Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I



Yüklə 23,33 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.12.2016
ölçüsü23,33 Kb.
#679
1   2   3   4   5   6   7   8

) , X Ö B Ə K L Ə D  TƏ 
^
 BAŞQA YEYİNTİ HƏH8UIXAD1
1196.  Ağaca minor,  qıçı  sallanar.
1197.  Ağca təpə,
Başı  küpə,
Nə  küpədi,
Nə  do  təpə.
1198.  Bir ilikdi, bir sümükdü, bir dori, 
Alom onun  ləzzotino  müştori.
1199.  Qara toyuğum 
Qapıda yatar,
Yumurta tökər.
1200.  Düzüm-düzüm nar,
Dizimotən qar.
Əsdi  qara yel,
Qondu o dilbər*.
1201.  Əmirdən, ay əmirdən,
Gündü keçən ömürdən. 
Yemişlərdən hansıdı,
Özoyi var dəmirdən.
1202.  M ən aşiqəm könüldən,
X əbər alın əmirdən.
Bu gün bir nübar yedim, 
Budaqları dəmirdən.

Həmin  tapmacanın  müxtəlif cavablan  vardır.  Lakin  əksəriyyəti  taxıl  və  dənli 
bitkiləro aiddır.

1203.  O nədir ki,  gəmiyə minər, 
Ayağın  sallar.
1204.  O nədir saymaq olmaz 
Olmasa qalmaq olmaz.
1205.  Səkidə yatar,  yumurta tökər*.
1206.  Tap-tapmaca,
Qab altdaca.
1207.  Tap-tapmaca,
Gül yapmaca,
Deşiklədim 
Atdım saca.
1208. U zun-uzun dərvişlər,
Gecə bizə gəlmişlər.
O qədər oynamışlır, 
X urd-xəşıl olmuşlar.
1209.  Çıxar tavaya,
Çığrar havaya.
1210. Çıxar ağaca sallanar,
Dərin dama tullanar.
1211.  Şit bişmiş  aş,
Köşək elə daş.
*  Bu tapmaca geniş yayıldığı üçün onun bir neçə variantını veririk. 
--------------------------------------------------------------------------------------------------- — ----------------------------------------------
1212.  Ağac  için ovaram,
Düz ağzıma qoyaram.
1213.  Ağacda var bağırsaq, 
Yel babanı çağırsaq, 
Ağzım  açıb ney çalar, 
Süleymanı çağırsaq.
1214.  Altı cəhənnom,
Üstü düzəngah. 
Qulaqları üç,
Saçları  ülgüc.
1215.  Qabırğası  var, qanı  yox. 
Nofəsi var, canı  yox.
1216.  Qarğı  qamış,
Ağza yapış,
Üstü deşik,
Gerisi  beşik.
1217.  Qoz ağacın oyarlar, 
Üstünə  tel qoyarlar, 
Vaxtsız durub ağlasa 
Qulağım  burarlar.
1218.  Dərdi  qəmdən,
Təni  zədən,
Əlin vursan,
Edər fəğan.

1219.  Ələ  alsan ağlayar,
Yerə  qoysan kiriyər.
1220.İki  küpə,
İki  ağac,
Biri  göydə,
Biri yerdə.
1221. 
Yumru təkər,
Əllərdə  gəzər.
1222.  Kişnə, kişnə, kəhər at,
Düzün  saxla, pisin at. 
Ayağmda qıl sicim,
Kişnə,  gözəl kəhər at.
1223.  O nədi ki,  yetmiş  iki  dil bilir.
1224.  Özü həştə,
Ünü qəştə.
1225.  Palıdın parası,
İçinin tarası,
Onu tammayan,
Şeytanın balası.
1226.  Sağsağanlar qaqqıldar,
Başı  m ənim  əlimdə,
Doqquz qovaq dillənər,
Tacı  m ənim  əlimdə.
1227.  Toyda,  düyündə gəzər,
Səsi  aləmi bəzər.
Qabırğası qatbaqat,
Gah  yavaş,  gah da bərk dart.
1228.  Tut ağacı,  üzü pərdə, 
Barmaq gəzər pərdə-pərdə.
Gah dərində,  gah zərində, 
Ağlar ahu-zar dilində.
1229.  Üzük aldım,  qaşı  yox, 
Təpə  gördüm, daşı  yox. 
O nədir ki, ağlayır, 
Gözlərinin yaşı  yox.
1230.  H ili-hilicə kəhər at, 
Hilisi  gözəl kəhər at, 
Ayağmda qıl sicimi 
Düyünü  gözəl kəhər at.
1231.  Hürü-hürünü dindirər, 
Hürü pərini dindirər. 
Bizim evdə üç dilsiz var, 
Biri-birini dindirər.
1232.  Çömçə başı  məndiri, 
Bclində var kəndiri, 
Milçək qonsa vızıldar,
Ə1  dəyəndə sızıldar.

1233.  A  qara gədə, nədəndi, 
Bağrı zədən-zədəndi. 
Özü ə llə r doyurar, 
Gözü doym az nədəndi.
1234.  A  yolnan gedən kişi, 
Torpağnan vardı  işi,
Bir oğlaq almışam m ən 
N ə erkəkdi, nə dişi.
1235.  A kişi, kişi,
D əm irdən dişi,
Y eyər buğdanı,
Qalar küləşi.
1236.  Ağac ağacdan,
Qam ı  şalaşdan, 
Doymaz bu oğlan,
M in tağar aşdan.
1237.  Ağac başın  oydular, 
K əndə koxa qoydular.
1238.  Ağacdan atı,
D əm irdən qatı,
A dəm  illəti,
Tanrı qüdrəti.
1239.  Ağızı var,  dili yox, 
Qarını var,  beli yox.
O necə əkinçidir, 
Toxum səpir,  əli yox.
1240.  Anam,  atam var mənim, 
Suda xatam var mənim, 
Dörd anadan olmuşam, 
On beş  atam var mənim.
1241.  Atam atlı, mən yayaq, 
Əlimdə  dəmir daraq. 
Palçıq dizdən,  su  beldən, 
Yüyürürük toz qopur.
1242.  Axar çayın axanı, 
Dolandırar cahanı,
Bir yanında xış  işlər,
Bir yamnda kotanı.
1243.  Balaca kişi  kəndi  gəzər.
1244.  Bizdə bir kişi  var,
Qırx dənə dişi  var.
1245.  Bizdo  bir kişi  var, 
Ağzında beş  dişi  var.
1246.  Biziın evdə bir kişi  var 
Q ırx-əlli dişi  var.
1247.  Bizim evdə bir kişi  var, 
Təpəsində üç dişi  var.
1248.  Bir atım  var dərində, 
Bağlamışam sərində, 
Gecə-gündüz yol gedir, 
Ycrindədi, yerində.
1249.  B irb eləcə mürcünü 
Gördüm onun gücünü. 
Yeddi qatar dəvə də 
Çəkm əz onun gücünü.

1250.  Bir özü var, dörd gözü.
1251.  Bir dərədə  qurd durmuş, 
D işin-dişinə vurmuş, 
Dünyanm malın yemiş, 
Heç özünə qalmamış.
1252.  Burdan batar, ordan çıxar, 
Qılçıq atar, yonca bitər.
1253.  Qara toyuq  yer eşər,
Ağ toyuq suda bişər.
1254.  Qıllı  qovaq  dibində,
Paslı  dəm ir cingildər.
1255.  Qucağa alırsan  ağlayır, 
Yerə qoyursan kiriyir.
1256.  Dam dambıldar,
Su guruldar,
Heyva çalar,
Nar oynuyar*.
1257.  Daş xırıldar,
Su şırıldar,
Taxta çalar,
Dən  oynaşar.
1258.  Daşdandı,  dəmirdəndi, 
Xörəyi  xəmirdəndi,
A ləm ə yemək verər,
Özü doymaz nədəndi?
1259.  Daşdəmir daşdan,
Qamı  talaşdan,

Çoxcavablı tapmacadır. 
154 
---- ——----------  
Daşdəmir doymur,
Yüz qazan aşdan.
1260.  Daşdəmirdi,  yeməyi  xəmirdi.
1261.  D ərə dibində  durar,
Alemi o  doyurar.
1262.  D ərədə  durmuş,
Bığını burmuş,
Dünya durduqca,
Ycrindo dunnuş.
1263.  Dörd qardaş,
Ha ötüşürlor.
Biri-birinə,
Çata bilmirlər.
1264.  Evimizdə bir kişi  var,
Aş  içor,  noxudunu seçər.
1265.  Əlimo  allam,  sallanar,
Ycrə qoyaram, yığılar.
1266.  Əlindo  oraq,
Qolları  daraq,
Üstündo xııman,
Altı  dəyirman.
1267.  İtələdim  novura,
Qulaqları  dovura.
1268.  Yarır torpağı qat-qat.
Əlli  öküz, əlli at,
Ona çatmaz q ü w ə də 
Böyük  iş görür kənddə.

1269.  Yatar köşər daş gördüm.
Duzsuz bişmiş aş gördüm.
1270.  M ücürü,  ay mücürü,
İlişdirdim ucunu,
Yeddi qatar nər gərək,
Ç əkə onun gücünü.
1271.  N ə ələ  var,  nə ayağı,
Eşər, tökər torpağı.
1272.  O yanda bir qoç durub,
Buynuzların düz burub,
Cümlə aləm i udub,
Hələ yerində durub.
1273.  O nədir ki,  yeriyər,  y e riy ə r- un qusar.
1274.  Özü əyri, yolu düz.
1275.  Sağsağan  səkər,
Bildirçin ötər,
Qazlar qaqqıldar,
İliyin tökər.
1276.  Səkkiz dartan, bir yırtan.
1277.  Suya girər lillənər,
Sudan çıxar dillənər.
1278.  Uzunca qız uzanar,
Ö zünə yem  qazanar.
1279.  Üstü taxta,  altı daş,
Səkkiz ayaq,  iki baş.
1280.  F ır-fır ötər,
A ğ-ağ tökər.
1281.  H atəm -hatəm  hətdədi, 
Hatəm koxa kəntdədi. 
Dişi qamı altında,
Dodağı dal qatdadı.
1282.  Helində,  ha helində, 
Qanadları belində. 
Gecə-gündüz yol gedər, 
Yerindədi, yerində.
1283.  Hənd oldu, ha hənd oldu, 
Dəyirmana dən doldu, 
Səksən  ikicə taxta
Bir mismara bənd oldu.

1284.  Ağ yerə toxum səpərlər.
1285.  Ağ çöldə  qara toyuq.
1286.  Ağ köşəndə yer şumluyuram.
1287.  Ağ iistündə  qaralar,
Bir-birini  qovalar.
1288.  Ağzı birdi,  dili  ırıindi,
Gah belə  dcyir, gah  elə.
1289.  Ağ çala qara toxum,
Əlim ilə əkərəm,
Dilim  ilə biçərəm.
1290.  Ağca atı  nalladım, 
Səm ərqəndə yolladım.
1291.  Adamda yox,
İnsanda var,
Aləmdə yox,
Cahanda var*.
1292.  Ay gedir adamıla,
Bir xonça badamıla,
N ə dili var, nə  ağzı 
Danışır adamıla.
* Ərob əlifbasının nöqtalərinə işarədir.
1293.  Aya bax axtalanıb,
Qapılar taxtalanıb.
Meydana bir at gəlib,
Bumundan noxtalanıb.
1294.  Anada var, atada yox,
Nuxada var, Bakıda yox.
1295.  Araxçınım var atlas,
Ataram  suya batmaz.
1296.  Arpa yemir,  saman yemir,
Anqırır heyvan kimi.
1297.  Bakıda bişər,
Şəkidə  düşər.
1298.  Bir qapağı,
Min yarpağı.
1299.  Bir qarpızım var cığal,
Üstüno  dünya sığar.
1300.  Bir qaraca gözü  var,
Dünya dolu izi  var.
1301.  Bir quşum var nəhanı,
G əzər cümlə-caham,
İstərəm  kəsib yeyəm,
Nə  əti  var,  nə qanı.
1302.  Bir quşum var, səsi düşüb dünyaya, 
O quş  məni aparacaqdır Aya.
1303.  Bir quşum var canı  yox,
Qanadı  var,  qanı yox,
Uçur uzaq ellərə,
Elə çoxdu,  sanı yox.

1304.  Bir sandığım var, dünyamn hər
yerindən xəbər verir.
1305.  Bir sehirli  fanaram,
Kibritsiz də yanaram.
N ə yerdə yox, nə göydə, 
Havadan sallanaram.
1306.  Bu günü adınadı,
Adnanın adı nədi,
Ağdan qara boyanmış,
Boyağm  adı nədi?
1307.  Qara toyuq qaqqıldadı,
Qanadları  şaqqıldadı.
1308.  Qaradı  gözü,
Uzundu sözü.
1309.  Qaraca kişi,
Əlində  şişi,
Şişini  əyər,
Toxumu səpər.
1310.  Quş deyil, qanadı var,
Quşlardan yeyin uçar.
1311.  Dağdan  saldım sınmadı,
Daşdan saldım sınmadı, 
Körpüdən  saldım smdı.
1312.  Danışaram dəmirdən,
Cavab gəlir kəndirdən.
1313.  Dənizdə bir ev gördüm,
Üstündə  var dam-baca.
Yeriyir yavaş-yavaş,
Tapmacadı, tapmaca.
1314.  Dili var,  insan deyil, 
Tikişi var,  şal deyil, 
Yarpağı var,  gül deyil.
1315.  Dili yoxdu, dillendirir, 
İnsam elmləndirir.
1316.  Dolanar bütün erzi,
Aşar dağı, dənizi.
Gəzib göydə gecəler, 
Gəlib yerde dincələr.
1317.  Əlim  ilə ekərəm,
Dilim  ilə biçərəm.
1318.  Əllərdə yeriyer,
Buraxsan dayanar.
1319.  İnsan deyil, nefesi var, 
Pələng deyil, neresi  var. 
Yeriyər demir üstündə, 
Gah yeyin, gah da ahəstə.
1320.  Yağlamışam, duzlamışam, 
Qaya altda bağlamışam.
1321.  Yaşıldı başı,
Töküler yaşı.
Dalında iki  qardaşı, 
Qabağında al qumaşı.
1322.  Yerciyi ağdı,
Toxumu qara,
Əlle əkerlər,
Dillə biçərlər.

1323.  G edir-gedir izi yox, 
K əsir-kəsir qam yox.
1324.  Gəlirdim adam ilə,
Bir xəlbir badam ilə, 
Düzülüb arpa kimi,
Damşır adam ilə.
1325.  Gün çıxar axtalanar, 
Qapılar taxtalanar. 
M eydanə bir nər gəlmiş, 
Üç yerdən noxtalanar.
1326.  Gücü alır nazik teldən, 
X əbər verir hər bir eldən 
Adam deyil danışır,
Atəş deyil  alışır.
1327.  M ən aşiqəm  xam durmuş, 
Bişməmişdən xam durmuş, 
Yerlə göy arasında, 
Gördüm bircə dam durmuş.
1328.  M üşkülü müşkül  açar, 
Gündə bir,  saatda iki, 
H əftədə üç gül açar*.
1329.  N ə dili  var, nə ağzı 
N ə tarı  var,  nə sazı,
H ər yerdən xəbər verər, 
Oxuyar xoş  avazı.
1330.  O nədi ki,  yeməyi benzindi, 
Ayaq rezindi.
*  Ərəb əlifbasının nöqtələri.
1331.  O nədi  ki,  içində  qışdır,
Çölündə bahar.
1332.  O nədir ki, başın kəsməsən  yeriməz.
1333.  O nədir,  nəfəssizdi,
Bülbüldü, qofəssizdi.
Uçanda quş  tək uçar,
Canı yox,  nəfəssizdi.
1334.  O  tayda duran kişi,
Əlində dəmir kişi,
Bizə bir ulaq göndər.
Nə  erkok, nə də dişi.
1335.  O üzü qaya,
Bu üzü qaya,
Atıldım mindim 
Doryada daya.
1336.  Özü qara,  sözü ağ.
1337.  Suda gəzər canı  yox,
Boğazlasan qanı yox.
Suya atsan o batmaz,
Quruda yatsa qalxmaz.
1338.  Sulu yerdə kişnər.
Susuz yerdə qışlar.
1339. Taxtadan atı,
Domirdon qatı.
Bəndə  əlində,
Kürəkdon qatı.
1340.  Uzun-uzun qayışlar, 
Gedər Gəncədə  işlər.

1341.  Üç  ata minib, özü piyada gedir*.
1342.  H əvəng-həvəng içində, 
Həvəngi zəng içində. 
N ə yerdədi, nə göydə 
Əsil fırəng içində.
1343.  Heç  yerdə tapammadıq. 
Şamda üçünü tapdıq.
* Qələmin üç barmaq ortasmda tutulub yazıldığı vaxt. 
------ ------ ---------------------------------------------
-
1344.  A Yel  baba,  dur, gedək, 
Madyanını  sür gedək,
Bir qapının qıfılın 
Min  qapıya vur,  gedək.
1345.  A Yel baba,  Yel  baba, 
Əynində məxmər əba. 
Ağzın açıb-yumanda,
Od püskürər obada.
1346.  A kişi-kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar samanı.
1347.  A lalələr,  lalələr, 
Gümüşdən piyaləlor, 
Göboyindən dən yeyər 
Bel  üstündən balalar.
1348.  Ağ yumaq, qırmızı yuıuaq, 
Nə vaxt gəldi bizə qonaq?
1349.  Ağara-ağara 
Girdi  mağara.
1350.  Ağac başında boxça,
Nə boxçadır, nə taxça.
1351.  Ağca qoyundan,
Qara süd  sağdım.

1352.  Altdan yeyər,
Ü stdən qusar.
1353.  Altı  daş, üstü daş -  arasında çəmənim, 
Qazanda bişən duzsuz aşımdı mənim.
1354.  Altında  qazan qaynar,
Üstündə  ocaq yanar.
1355.  Atdım yamaca,
Düşdü umaca.
1356.  A tılıb-düşər,
Susuz bişər,
Qınnızı  düşor.
1357.  Aşıq eldən yuxarı,
Şana teldən  yuxarı,
Aşıq bir şey  görübdü,
Üç başı,  on  ayağı.
1358.  Balaca quyu,
Pıqqıldar suyu.
1359.  Başı  iki,
Ağzı bir.
Beldə kəmər,
Doşab əm ər.
1360.  Başmda papaq,
Əlində cida.
Q ur-qur quruldar,
N ə  əsgər deyil,
N ə do qurbağa.
1361.  Biz bizə  biz deyirik,
Siz bizə nə  deyirsiz?*
*Bəzən söz oyunundan ibarət olan belə tapmacalara da çox rast gəlmək olur.
1362.  Bir atım var ad eylərəm,
Ölsə,  qiyamət eylərəm,
Əti  yoxdu ki, kəsməyə,
Sümüyün xeyrat eylərəm.
1363.  Bir belə bəsti,
Dəstəsi  yastı.
Balış lanqıcı,
Ağzı  fış-fışı.
1364.  Bir qara qatır,
Yan üstə yatır,
N ə yemir,  nə içmir,
N əfəsin  alır.
1365.  Bir quyum var dayazdı,
İçi  dolu bəyazdı.
1366.  Bir quşum var ala-bula,
Qanadların çala-çala.
Gedər ciyər sövdasına.
1367.  Bir yerdə bir çölmək var,
Durub onu bölmək var,
Səksən səkkiz çatıda 
Doxsan  doqquz  ilmək var.
1368.  Bir kişi  var qara təpəni  ağardır,
Ağ süpürgəni  qızardır.
1369.  Bir minarəm var,  yonduqca yoğunlar,
Qazdıqca uzanar.
1370.  Bir ustam var, gecə-gündüz bez toxuyur,
Heç kim onu geyə bilməz.
1371.  Bir çanağım var,  içi dolu quyruq,
Üstündə də bıçaq, nə qədər doğranır -  qurtarmır.

1372.  B ir cüt bulağım var,  suyu şor.
1373.  Biri gəlir, biri oturur, biri yatır.
1374.  Bircə belə boyu var,
Dağdan  ilxı  endirir.
1375.  Bu gün çaharşənbədi,
Qəlbim ə düşən nədi? 
Dəryadan  tüstü qalxır 
İçində bişən nədi?
1376.  Bugünkü gün adnadı,
İşlər ovandınadı.
Dünya üç  şey görməyib 
Tap görüm adı nədi?
1377.  Vurdum bir daş ləpiyə, 
Buraxdım baş təpiyə, 
Quyruğundan tutmasan, 
Otlamaz birco kərə.
1378.  Qalın qamış  içində,
Yumru xoruz çağırır.
1379.  Qaməti  düz 
İçi əyri 
Kərpici daş,
Başında tac.
Səhər-axşam  
Oxur bülbül.
1380.  Qara quş qanadın gərdi, 
Başımın üstünə sərdi.
1381.  Qəribəm , beş iyirmi, 
Saymışdım beş  iyirmi.
Yeddi buğda, bir salxıırı, 
Dənəsi  var beş iyirmi.
1382.  Qırmızı misə dağ basdım, 
Apardım bazardan asdım.
1383.  Qoca kişi dağdan  şələ endirir.
1384.  Quyu dibində bir damla qan.
1385.  Quru yerin qurbağası,
Gamış balasmdan böyükdür*.
1386.  Dağda dülüymon gördüm 
Suda süleyman gördüm 
Yatar göyşər daş gördüm. 
Duzsuz bişmiş  aş  gördüm.
1387.  Dağda tappıldar,
Suda şappıldar,
Obada forman,
Kənddə sülcyman.
1388.  Dağda  tappıldar,
Suda şappıldar,
Ayğır ölkədə,
Bozu yataqda.
1389.  Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz. 
Nazik toxur culfa bezi,
Heç kim onu geyə bilməz.
1390.  Dağdan gəlir dadıq suyu,
Heç kim onu dada bilməz.
* Söz oyunu ilə düzəldilmiş tapmaca.

1391.  Damda var qara yaylıq, 
Yağışa çara yaylıq.
1392.  Damda dana böyürür, 
Qızlar ora yüyürür.
1393.  Dmqır ələk, dınqır saz, 
Əlim xəmir, qamım ac.
1394.  Dünyanı  dolanar-gəzər, 
Özü bir ovuc yer tutar.
1395.  Evin dalı gölmədi 
X anə-xanə bölmədi.
Bir gəbəm   var,  rəngi bir 
Səksən  səkkiz ilmədi.
1396.  Eləmi, bir tağda,
İki şamama bir tağda, 
Hərəm iz birin üzdü,
Biri  qaldı bir tağda*.
1397.  Əziziyəm,  nədəndir, 
Çəpkəni  gülbədəndir. 
Kötüyünə od düşüb, 
Gəlin, görək nədəndir?
1398.  Əziziyəm,  tək bəndi,
Vur belinə tək bəndi. 
Doxsan doqquz arxın 
Var başında tək bəndi.
1399.  Əzizim,  təpəsino,
Aşıq çıxıb təpəsino,
*  Söz oyunu  ilo düzəldilmiş tapmaca. 
170 
-----------------------------------
O kimdi  çomaq vurdu, 
Allahın topəsinə*.
1400.  Əzilməz,
Üzülməz,
Siıfrəyə
Düzülməz.
1401.  Əynindo  atlas,
Donizdə batmaz.
1402.  Ə1  çalmasan da oynar, 
Odsuz-ocaqsız qaynar.
1403.  Əriməz küpə,
Çiirüməz küpo.
Min  il  qalsa da,
Çürüməz küpə.
1404.  Əhodom yüz bəlalı,
Dərd canda yüz bəlalı, 
Dörd  quş var bir yuvada, 
Hərosi  yüz bolalı.
1405.  İlim -ilim  düymosi,
İlim xatın düymosi, 
Sokson  sokkiz düymədə 
Doxsan  doqquz  ilmosi.
1406.  İki sorçənin dörd  gözü, 
İki  çatının dörd ucu. 
Oraq oyri,  duz acı**.
1407. Yayda donar,
Qışda açılar.
Söz oyunu  ilo düzoldilmiş tapmaca. 
Söz oyunundan  ibarot tapmaca.

1408.  Y am acdan aldım,
Q azana saldım,
Düşdü  umaca 
Yedim  doyunca.
1409.  Yaşıl atlas,
İynə batmaz,
Qayçı  kəsməz.
1410.  Yol  içində yoğun abay,
İçində  cəhənnəm  yanar.
Ağzm   açıb zəm iyə baxar.
1411.  Yük altm da iki  tas,
Birin  qaldır, birin as.
1412.  Kağıza ot bükərəm,
Tez ağzım a dürtərəm.
1413.  G et o  dağdan qar al gətir, 
V erm əsələr də al gətir, 
Ə rinm əm iş yağ al gətir.
1414.  Göydə  ulduz sanı yox,
Ay çıxıb bir yanı yox.
Başm a hey döydükcə 
Ağzm  açar,  canı yox.
1415.  Gündüz gəzər, axşam  gəlib bir
abbasılıq yerdə durar.
1416.  M eşədə kəsdilər başm 
Ş əhərə atdılar leşin.
Suya saldılar, batmadı -  
Oda atdılar, yandı.
1417.  M on aşiq,  içi  dəri,
İçinin  içi  dəri,
Aşıq bir loxma yeyib,
Üzü ət,  içi dəri.
1418.  M ən aşiqəm, bir ata,
Bir oğuldu, bir ata,
Həştad dəvə, qırx qatır 
Yüklənibdi bir ata.
1419.  Mən aşiqəm, bir ata,
Bir oğuldur, bir ata,
Səksən keçi, yüz qoyun,
Yüklənmişdi bir ata.
1420.  M ən  aşiq, təknədədim,
Gül açıb tək, nədəndir?
Doxsan kişi, yüz arvad,
Hamısı  Təknədəndir.
1421.  Məni təkcə yeməzlər,
M ənsiz də xörək olmaz.
1422.  M illi-milli mərcümək,
Şirin dilli mərcümək,
Aləmi  gəzdi,  gəldi,
Başı  güllü mərcümək.
1423.  Mindim törəməzi,  tutdum tükonməzi, 
Getdim qaltan qaza.
1424. Nazik-mazik culfa toxur,
Heç kim onu örtdüyü  yox.
1425.  Nə burda var, nə orda 
Doludur Naxçıvanda,
Hər şeyi dadlandırır,
Halvanı bulandırır.

1426. Ne  gümüşdür, nə qızıl,
Suya girər islanmaz,
Yerə  düşər paslanmaz.
1427.  Nəfəsi  var, qanı yox,
Cəsədi var,  canı yox.
1428.  O yanı  daş,  bu yanı daş,
İçində  qırx-əlli  baş.
1429.  O necə  ağacdır ki,  gündə bir yarpaq salır.
1430.  O nədi tək-tək alı 
Bağında tək-tək alı.
Canı  var,  cəsədi  yox.
N əfəsin tək-tək  alı.
1431.  O nədir ki,  ağ giimüş,
Çəkic  altda döyülmüş,
Hər tərəfı  ərəbcə,
Hörüm-hörüm hörülmüş.
1432.  O nədir ki, bədəni  içərido,
Başı  eşikdə.
1433.  O nədir ki,  ildo doğar ayaqsız.
1434.  O nədir ki, vurdum  yerə, qalxdı  göyə.
1435.  O nədir ki,  qamı  tox,
Kölgəsi  yox.
1436.  O nədir ki, qoz qabığına girər,
Qala qapısına sığmaz*.
*  Söz oyunu  ilə düzeldilmiş tapmaca.
1437.  O nədir ki,  göydən yerə  sallamr,
O nədir ki, hər nə  versən aüanır,
O nədir ki,  göbəyindən nallanır.
O nədir ki,  qatarlanıb gedər hey!
1438.  O nədir,  məlor keçər.
O nədir, dələr keçər 
Yarası yox, qanı yox.
1439.  O nədir ki,  hara gedər,
Oğlu qamında  fəryad edər.
1440.  O nədir ki, həmişə başı  üstə  yeriyər.
1441.  O nədir ki, çəkdikcə  gödəlir.
1442.  O nədir ki,  cismi  arıq 
Ənsəsi  yumru,  bumu yarıq.
1443.  O hansı dağdır ki,  qan əriməz.
O hansı  bağdır ki, barı dərilmoz.
1444.  Oraq əyri, duz acı*,
İki  sərçənin dörd gözü.
1445.  Ocaq başında qara öküz.
1446.  Sarıdı, zəforan deyil,
Girdədir,  girdəkan deyil,
Yazılıdır,  Quran deyil.
1447.  Səməndin ayaqları,
Əlindədir ayaqları,
Üç başı  var, altı  gözü,
Səkkiz onun ayaqları.
*  Söz oyunu ilə düzoldilmiş tapmaca.

1448.  Suda doğular,
Suda ovular.
1449.  Suya girər islanmaz, 
Yerə düşər paslanmaz.
1450.  Tapdım bir haça, 
Lazım dır saca.
Atdım kor itə
İt də lap qoca.
1451.  Tap-tapmaca,
Qab  atdaca.
1452. Tutdum  quyruğundan, 
Çıxmadı buyruğumdan.
1453. Uzun-uzuncuğum, 
Gödək qılıncım,
Şədəro bürcüm,
Şəddə qurşağım.
1454.  Üstü yanıb dağıldı,
Altı hələ  çiy qaldı.
1455. Üstündə ocaq yanar, 
Altında qazan qaynar. 
Tüstüsü göyə qalxar.
1456.  Üç qardaşdı -  biri yatır, 
Biri oturur, biri gedir.
1457.  Üç qardaşdır dərədə, 
Biri deyir:  “Gəl gedək” 
Biri  deyir:  “ Getmirəm ” 
Biri başın bulayır.
1458.  Xindaz-m indaz,
Yerə  düşər sınmaz.
1459.  H ələm ə küpo,  dələm ə küpə, 
Yüz  il qalsa, çürüməz küpə.
1460.  Həm misdi, həm gümüşdü, 
Ortası döyülmüşdü.
1461.  Həpdi-həpə,
Qızıl küpə.
Dövran ötər,
Çiçək səpər.
1462.  H əri-həri həridən,
Hikmət gördüm dəridən, 
Ağzı  var irəlidən,
Buynuzları geridən.
1463.  Həşədən, ha həşədən,
Bir səs  gəlir meşədən. 
Atamın beş oğlu var,
Beşi  də bir peşədən.
1464.  Çardaxda var iki tas,
Birin qaldır, birin as.
1465.  Çöl var,  çöl var,  çölmək var, 
Onu durub bölmək var, 
Səksən  səkkiz düyündə 
Doxsan doqquz ilmək var.
1466.  Can alıcı, cefa qılıcı,
Yumru təpə,  gümüş küpə.
1467.  Şeheri var, evi yox.
Meşəsi  var, ağacı  yox.
Denizi  var,  suyu yox.

Sual: 
A hərri, hərri, hərri,
Dağda dəyirman yeri,
Quşlarda necə quşdu,
Ağzı  ardınnan geri?
Cavab:  A hərri,  hərri,  hərri,
Dağda dəyirman yeri,
Qısqanc adlı  bir cücü,
Ağzı  ardınnan geri.
Sual: 
Aşıq eldən yuxarı,
Cığa teldən yuxarı,
Quşlardan hansı  quşdu,
Dizi beldən yuxarı?
Cavab: Aşıq eldən yuxarı,
Cığa teldən yuxarı,
Çəyirtgədir, eşit sən,
Dizi beldən yuxarı.
Sual: 
Birdən bar gətirir, birdən tökülür,
Birdən çadır qurur, birdən  sökülür. 
Birdən sərv olur, birdən bükülür. 
Onu bilən idrak nədi, huş nədi?
Cavab:  Qış,  dağı qar alır,  əriyir yazda, 
Sularda buz donur soyuq ayazda 
Ürək hərdən büküləndə az-az da 
Onu bilən  fəhm, kamal huş olur.
Sual: 
Dinləyin  ustadlar xəbər sorayım:
Əlsiz sazı  sizlər neco  çalarsız? 
Göydə ulduzlardı mənim davarım, 
Sizi  çoban etsəm,  necə  güdərsiz?
Cavab:  Əgər arifsiniz,  xəbər biliniz,
Əlsiz saz çalmağa kaman deyərlər. 
Göy üzündoki ulduzlar üstünə,  bilin 
O Aydı  ərənlər,  çoban -  deyərlər.
Sual:  Zülfun ucu gümüşdür,
Sal  boynuna ilişdir.
Tapmacanı tap  görüm,
Yarpaqsız nə yemişdir?
Cavab:  Zülfun ucu ilandır,
Sal  boynuna dolandır,
Tapmacanı  tapmışam,
Yarpaqsız dombalandır.
Sual:  M ənə xəbor ver bir görüm,  ay Colal,
Nə qılıncdır yaralayar gözü yox?
0  nodir ki, tanrı  dülgər yaratdı? 
Onun  amma dülgərlikdə əli  yox?
Cavab:  Sonə  xobər verim  indi,  ay dərdli,
Söz qılıncdır yaralayar,  gözü  yox. 
Çəyirtkəni  Tanrı  dülgor yaratdı, 
Onun amma dülgərlikdə özü yox.
Sual: 
Məndən  salam olsun,  ay ustad  aşıq,
Nccə quşdu dövr elomoz havada 
Pərvaz olur gah somada,  zomido, 
Gahdan abdal olur,  gəzir yuvada?
Cavab:  A1 cavabın deyim,  ay  Humay xanım, 
Könül  quşu dövr eloməz havada,

Pərvaz olsa gah səmada,  zəmidə, 
Sinə  qəfəsdi də ona,  yuva da.
Sual: 
M əndən salam olsun,  Aşıq Hüseynə,
O  nədi ki,  ömrü bir il,  yaşar hey?! 
N ə kalamdı,  mürəkkəbsiz yazılar,
O nədi ki,  gündən-günə coşar hey?
Cavab:  A1 cavabın deyim,  ay keşiş qızı, 
Səm əndərdi  o, bircə  il yaşar hey.
O könüldü mürəkkəbsiz yazılar.
Eşq dəryası gündən-günə coşar hey.
Sual: 
Neçə dağ üstündə yolları  aşıb,
Neçə m ənzillərdə karvanı düşüb, 
Neçə  qazanlarda xörəyi bişib?
Neçə m əcm əyidə payı var olur?
Cavab:  Yeddi  gün üstədi, yolları aşır.
On  iki  mənzildi, karvanı düşür.
Dörd fəslin qazanda xörəyi bişir,
Üç  yüz altmış gündə payı var olur.
Sual: 
N ə  ağacdır budaqları on iki,
H ər budaqda neçə yarpaq yek-yeki. 
Hasilə  gələndə meyvəsi  iki.
Biri ağdır,  biri qara -  deyirlər.
Cavab:  Ağac  ildir,  ay budağı on iki,
H ər budaqda otuz yarpaq yek-yeki, 
Hasilə  gələndə meyvəsi iki -  
Gündüz  ağdı, gecə  qara -  deyərlər.
Sual: 
Neylə cəm  olubdu sözün hesabı,
O nədir ki,  ahəng tutmaz tabını,
O nə  şeydi mən görmüşəm abını, 
Həm istidi, həm  sərindi dahana.
Cavab:  Ağlıma cəm olub  sözün hesabı,
Eşq oduna dəmir gətinrıəz tabı, 
Samavar qaynadar odunan abı,
İsti,  sərin ləzzət verər dahana.
Sual:  O kim  idi,  kəsdi  onu yağılar?
O nədir ki,  doğmaz özü -  doğular? 
O nədir ki,  altı  ayaqları  var?
O nədir ki, göz yerində gözü yox?
Cavab: Nəsimidi kəsdi  onu yağılar,
O qatırdı özü doğmaz,  doğular, 
Tərəzidir, altı  ayaqları var.
Cüt başlıdır,  göz yerində gözü var.
Sual:  O kim  idi,  kimdən xof edib  qaçdı?
Neçə yüz  il onlar xabə ulaşdı,
O kim  idi, onlar ilə qarışdı?
Söylə görüm,  nədi  ismi-bəyanı?
Cavab:  Dağyanus padşahdan xof edib  qaçdı, 
Üç  yüz altmış  il xabə ulaşdı.
0  qıtmır idi, onlara qarışdı.
01 oshabül-kəhfin  ismi-bəyanı.
Sual: 
O kimdi ki,  geyinmişdi  ağları?
O kim  idi, dolanırdı  dağları?
O kim  idi,  bəziyibdi  tağları?
O kim  idi, onun gülün üzər hey?
Cavab:  O Leylidi  geyinibdi  ağları,
O Məcnundu dolanırdı  dağları,
O Yusifdi bəzoyibdi  tağları, 
Zülcyxadı hər busatın düzər hcy.
Sual: 
O kimdi  ki,  otuzunda cavandı,
On beşində çox böyükdü,  uludu?

O nədi  ki,  dili  iki,  sozü bir?
O hansı  dəryadı, hər dəryadan  doludu?
Cavab:  O  aydı  ki,  otuzunda cavandı,
On beşində ululardan uludu.
O  qələm di  dili  iki,  sözü bir,
Elııı dəryası hər dəryadan doludu.
Sual: 
O nə  şeydir:  dili yoxdur -  danışar?
N ə qumaşdı  satmaq olmaz,  alalar?
O nədi ki,  dimdiyindən balalar?
O nədi  ki, baldırında balı var?
Cavab:  O könüldür,  dili yoxdu  danışar.
Ağıl  qumaş  satmaq olmaz,  alalar;
O  arıdı,  dimdiyindən balalar.
O biryandı:  baldırında balı var.
Sual: 
O nədi  ki, bir həftədə  açılar,
Ay tamamda dənələnib  seçilər,
Üç  ayın ərzində durmaz tökülər,
Bunu tapan  olur aqil, huşiyar.
Cavab:  Alma bir həftədə gül tək açılar.
Ay tamamda dənələnib biçilər,
Üç  ayın vaxtında durmaz tökülər, 
Bunu tapdım,  oldum aqil, huşiyar.
Sual: 
O nədi  ki,  qışda dağlar bürünür?
O nədi  ki,  əl dəyməmiş hörülür?
O nədi  ki,  əm anətən verilir?
O nədi  ki,  o da onun gülüdür?
Cavab:  O  qardı  ki,  qışda dağlar bürünür,
O könüldü,  əl dəyməmiş hörülür,
O ruhdu ki,  əm anətən verilir,
O  ilqardı,  diriliyin  gülüdür.
Sual:  O nədi  ki,  dayanıb  dayaqsız?
O nədi  ki,  boyanıbdı  boyaqsız?
O nədi  ki,  doğar əlsiz-ayaqsız?
Üç  ay keçər ayağı  var,  əli  var.
Cavab:  Göy bir çadır dayambdı  dayaqsız,
Ayla gündü, boyanıbdı boyaqsız,
Qurbağadır,  doğar əlsiz-ayaqsız,
Üç  ay keçər -  ayağı  var,  əli  var.
Sual: 
O nədi ki,  ildə bir qıya çəkər,
Qıyasmda yüz min nahaq qan  tökər.
Nə  qaladı girmək olmaz içinə?
İçində də  altınış  altı  qan olu?
Cavab:  Səm əndər quş  ildə bir qıya çəkər,
Qıyasında yüz min nahaq qan olu.
Bəndən qala,  ginnək olınaz  içinə,
İçində də  altmış altı qan olu.
SuaJ: 
O nədi ki,  gecə-gündüz laxlıyar?
O nədi ki, hər nə versən saxlıyar?
O nodi  ki,  kişilori  haxlıyar?
Ustad  isən bundan  mənə cavab  ver.
Cavab:  O geyimdir gecə-gündüz  laxlıyar.
O  torpaqdı, hor nə versən  saxhyar.
O bilikdi  kişiləri  haxlıyar.
A1 cavabın, usta,  söylo başqasın.
Sual: 
O nodi  ki,  lalə onu bürüməz,
O nodi  ki,  yay-qış qarı əriməz,
O kimdi  ki,  çox-azca xorc clomoz 
İnsan  ilo  fitno quran  feli  var.
Cavab:  Tur dağıdı,  onu lalə  bürümoz,
Şah dağıdı, yay-qış  qarı  əriməz.

O şeytandı,  çox-azca xərc eləməz, 
İnsan  ilə  fıtnə quran feli var.
Sual: 
O nədi  ki,  m ələr keçər?
O nədi ki,  gələr keçər?
O nədi ki,  dələr keçər?
Yarası çox,  qanı olmaz?
Cavab:  O  güllədi,  m ələr keçər,
O ömürdü,  gələr keçər,
Yaman sözdü,  dələr keçər,
Yarası  çox, qanı  olmaz.
Sual: 
O nədi  ki, nəfəsi var,  canı yox?
O nədi ki, bədəni var,  qam yox?
O kimdi ki, onun din-imanı yox?
O nədi ki, od-atəşsiz daşar hey.
Cavab:  O görükdü -  nəfəsi var, canı yox.
O arırdı -  bədəni  var,  qam yox,
O şeytandı,  onun din-imanı yox,
O zəm -zəm di od-atəşsiz daşar hey.
Sual:  O  nədi  ki,  özü vardı,  səri  yox?
O nədi  ki,  ildə doğar,  əri  yox?
O nədi  ki,  qanadı var, pəri yox?
O nədi ki,  qanadında xalı var?
Cavab:  Soxulcandı, özü vardı, səri yox,
O ağacdı,  ildə doğur,  əri yox. 
Yarasadı,  qanadı  var,  pəri yox. 
Kəpənəkdi,  qanadında xalı var.
Sual:  O  nədi  ki,  özü vardı,  zatı  yox?
O nədi  ki,  tikişi yox,  qatı  yox?
O nə  şeydi:  dəvəsi yox, atı yox. 
Uzun gedər, bir tükənm əz yolu var?
Cavab:  O kölgədi,  özü vardı,  zatı  yox!
O göydür ki,  tikişi  yox,  qatı  yox.
O gün,  aydı,  dəvəsi yox,  atı  yox!
Uzun gedər, bir tükənməz yolu var.
Sual: 
O nədi ki,  səhər-səhər çox  olur?
O nədi  ki,  gün varanda yox  olur?
O nədi  ki, yonulmamış yox olur?
O nədi  ki, kədərlənmiş gedər hey?
Cavab:  O buluddu,  səhər-sohər çox olur.
O güldü ki, gün varanda yox olur.
O kirpikdi yonulmamış ox olur.
O qaş-gözdü, kədərlənm iş  gedor hey.
Sual: 
O nədi ki, haq yanmda nahaqdı?
O  nədi  ki,  yerə-göyo dayaqdı?
O kimdi ki, yatmayıbdı oyaqdı?
Xostə Qasım hər elmdən halıdı.
Cavab:  Böhtan  sözdü, haq yanında nahaqdı 
Haq  nəzəri yerə,  göyə dayaqdı.
Haq özü yatmayıbdı oyaqdı.
Bu sözlərdən Lozgi  Əhməd halıdı.
Sual: 
O nədi  ki, haqdı  çıxmaq olmaz oırırdon,
O nodi  ki,  golor-kcçər ömürdən?
Cavab:  O ömürdü, golor kcçər, çıxmaq olmaz oınrdon, 
O ay-gündü gələr-keçər ömürdon.
Sual: 
O nədir ki,  alçaq ycrdən axır hey,
O nodi  ki,  yerdən  göyə baxır hey,
O nədi  ki,  nərdivanla çıxır hey.
O nədi ki,  nərdivandan enir hey.

Cavab:  O  sudu ki,  alçaq yerdən axır hey,
O uşaqdır yerdən göyə baxır hey.
O cahildir nərdivanla çıxır hey,
O gərdişdir nərdivandan enir hey.
Sual: 
O nədi  ki,  görür bütün cahanı,
O nədi  ki,  dəyişdirir havanı?
O nədi  ki,  nə canı  var,  nə qanı, 
Ləhcə  vurub  öz-özünə danışır.
Cavab:  O  günəşdi  görür bütün cahanı, 
Fəsillərdi,  dəyişdirir havanı.
Radiodu nə canı  var,  nə qanı,
Ləhcə  vurub  öz-özünə  danışır.
Sual: 
Səndən xəbər alım,  ay Aşıq Alı,
O nədi ki,  onda düriü hal olur?
O cahana, cahan ona dolanır, 
D əstəyə  düzülüb  dalbadal olur?
Cavab:  A1  eavabın deyim,  ay Əsmər xanım, 
O bir ildi  onda dürlü hal olur.
O gün hesabıdı namə üstədir, 
H əftələr düzülüb dalbadal  olur.
Sual: 
Səndən  xəbər alım:  ay Xəstə Qasım,
N ə  şəhərdi,  yerdən  ərşə yolu var?
O nə  qurtdu,  quzularınan gəzər,
Qurt quzunu yeyə bilməz feli var.
Cavab:  Sənə xəbər verim:  ay Ləzgi Əhməd, 
Köül  bir şəhərdi, ərşə yolu var, 
Mömin  o  quzudu,  şeytan  isə qurt, 
Qurt quzunu yeyə bilməz feli var.
Sual: 
Səndən  xəbər alım,  ay dədə Qasım,
O nədi  ki,  dürlü-dürlü halı var?
Nodon  hasil  oldu, ərşin  arqacı?
O nədi  ki,  toxunmamış xalı  var?
Cavab:  Sənə  cavab verim,  ay Ləzgi  Əhmod, 
Bahardı  ki, dürlü-dürlü halı var. 
Nurdan xolq olundu ərşin arqacı 
O buluddu toxunmamış xalı  var.
Sual: 
Usta bilirmison  elmin  başını,
Nə  ilo kəsərlor gözün  yaşmı?
O nədir ki, kəsor özii başım?
Bunu bilon aşıq ustad olmuşdur.
Cavab:  Sobirdo bilorlor clmin  başını,
Təvokküldü kosor gözün yaşını. 
Buludlardı  koson özü  başını,
Bunu bilon ustad  aşıq  olmuşdur.

Yüklə 23,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin