo deyilir və
başlıca olaraq şairlər tərəfındən yazılır. Ləğzlər yalnız yazılı ədəbiy-
yatımızda müşahidə edilir. Bu tapmaca növünün orta əsrlordo, xüsu-
sən, XIV-XVI əsrlərdə geniş yayıldığını söyləyənlor çoxdur. Buna
dair məlumata H.Zeynallınm “Tapmacalar” 1 kitabınm müqoddiməsin-
də, Q.Qurbanovun “Türkmən xalq nağılları”2 dissertasiyasında rast
gəlm ək olur. Ləğzlərə misal olaraq aşağıdakıları göstərmok olar:
1 H . Z e y n a l l ı . T apm acalar. B akı, 1928, səh. 16.
2 Q . Q u r b a n o v . T u rk m ə n xalq m atalları. A şqabad, 1961, səh . 176.
Nədir ol bir gözəl pakizə doxtər,
Vermiş ona kakil xeyli zivər,
Takınmış həm neçə mənqum sibah,
Görən onu olur məftun və şeyda.
(Tuğ şahı çiçəyi)
Yaxud:
01 nədir iki dəlikli bir ovuc,
Xəlqi-aləm ondan alırlar sovuc.
(Bururi)
Qeyd etmək lazımdır ki, bu kimi ləğzlərin yaranması tapmacalarm
təsiri nəticəsində olmuşdur. Belə bir halın əm ələ gəlməsi isə təsadüfı
deyildir. Tarixdən m əlum olduğu kimi, hər zaman şifahi və yazılı
ədəbiyyat bir-birindən çox şeylər əxz etmiş, onu işləmiş və yenisini
yaratmışdır. O cümlədən bəzi şairlər də xalq tapmacalanndan istifadə
edorək ləğz şəklində tapmaca m əzm unlu şeirlər yazmışlar.
Ləğzlər forma, məzmun, dil cəhətindən mürəkkəb olduğu, çətin
yadda qaldığı üçün xalq kütlələri içərisində geniş yayıla bilməmişdir.
Bunlara yalnız cünglərdə və bəzi kitabların kənarlarında rast gəlmək
mümkündür.
Nurəddin Seyidov
TƏBİƏT VƏ
Trf
TƏBİƏTIIADİSƏLƏKİ
f
(Səma cisimləri: Ay, Günəş, ulduzlar; təbiət hadisələri: bulud, yağış, qar,
dolu, külək, ildırım və s.; Od, su və Yer haqqmdd)
1. Ağ sandığım açıldı,
İçinnən nur saçıldı.
2. Ağ tas, qızıl tas,
Birin götür, birin as.
3. Ağac başmda ağca yumaq.
4. Adam deyil, hey qaçır,
Meşə deyil, səs salır.
5. Ay gedor ha il gedər,
Gecə-gündüz yol gedər.
No dili var, no ağzı,
Norildor aslan kimi.
6. Ayağı yoxdur qaçır,
Qanadı yoxdur uçur.
7. Ayağınnan aldınnaz,
Ağza yüyən vurdurmaz.
8. Aloıuə işıq salır,
Axşam gül kimi solur.
9. Alçacıq quyu,
Dambıldar suyu.
10. Anam atlandı,
Xalı qatlandı,
Quyruq bulandı,
Qum səpələndi.
11. Anası qaraca,
Qızı qırmızıca,
Oğlu qıvrımca.
12. Araba gedər, izi yox,
Yanar, yanar, gözü yox.
13. A ta minər, səslənməz,
Yerə düşər, paslanmaz.
Suya düşər, islanmaz.
14. Atamın bir qurşağı var,
D əstələdikcə qurtarmır.
15. Atamın yeddi oğlu var,
Yeddisi də bir boyda.
16. Atdım atana,
Dəydi kotana,
Suda balığa,
Düzdo ceyrana.
17. Axşam gedər,
Sohər gələr.
18. Ahanı, ha ahanı
G əzər cümlə cahanı.
D ərələrdə öldürdüm,
N ə əti var, nə qanı.
19. Babamın bir donu var,
Qatlayıram, qat götürmür.
20. Babamın bir donu var, qatlamaq olmaz,
İçi dolu əşrəfıdi, sanamaq olmaz.
21. Babamın bir donu var,
İçi dolu abbası,
Gündüz girər kisəyə
Gecə çıxar eşiyə.
22. Babamın bir çuxası var, on iki cibi,
Cibin hər küncündə otuz düymə,
H ər düymənin bir üzü ağ, bir üzü qara.
23. Bayırda sağdı,
Pambıqdan ağdı,
Evə gələr,
Suya dönər.
24. Balta vurdum nimçəyə,
Səsi gəldi Gəncəyə.
25. Balta vurdum çəkilə,
Çəkil yerə tökülə.
Quşlardan hansı quşdu,
Özü düzə çəkilə.
26. Basdırmışam iki toyuq,
Biri isti, biri soyuq.
27. Baş üstə durar,
Baxıb göz vurar.
28. Bir abam var, qatlamaq olmaz,
Bir patavam var, sarımaq olmaz,
Bir xəlbir aşığım var, sanamaq olmaz.
29. Bir ağ daşım var, odda yanmaz,
Suda batmaz, gün çıxanda əriyər.
30. Bir ağacım var, on iki budağı,
Hər budağın otuz yarpağı,
Hər yarpağın bir üzü qara, bir üzii ağ.
31. Bir atım var,
Sakit durmaz.
Hey yol gedər,
Heç yorulmaz.
32. Bir atım var ağ alaca,
Özü gedər, yəhəri qalar.
33. Bir atım var səməndi,
Nə ucu var, nə bəndi.
Özü açılar, özü yumular.
Heç kəs bilməz bu fəndi.
34. Bir atım var cilovda durmaz,
Gecə gedər, gündüz yorulmaz.
35. Bir balaca mil daşı,
Yandırar dağı, daşı.
36. Bir balaca nar daşı,
Götürəmməz min kişi.
37. Bir xəlbir aşığım var,
İçində bir saqqası.
38. Bir qızıl öküzüm var,
Harda yatsa ot bitməz.
39. Bir kilimim var,
Min bir naxışı,
Yelbaba süpürər,
Payızı, qışı.
40. Bir kişinin dörd evi var,
Biri yaşıldı, o biri al,
Biri sarıdı, o biri ağ.
41. Bir nəlbəki nar giləsi,
Ələ gəlm əz bir dənəsi.
42. Bir palazım var, çırpa bilmirəm,
Naxışı xırdadı, saya bilmirəm.
43. Bir sinidə iki toyuq -
Biri isti, biri soyuq.
44. Bir tabaq almaz,
Sabaha qalmaz.
45. Biri deyir, gəl gedək,
Biri deyir, getmiyək,
Biri başm buluyur.
46. Biri gedər, gəlməz,
Biri yatar, durmaz.
47. Bulud-bulud içində,
Ay da bulud içində,
Göydən yerə od yağdı,
Biz də yandıq içində.
48. Burdan vurdum baltam,
Ordan çıxdı qaltanı,
Anam bir oğlan doğub,
Yerin, göyün soltanı.
49. Burdan vurdum baltanı,
Ordan çıxdı qaltanı,
Qara qız oğlan doğdu
Yerin, göyün soltanı.
----------------------------------------------- ------------- 4 - 31
50. Burdan vurar qılıncı,
Bağdadda oynar ucu.
51. Buruq-buruq hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
52. Buxarı, ha buxan,
Buxarıdan yuxarı,
Ordan bir oğlan çıxdı,
Çiyni qara çuxalı.
53. Qazdım, qazdım qum çıxdı,
Qumdan miranə çıxdı.
Bu gecə ölən oğlan
Sabah bazara çıxdı.
54. Qara sacın altı qara,
Dur üstündə ocaq qala.
55. Qara toyuq,
Qamı yarıq.
56. Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
57. Qara toyuq, göy cücələr.
58. Qara xamn qamı yarıq,
İçi dolu qızıl balıq.
59. Qəndə bənzər dadı yox,
Göydə gəzər, qanadı yox.
60. Qızıl ləyən, qızıl tas,
Birin götür, birin as.
61. Qızıl öküz yatdı, qalxmadı,
Boz öküz getdi, gəlmədi.
62. Qır at qovar, boz at qaçar,
Boz at qovar, qır at qaçar.
63. Qırmızı nar,
H ər evdə var.
64. Dağdan, daşdan qan gəlir,
Qıvnlmış ilan gəlir.
Qabağmda dunnayın,
Qudurmuş aslan gəlir.
65. Dağdan gəlir dağ kimi,
Qollan budaq kimi.
Əyilir su içməyə,
Böyürür oğlax kimi.
66. Dağdan gəlir, daşdan gəlir,
Qudurmuş bir aslan gəlir.
67. Dağdan gəlir dağ kimi,
Qolları budaq kimi,
Oturur həsir kimi,
Duranda yesir kimi.
68. Dağdan gəlir hozı kimi,
Dəyirmanın tozu kimi.
69. Dağlarda qar əridi,
Ayaq tutub yeridi,
D ərə görüb bağırdı,
Dərya görüb kiridi.
70. Dam dambıldar,
Su gumbuldar [şappıldar],
Heyva çalar,
Nar oynuyar.
71. Dam üstə daylaq oynar,
Yerə dəyib oyular.
72. Dəyirm ana dən doldu,
Z ülf üzünə bənd oldu,
Düz üç yüz altmış taxta
Bir mismara bənd oldu.
73. Dəyirmi təpə,
Qızıldan küpə.
74. D ərd-bəlanı sovan kösöv,
Qurdu-quşu qovan kösöv.
75. D ilim -dilim nar,
Dizim ətən qar.
Uçdu bir kəklik,
Qondu bir dilbər.
76. Eşiyə bir ağac düşüb,
Nə qolu var, nə budağı.
Bir quş gəldi, onu yedi,
Nə dili var, nə dodağı.
77. Əzziyəm, yasda,
Quyruğu dəstə.
Yeddi cam gördüm,
Bir başın üstə.
78. Əzziyəm, ay mələr,
Bulud göydə, ay mələr,
Qoç bir quzu görübdü,
Süd deyibən ay mələr.
79. Əzziyəm, əm ər hey,
Beldə gümüş kəm ər hey,
Göydə bir madyan gördüm,
Yerdə qulun əm ər hey.
80. Ə1 ilə tutmaq olmaz,
Göz ilə görm ək olmaz.
81. Əlamət, ay əlamət,
İşi tamam qiyamət,
Əli yox, şəkil çəkir,
Dişi yoxdu, dişləyir.
82. Ələy ha vələy olar,
Dəyirmana dən dolar.
Usta əli dəyməmiş,
X ərm əndə gərəy olar.
83. Əmim oğlu ustadı
Əli kəm ər üstədi.
Suda körpü salıbdı,
Gəl gör necə ustadı.
84. Zər kilim, zəncir kilim,
Ağırdı andır kilim.
N ə qaldırmaq olur, nə çırpmaq.
8 5 .İk ilə y ən qapa-qap,
Birin deyim, birin tap.
86.
İki öküz bir yerdə,
Biri aldı, biri çal.
Alı yatıb tərpənmir,
Çalı gedir hənir-hənir.
87. İki öküzüm var, biri göy, biri qızıl
Qızıl öküz yatar durmaz,
Göy öküz gedər, gəlməz.
88. İriz-iriz gedirəm,
İrizbana gedirəm.
Gəncədə su içmişəm,
Xoruzbana gedirəm.
89. İşım -işım işıldar,
Yarpaq kimi xışıldar.
90. Yaxşıca gözəldi ham ıya baxar,
Üzüno baxanı yandırar, yaxar.
91. Yer altmnan yasa gedər.
92. Yer altında gümüş kəmər.
93. Yer üzünün qarası,
Ağacların anası.
94. Yerdə bir ağ süfrə var,
Pambıq kimi parıldar.
95. Yerə vurdum baltanı,
Ağzı gümüş xaltanı.
Yerdən bir oğlan çıxdı,
Cümlə cahan soltanı.
96. Yuvası var dərədə,
Qanadları təpədə,
Gecə-gündüz yol gedir,
Dərədədi, dərədə.
97. Yük üstə para fətir,
Bacarırsan, tut gətir.
98. Göydə uçar bir maya,
İşıq salar dünyaya.
99. Körpü altdan saz gedər,
Qaqqıldayar, qaz gedər.
100.
G edər-gedər gözü yox,
Yorğa gedər, tozu yox.
----- ---------------------------------------------
101. Gecə gedir ley-leyi,
Gündüz gedir ley-leyi,
Nə ilyi var, nə sümyü.
102. Göydə doğular,
Yerdə boğular.
103. Göy üzü damar-damar,
Göydən yerə nur damar.
104. Göydə durub qızıl daş,
Cümlə cahan əyir baş.
105. Göydə gəzər qalaq-qalaq,
Gah tutqundur, gah rəngi ağ.
106. Göydə gördüm bir maya,
Atıldı, düşdü çaya.
107. Göydən bir ağac düşdü,
Barsız, budaqsız.
Onu bir quş yaladı,
Dilsiz, dodaqsız.
108. Göydən düşdü, yerə yapışdı.
109. Göydən yerə buz yağır,
Görün necə düz yağır.
Darı boyda, qoz boyda,
Görmədim qarpız boyda.
110. Göydən gələ-gələ,
Düşür gilə-gilə,
Bunun adı nədir -
Gorək, hamı bilə.
111. Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər.
O qədər oynamışlar,
X urdu-xəşil olmuşlar.
112. Göydən gəlir sel kimi,
Yerə dəyir tel kimi.
113. Gün çıxanda yox olur,
Gün batanda çox olur.
114. Gündüz gedər uzun qız.
Gecə gedər uzun qız.
115. Gündən güclü,
Yeldən gücsüz,
Yoxdu gözü,
Ağlar özü.
116. Gündüz pozular,
Gecə düzülər.
117. Mavi atlas,
İynə batmaz,
Qayçı kəsməz,
Tərəzi çəkməz.
118. Mavi atlas,
Ortasında
Bir qızıl tas.
119. Mən aşiqəm, düz yerdə,
O göydədi, biz yerdə.
O yer olmaz keçməsin,
Salmaz bircə iz yerdə.
120. Mən getdikcə o uzanır.
121. Min minarə
Dibi qarə,
Yüz min çiçək,
Bir yarpaq.
122. N ə daşı var, nə taxtası,
Nə zəri var, nə baftası.
Çaylar üstə körpü salar,
Sütunları sudan olar.
123. N ə əli var, nə ayağı,
Qoca kişi yer qazır.
124. N ə ələnm əz, nə bələnm əz
Ocaq başma gələnməz.
125. N ə əli var, nə ayağı
Dağıdar dəli sayağı.
Şıqhaşırıq açar qapı.
126. O nədi ki, dayanıbdı dayaqsız,
O nədi ki, boyanıbdı boyaqsız.
127. O nədi ki, dayım uzun,
Qurşağı gödək.
128. O nədi ki, dörddür, beş deyil.
129. O nədi ki, ik id ir, üç deyil.
130. O nədi ki, işığı var, istisi yox.
1 3 1 .0 nədi ki, yaşı çoxdu qocalmaz,
O nodi ki, gəzər, məkanı olmaz,
O nədi ki, nə əskilməz, nə dolmaz.
132. O nədi ki, gələn yaz,
G ələn qışdı, gələn yaz.
Qış bir xörək bişirdi,
Yağın tökdü gələn yaz.
133. O nədi ki, göydən yerə sallanır.
134. O nədi ki, gündüz gözü korşalır,
Gecə od tutub yanır.
135. O nədi ki, özü var,
Camalı var, gündə iki saat öm rü var.
136. O nədi ki, özü var, kölgəsi yox?
137. O nədi ki, öz məzarın özü qazar.
138. O nədi ki, silahı yox atışar,
Atışıban bir-birinə qarışar.
139. O nədi ki, tut ucundan göyə çıx.
140. O nədi ki,
O gözünü yumanda,
Dünya zülm ət görünür.
O gözünü açanda
Aləın nura bürünür.
141. O hansı ağacdı ki,
Kökü havada durar,
Budaqları yerdədi.
142. O hansı anadı ki,
Udar balalarını.
143. O hansı bağdı ki,
Torpağm əkm ək olmaz,
Çınqılm çəkm ək olmaz.
144. O hansı quşdu ki,
Bir qanadı ağdı,
Bir qanadı qara.
145. Odda yanmaz,
Suda batmaz.
146. On beş gün düz şahlıq etdi,
On altıda köçüb getdi,
Otuzunda nadan oldu,
On dörddə kamala doldu [yetdi].
147. Oturmuşdum səkidə,
Ürəyim səksəkədə.
Göydən bir alma düşdü,
Bir qızıl nəlbəkidə.
148. Özü burda,
Saqqalı damda.
149. Rizhariz gcdirəm,
İrizbana gedirəm,
G ölm əçədən su içib,
Xoruzbana gedirəm.
150. Sağsağan səkər,
Quyruğun bükər,
Qaz qaqqıldar,
Yumurta tökər.
151. Sandıq sandıq içində,
Qızıl sandıq içində,
Araza bir od düşdü,
Biz do yandıq içində.
152. Sarıca kişi yer dələr.
153. Sornic altda iki toyuq,
Biri isti, biri soyuq.
154. Səhər gül kimi açır,
Aləmə nurun saçır.
155. Suda bitər,
Suda itər.
156. Suya düşər islanmaz,
Yerə düşər paslanmaz.
157. Səpdim gecə noxudu,
Səhər gördüm yoxudu.
158. Tərəzi var, təngi var,
Hər bir rəngdə rəngi var.
159. Uzaqdan baxaram ağarar,
Yaxma gedərəm bağırar.
160. Uzaqdan baxdım yaman çox.
Yanma getdim, heç nə yox.
161. Uzun qızın kölgəsi yox,
Müştərisi hər şeydən çox.
162. Uzun-uzun qayışlar,
Gedib G əncədə işlər.
163. Uzun-uzun ulama,
Ucuna qıl dolama.
Gedər uca dağlara,
Gələr bizə salama.
164. Uzun-uzun ulama,
Ucuna sap dolama.
Gedər bəyin yanma,
Bizə gəlm əz salama.
165. Uzun hacı, kök hacı,
Duman başının tacı.
166. Uçan bir quş kənəkdir,
İşi tamaırı kələkdir,
Dəyirmana can verər,
Xınnana da gərəkdir.
167. Üç qardaşım var:
Biri suluyur,
Biri üfurür,
Biri bitirir.
168. Ü çü bizə yağıdı,
Ü çü cənnət bağıdı,
Ü çü yığıb gətirir,
Üçü vurub dağıdır.
169. Xam güm üşə axşam səpdim darını,
Səhər durub dedim darı bəs hanı?
170. Xub gözəldi hamıya baxır,
Ona baxana iynələr taxır.
171. Halalar, hay halalar,
Dağda koklik balalar,
N ə kiçiyi böyüyər,
N ə irisi balalar.
172. Həşədo, ay həşədə,
Bir quş tutdum meşodə,
Atanın yeddi oğlu,
Hamısı bir peşədə.
173. Həyotdə dağ,
Pambıqdan ağ,
Evə gələr,
Suya dönər.
174. Həm işə gedor, mənzilə çatmaz.
175. Həsenağa xəstədi,
Qolları qəfəsdədi,
Nə yerdədi, nə göydə
Ç ərxi-fələk üstədi.
176. Hini hinicə, bumu əyricə,
Hara gedirsən, bu yarı gecə.
177. Çiy ipək, çiləmə ipək,
Bircə yarpaq, yüz min çiçək.
178. Cavanlıqda oturar,
Qocalıqda yırğalanar.
179. Cin çinar başmda,
Cin qara quş oturmuş,
Yağlanmış, buğlanmış,
Quyruğu düyünlənmiş.
NƏBATAT ALƏMİ
Dostları ilə paylaş: |