* Çoxcavablı tapmacadır.
880. Bir itim var, evin başına hərlənər,
Orda başı bağlanar.
881. Bir öküzüm var, çulımu alanda qabırğaları sananar.
882. Bir xana toxudum, nə ərşi var, nə arğacı.
Aranda qalmaz, dağdadı ağacı.
883. Biri deyir, vay başım,
Biri deyir, vay leşim.
884. Qara dəvə çökdü yerə,
Bağırsağın tökdü yerə.
885. Qara toyuq, qaq elədi,
Qanadları taqq elədi.
886. Qara toyuq qamı yırtıq.
887. Dam üstə at kişnər.
888. Düz əkdim, əyri bitdi.
889. Evimizdo iki gəlin var, ikisi də bir boyda.
890. Ə yri-m üyrü hara gedirsən?
Təpəsi dəlik, sən nə deyirsən?
891. Ə l-ayağı dəstədi,
Qolları qəfəsdədi,
N ə yerdədi, nə göydə
Ç ərxi-fələk üstədi.
892. Ərçin əpə,
Gümüş təpə,
D ərədə çiçək,
Dəyirm i təpə.
893. İki bacım var, bir boyda.
■
Biri durar, biri hayda.
894. Gedən leylək, gələn leylək,
Dabanı üstə duran leylək,
Həm taxtadı, hərn də dirək,
Gecə gedib yatan leylək.
895. Gecə boşalar,
Gündüzlər dolar.
896. Ləkləmişəm, əkməmişəm.
897. Minarə, ha minarə,
İçi tamam qan-qarə.
Təpəsi açıq olur,
Dibi də ki, lap qarə.
898. N ə evdədi, nə çöldə,
Nə göydədi, nə yerdə.
899. No yerdədir, nə göydə
Holqə vurub bir yerdə.
900. Tat-tatını götüror,
Tat oğlun götürər.
Oğlu yarpaq götürər,
Yarpaq torpaq götüror.
901. Taqqır-tuqqur lozgilər,
Bizə qonaq gəldilor.
Qoyun-keçi yunundan
Evə palaz sərdilər.
902. Uzun-uzun kişilər,
Başların, ayaqların,
Divarda gizlətmişlər.
903. Üç qardaş bir-birinin üstünə çıxdılar.
Biri dedi: - Belim ağrıyır,
O biri dedi: - Başım partlayır,
Biri də dedi: - Qorxma, qorxma.
904. Hay gedər, huy gedər,
Bircə qarış yol gedər.
905. Hacıya gedərlər hac eşqinə,
Başmdakı tac eşqinə.
M ənə elə kilim gətir ki,
N ə ərşi olsun, nə arğacı.
906. H əsən bəyim xəstədi,
Zənciri qəfəsdədi,
N ə yerdədi, nə göydə
Ç ərxi-fələk üstədi.
907. Çöldə deyil, evdədi,
N ə yerdə, nə göydodi.
908. C ərgə-cərgə söyüdlər,
Beli bağlı igidlər.
Ä
EV TƏSƏRRİİFATINDA
İŞLƏNƏN Ş m Ə B
909. A kişi, kişi
Əlində şişi.
M ənə bir at ver,
Nə erkək olsun, nə dişi.
910. Ağ qul qapıları gəzər.
911. Ağ oxloyum yağlıdı,
Başna qaytan bağladı.
912. Ağ toyuq suda oynar,
Həmdəmlə belə oynar.
Ürkücü gəldi, ürkütdü,
Bərkici goldi, bərkitdi.
913. Ağ babanı [hodi yabanı],
Gozər obanı,
Altı qıçı var,
İki dabanı.
914. Ağac atlandı,
Gomi qatlandı,
Quyruq bulandı,
Təpə sıçradı.
915. Ağac başın ovdular,
Kəndə koxa qoydular.
916. Ağacdan atı,
Domirdən qatı,
İnsan illəti,
Tanrı qüdrəti.
917. Ağacdan yuvası var,
Daşdan yumurtası var.
918. Ağzı poladdan,
Saqqalı sapdan.
919. Ağzı var, dişi yox,
Onu vurmayan kişi yox.
920. Adam əlində,
Şeytan felində,
T əkər ayaqlı,
Quyruğu belində.
921. Az gedər, çox gedər,
Bircə qarış yol gedər.
922. Ayağı var, əli yox,
Ağızı var, dili yox.
Soyuqlarda gərəkdir,
Boğazı lap dirəkdir.
923. Aləmi bəzər, özü lüt gəzər.
924. Altı haça,
Üstü haça.
İki üzük,
İki qılça.
925. Altı şişə,
Üstü şişə,
Ortasında
Kabab bişə.
926. Alçaq damdan qar yağar.
Qırağı taxta divar.
927. Anam məni öldürər,
Dərim ə saman doldurar,
Çal eşşəyə mindirər,
Qapı-qapı dolandırar.
928. Arazın lopəsindən,
Süd sağdım təpəsindən.
İki ğli var belində,
Ağızı var təpəsində.
929. Arvada bax, arvada,
Oturubdu torbada,
Torbası domirdondi,
Özü ala bədəndi.
930. Atıldım mindim qara daya.
931. Axşam açılır,
Səhər yığılır.
932. Bağlarda tappıldar,
M eşədə şaqqıldar.
933. Badyabanı
Gozor obanı,
Altı qıçı var,
İki dabanı.
934. Balaca Bəsti
Yanları yastı,
Sənoırı paçası,
Zərdi haçası.
935. Balaca quyu,
Pıqqıldar suyu.
936. Balaca kişi çəpər hörər.
937. Balaca mənzər,
Evləri gəzər.
938. Balaca C əfər parça təpər.
939. Baldırı bucaq,
Dalı bir qucaq.
940. Barmağı soxdum gözünə
Ağzmı açdı dizinə.
941. Bax Allahm işinə,
İplik taxıb dişinə,
Papaq qoyub başına.
Quyruğu suda
Başı quruda.
942. Baxsan onun üzünə,
Görünərsən özünə.
943. Başma kələm bağlayar,
Ürəyi vərəm bağlayar.
Oğul-uşağını yığıb,
Dəsmal alıb ağlayar.
944. Bizdə bir kişi var,
Ağzında iki dişi var.
945. Bizdo bir kişi var,
Ağzında on dişi var.
946. Bizdə bir kişi var,
Qırx iki dişi var.
947. Bizdo bir kişi var,
Qırx-əlli dişi var.
948. Bizdə bir kişi var,
Dəmirdən dişi var.
949. Bizdə bir kişi var,
Dörd qıçı var.
950. Bizdə bir kişi var,
Əyri-müyri işi var,
Bizə gələrson,
Gülməkdən ölərsən.
951. Bizdə bir kişi var,
Yetmiş iki dişi var.
952. Bizdə bir kişi var,
Çoxluca gözü var.
953. Bizim evdə bir quyu var,
İçində zəm -zəm suyu var.
954. Bizim evdo bir kişi var,
Təpəsində yüz deşiyi var.
955. Bizdo bir kişi var,
Hor golən üzündən öpür.
956. Bizim evdo bir quyu,
İçindo ağca suyu,
Suyun içindo ilan,
İlan ağzında gövhor,
Gecolər bizo göndor.
957. Bizim evdo bir quyu var,
İçindo sorin suyu var,
Suyu içilməz,
Barı biçilmoz.
958. Bizim cvdo bir kişi var,
Ağzmda üç dişi var.
959. Bizim evdə bir kişi var,
Köndəlon yatışı var.
960. Bir atım var dərində,
Bağlamışam sorində,
Gecə-gündüz yol gedir,
Yerindədi, yerində.
961. Bir atım var, hər yetəni minir.
962. Bir atım var, çullasan çulun salar,
Çullamasan qulun salar.
963. Bir balaca özü var,
Səksən səkkiz gözü var.
964. Bir balaca sandıqça,
İçi dolu ağ mıxça.
965. Bir beləcik atlaz,
Suya salsan batmaz.
966. Bir balaca boyu var,
Dam dolusu toyu var.
967. Bir qara quşum var,
Qapıda dimdiyindən asılıb,
Heç kimi buraxmır.
968. Bir qara öküzüm var,
Hər yetən çulluyar.
969. Bir qara toyuğum var,
Qapıları gəzər.
970. Bir qızım var, hər gələn üzündən öpər.
971. Bir quşum var fırəngi,
Talvarda vurar zəngi,
N ə yemir, nə içmir,
Nə dili var, nə həngi.
972. Bir damım var dəmirdən,
Altı od, içi bədən.
973. Bir damım var, əl, üstə,
Əlini vur el üstə.
Alçaq damın altından,
Xırda-xırda qar istə.
974. Bir damım var, üç dirəkli,
Damı götürsəm, qalar dirəyi.
975. Bir damın mon üstündə,
Sən baxsan, sən üstündə.
976. Bir itim var, hürər-hürər,
Bumu şişər.
977. Bir yumru özü var,
M incə dono gözü var.
978. Bir özü var, min gözü.
979. Bir öküzüm var, ağzmdan ayran axar.
980. Bir öküzüm var, quyruğuyla çit hörər.
981. Bir öküzüm var, quyruğundan tutmasan, dama
girmoz.
982. Bir padşahın beş oğlu var, beşi də bir yaşda,
bir biçimdə, beşi də eyni peşədə.
983. Bir toyuğum var,
Süzer-süzər
Yumurta tökər.
984. Bir hovuzum var dəmirdən
Suyu gəlir yetmiş yeddi dəlikdən.
985. Boycuğazı bir qarış,
Saqqalı yeddi qarış.
986. Burdan girər,
Ordan çıxar.
987. Qapı dalında qaraca qul,
Əlini vurma, geridə dur.
988. Qara atı yağladım,
Qaya dibinə bağladım.
989. Qara bəy atdan endi,
Arvad-uşaq sevindi.
990. Qara qatır, qapıda yatır,
Gəlib-gedənə şıllaq atır,
Yiyəsi gəlcək durub qaçır.
991. Qara qul qapıları gəzər.
992. Qara quşu quyruğundan asarlar,
Ələ alıb düz qazana basarlar.
993. Qara eşşək, ağ palan.
994. Qara köpək qapıda yatar,
Qolu oyilər, belino batar,
N ə hüror, nə də ki tutar.
995. Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi.
996. Qara toyuq qaqq elədi,
Qanadları şaqq elədi,
Dəmir salıb ürkütdüm,
Qapısını bərkitdim.
997. Qara-qara qarğalar,
H ər qapıya yorğalar.
998. Qaranlıq damda at kişnər.
999. Qızıl tas, gümüş tas
İki siçan oyunbaz.
1000. Qıraqları su, ortasında od.
1001. Qırx kişi var bir boyda, bir biçimdə,
Yatıb hamısı bir sandıq içində,
Sandıq da babamın şalvar cibində.
1002. Quyruqlamasan, dama ginııəz,
Girsə də yemək ycməz.
1003. Quyu içində ilan,
Ağzında vardı mərcan.
1004. Dağdan yuırıbalanar, sınmaz.
1005. Dağdan gəlir dağ alı,
Qolları budaq alı,
Əlin gözünə soxsan,
Ağzı ayrıla qala.
1006. Dağdan gəlir danqıra,
Quyruğu zildən qara,
Yerişi tapur-tupur
Dımağı səksən para.
1007. Dan üzündən durdum,
Qızıl at belinə sıçradım.
1008. Daşı-daşlara çaxdım,
Pambığı oda yaxdım.
1009. Dəyinnanın daşı var,
Üstdə gövhər qaşı var.
H ər kəs onu tapa bilsə,
Yüz iyirmi yaşı var.
1010. Dəli qatır, qapıda yatır,
G əlib-gedənə tərsə baxır,
Qol-qılçası belinə batır.
1011. Dövranın əmrindədir,
Bəndənin felindədir,
Altı ayağı, iki gözü,
Quyruğu belindədir.
1012. Dörd qardaşın bir papağı var,
Hamısı birdən qoyur.
1013. Düzüm-düzüm nar,
Dizim ətən qar.
Əsdi o dilbər,
Doldu bu xalvar.
1014. Dümdüz idi meşədə,
Evdə başqa peşədə,
Ü stə ilan uzanar,
Bir ağ köynək qazanar.
1015. Evdə durub bir kişi,
N ənəm lədir hər işi.
1016. Evimizdə bir kişi var,
Haçadan iki dişi var.
1017. Evimizdə kəndi var.
Kəndinin kəmondi var,
Göydə gedən quşların,
Ayağının bəndi var.
1018. E1 yatdı, oba yatdı,
Ölü ayağm uzatdı.
1019. Ələk boyda üzü var,
Yüz əllicə gözü var.
Ağzı yuxarı baxar,
Altmdan yağış yağar.
1020. Əlindədi elində,
Ətəkleri belində.
Gecə-gündüz yol gedir,
Yerindedi, yerində.
1021. Ə lli-elli yüz düyməsi,
Əlli mercan düymesi,
Hər kes onu bilm əsə,
Əlli ilin xəstəsi.
1022. Əlsiz-ayaqsız köynək istər.
1023. Ərəb atdan,
Dəmir qatdan.
Quş burulu,
Quyruq bulanı*.
1024. Əsli ağacdan, kökü qıldan,
Üyüdür baban ehsantna.
1025. Ət dirəyin başında,
Dəmir deşikli papaq.
1026. Zəng zeng içində,
Zəng fıreng içində,
On iki ay fırəng içinde.
1027. Zer zere yapışdı,
Zer divara yapışdı,
Zərger oğlu gelmemiş,
Zər divardan qopmadı.
* Çoxvarinatlı və müxtəlif cavablı tapmacadır.
1028. İki qıçı var çarpazı,
Sıxsan parçalar atlazı.
1029. İki evin arası,
Döyülər nağarası.
1030. Yağmı yalar yanar,
Quyruğun bular ağlar.
1031. Yolla gedir dörd ulaqlı,
Dəmir mıxlı, gen qulaqlı,
Yüyürər, yüyürər yumbalanar,
Yüyürər, yüyürər yumurtlar.
1032. Yumru qız oba gəzər.
1033. Kilid-kilid içində,
Kilid sandıq içində.
Binaya bir od düşdü,
Biz də yandıq içində.
1034. Gecə bağlamr,
Gündüz sallanır.
1035. Gecə dağılar, gündüz yığılar.
1036. Gecə əzilər, gündüz düzülər.
1037. Gecə-gündüz işlər,
Dişlərini dişlər.
1038. Gödəcik kişi,
Patavamnan var işi.
1039. Günbəzə oxşar hamam,
İçində var bir ilan.
1040. Gündüz ağa,
Gecə nökər.
1041. Gündüz ağarar,
Gecə saralar.
1042. Lək-lək, nə sarımsaq ək, nə soğan,
Gah yuxarı, gah aşağı gərdişi dövran.
1043. Meşədo, ha meşədə,
Beş qardaş var meşədo,
Beşi də bir pcşədə.
1044. Mən aşiq, tut ağacı,
Tut bitmiş tut ağacı
İki yerdon ağzı var.
Bir yerdon tutalğacı.
1045. Mən baxıram, o da baxır.
1046. Milit-milit,
Qapısı kilit,
Ya bunu tap,
Ya burdan get.
1047. No ycrdodi, nə göydo
Cümlə-cahan içində.
1048. No yerdədir, no göydə,
Zoncirgəsi olində.
1049. Nədəndi, ha nədəndi,
Bağrın başı zodondi,
Qırağı su, içi od,
Gedin görün nodəndi.
1050. Nənəmin bir quşu var fırlanar,
Quyruğundan çatı, gəbə sallanar.
1051. O yana gedər hi-hi,
Ayaqsızdı hi-hi,
Dayaqsızdı hi-hi.
1052. O yanı qaya, bu yanı qaya,
İçində ağca maya.
1053. O yanı qac, bu yanı qac,
İçində odlu ağac.
1054. O yanı yastı,
Bu yanı yastı,
Dörd ayağmı,
Yerə nə basdı.
1055. O nə ilandı ki, atəşpərəst,
Kimə soxsan deşər, eylər şikəst.
1056. O nədi ki, Allahm felində,
Bəndənin əlində,
Quyruğu belində.
1057. O nədi ki, bədəni gildən,
Bumu oddan.
1058. O nədi ki, bir quyu,
Quyunun içində suyu,
Suyun içində ilan,
İlanın ağzı yanan.
1059. O nədi ki, şəni qıllı siyahkar,
Yağar cismindən yaz, yayı, qışı qar.
1060. O nedir ki, ağzı dəmirdən,
Dili kəndirdən.
Üstü ocaq, altı su.
1061. O nədir ki, altı cəhənnəm,
Üstü su.
1062. O nədir ki, balaca üzüdü,
Min iki gözüdü.
1063. O nədir ki, gecə-gündüz zarıyar,
Dəmir qapı vaxt çarxına sarıyar.
İki qardaş yazdığım sanıyar,
Hər tayı da bir-birini tanıyar.
1064. O nədir ki, gecə-gündüz yol gedir.
1065. O nədir ki, hər yana işıq salar.
Öz dibinə yox.
1066. Özü bir barmaq, saqqalı qırx barmaq.
1067. Özü dəmirdən,
Quyruğu kəndirdən.
1068. Özü yeməli, içi geyməli.
1069. Özü çalır, özü oynuyur.
1070. Rəfdə var fıncan,
İçi dolu mərcan.
1071. Sarı atlas, iynə batmaz,
And içər, piyada getməz.
1072. Sarıdı, ağdı rəngi
Gecolər o saz çalır,
Mən oynaram diringi.
1073. Səkidə gəzər, yumurta tökor*.
1074. Səhor çağı sarıca qız,
Yığdı balaların başına,
Otdu dız-dız ağladı.
1075. Səhərdən durar, dalıma minor.
* Çoxcavablı tapmacadır.
1076. Su içində od.
1077. Suda balıq,
Quyruğu yanıq.
1078. Tap-tapı, dəmir qapı,
On iki budaq, iki yarpaq.
1079. Tərəzi var, təngi var,
H ər bir rəngdən rəngi var.
Salıb üstə oturram,
Həngi var, ahəngi var.
1080. Uzaqdan baxırsan qaracadı,
Yaxına gəlirsən ölücədi,
Barm aq sox gözünə diricədi.
1081. Uzun bağırsaq başı təpəl.
1082. Uzun qız evləri gəzər.
1083. Uzun qız oba gəzər,
Xam ım an özün bəzər.
1084. Uzun qız tək ayaqlı,
Yum arlanar lovğa gəzər,
G edib-gəlib xamır əzər.
1085. Uzun dirək içində odlu külək.
1086. U zun-uzun uzanar,
Özünə köynək qazanar.
1087. U zun-uzun uzanar,
H əftədə bir bəzənər.
1088. Ulama, ay ulama,
N afıl oxu dolama,
Gündüz gedər şah bağma,
Gecə gələr salama.
1088. Üç ayaqlı bir kişini,
Balaca uşaq itələr.
1090. Üç bacı bir-birini qovar.
1091. Üç dərviş bir quyuya baxır.
1092. Faytonum var, birtəkərli,
Nonəm sürər tək, birəlli.
Nə izi var, nə tozu var,
Yupyumru yumurtlayar.
1093. Futulboz, hay futulboz,
Biri qara, biri boz.
Bağlanar heç açılmaz,
Molla buna dua yaz.
1094. Xanımların əlindədi,
Cümlo-cahan içindədi,
Xanım özü də içindodi.
1095. Xanım-xatın düyməsi,
İlim xatun düymosi,
Hər kəs onu tapmasa,
Yeddi manat cərməsi.
1096. Ha gedir leylək,
Hu gedir leylək,
İldə bir qarış
Yol gedir leylək.
1097. Haydı-haydı, haraydı,
Gedin, görün nə haydı,
Kötüyə bir od düşüb,
Gedin, görün nə haydı.
1098. H apı-hapı,
Z əncir sapı.
Dörd budağı
B ir yarpağı.
1099. H ap-hapı, qızıl qapı,
Şah ölkəsi, xan bağı.
1100. H əvəng-həvəng içində,
H əvəng d ə zəng içində,
N ə yerdədi, nə göydə,
Əsil flrəng içində.
1101. H ədəndi, ha hədəndi,
Qara bağrım zədəndi.
Bu kola bir od düşüb,
Görün dərdi nədəndi.
1102. Hədi yavanı, hudu yavanı,
Altı ayağı var, iki dabanı.
1103. H əşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atam ın beş oğlu var,
Beşi də bir peşədən.
1104. Hin hinində.
Şeytan tinində.
Altı ayağı var,
Quyruğu belində.
1105. H ini-hinicə,
Bum u əyricə.
H ər n əyə vursan,
Bölər ikicə.
1106. Çal çinar başında bir quş oturur,
Yağın yalayır, quyruğun bulayır.
1107. Çil toyuq, çiləmo toyuq,
Başmı kəsdim, qanı yox.
1108. Çullaram çulun salar.
1109. Cüvani, ha cüvani,
Dörd ayağı var, iki dabanı.
1110. Şəkli işıqdan,
Ipi var mıxdan.
1111. Şohrəbanı gozər obanı,
Altı ayağı, iki dabanı.
__________________________________________________
SIlA B L A fi
1112. Ağaca çıxar,
Ağzm a tıxar.
H ər kəsə dəysə,
Evini yıxar.
1113. Ağzı var, gerisi yox,
Dərisi var, tükü yox.
1114. Alıcan quyuya düşdü,
Qulaqları ilişdi,
1115. Altı taxta, üstü taxta,
Ortasında dəm ir balta.
1116. Altı taxta, üstü taxta,
İçində cəllad hasası.
1117. Anası qundaqda yatır,
Oğlu bazara gedir.
1118. Atdım atana,
Dəydi adama.
U cu şiş neştər,
Uzunca təhər.
1119. Atdım atana,
Dəydi kotana.
D əryada balığa,
D üzdə ceyrana.
1120. Bapbalaca boyu var,
İldırımdan soyu var,
Ə1 vurarsan qudurar,
Dünyaya od vurar.
1121. Bir ağacım var - yarpaqsız, budaqsız,
Ona çıxan qalar, əlsiz-ayaqsız.
1122. Bir balaca misiri,
Bəylor onun yesiri.
1123. Bir balaca misri daşı,
Yandırar dağı-daşı.
1124. Bir balaca hindili,
Dcşib keçər qondili.
1125. Bir qundağım var, içindo qudunnuş it yatıb.
1126. Bir quşum var, balası özündən tez uçar.
1127. Bir quşum var düz uçar.
1128. Bir quşum var taxta-dəmir,
Yumurtası adam dolir.
1129. Qalın qamış içində,
Xoruz xuda çağırır.
1130. Qara atımı yağladım,
Qaya dibinə bağladım*.
1131. Qara qayış dizdo qalır;
Açılmağı bizdən alır.
Müxtəlifcavablı tapmacadır.
1132. Qara qoçum yağlanar,
M eşələrdə buğlanar.
O necə qıfıldır ki,
Açarsızca bağlanar.
1133. Qara toyuq qaqqıldar,
Qanadları şaqqıldar.
Uçsa ildırım çaxar,
Dumanı dağa qalxar.
1134. Qaranhq damdan qulun mələr.
1135. Qurd quyuda, qulaqları bayırda.
1136. Quru qovaq içində qudurmuş ilan.
1137. D ar küçədə qulun m ələr,
Qabaqdakın yerə sərər.
1138. D itdiləcik məndirə,
Bəyi yerə əndirə.
1139. Evim izdə kəndi var,
Kəndinin kəməndi var,
Göydə gedən quşlarm,
Ayağında bəndi var.
1140. Ə ldə fıtil,
Ordan itil.
Hara dəysə,
Qalar mitil.
1141. Ərəb əlində,
Dizi belində,
Atm üstündə
B ir ucu yerdə
B ir ucu göydə.
1142. İynə gözündən baxar,
Hədəfinə od yaxar.
1143. Kor öküz koldan baxır,
Ağzmdan ayran axır.
1144. Gərməşonu taparlar,
Sapand taxıb atarlar.
1145. Göydən düşdü daş,
Bişib oldu aş.
Kəsdi, tökdü baş,
Nə aşdı, nə daş.
1146. M əmmədəli deşikdə,
Qulaqları eşikdə.
1147. Taxta dəmir,
Gah əyilir,
Gah düzəlir.
1148. Uzun ağacı ovarlar.
Başına papaq qoyarlar.
1149. Ağac başında qora,
Bilmədim düşdüm tora.
Hər kəs bunu tapmasa,
Sorğusuz getsin gora.
1150. Adı var, özü yox.
1151. Atəşdə yanmaz,
Suda batmaz.
1152. Atsanı iroli,
Qayıtmaz gcri,
Desəm, ah əhsən,
Tərs oğlu, tərsəm.
1153. Axşam oldu - qırıldıq,
Səhər açıldı - dirildik.
1154. Ahanı, ha ahanı,
G əzər cümlə-caham.
İstanbuldan su içər,
Təbriz onun məkanı.
1155. Bazarda satılmaz,
Tərəzidə çəkilməz,
Baldan şirin dadı var.
1156. Baldan şirin, baltadan ağır,
Bazara gedər, satılmaz.
1157. Bir qardaşım var,
Getdi, qayıtmadı.
1158. Bir quş uçurtdum,
Tuta bilmədim.
Bir kürk geyindim,
Çıxarda bilmədim.
1159. Bir quşum var alanı,
G əzər gümlə-cahanı,
Tutdum başın kəsməyə,
Nə əti var, nə qanı.
1160. Bir quşuırı var, bir göz qırpımmda ərşə gedər.
1161. Bir quşum var zirəngi,
Dağlar altda dirəngi,
Gecə qonaq gələndə
Nə dəliyəm, nə dəngi.
1162. Bir quşum var səməndi,
Nə bağı var, nə bəndi,
Özü açılar, özü yumular,
Heç kim bilməz bu fəndi*.
1163. Bircə qırıq misiri
Bəylər onun yesiri**.
1164. Bitməmiş yovşan dibində,
Doğmamış dovşan balası.
1165. Quş yuvasındın çıxdı,
Geri dönə bilmədi.
* Bir neçə cavablı tapmacadır.
** Eyni tapmacanın müxtəlif cavabları vardır.
1166. Dona bürünməz,
Gözə görünməz,
D ildən üzülməz.
1167. Durub, durub əylənər,
M əni görüb bəylənər.
Adam kim i yeriyər,
Adam deyil, əylənər.
1168. Əzizim, qəfəssizdir.
Bülbüldür, qəfəssizdir,
Uçanda quş tək uçar,
Canı yox, qəfəssizdir.
1169. Yayda gedər, qışda gələr.
1170. Y eriyər küpə,
Y erim əz küpə,
Min il də qalsa,
Çürüm əz küpə.
1171. Gedər, gedər izi yox,
Qayıdar gələr, tozu yox.
1172. Göydən bir həlqə düşdü,
H ər şey içinə düşdü.
1173. Göydən düşər sınmaz,
Oda düşər yanmaz,
Suya düşər batmaz.
1174. Göydən düşdü, yerə yapışdı.
1175. Gündüz gedər dolama,
G ecə gələr salama.
1176. M ən qalıram, o gedir.
1177. Mən gedərəm, o qalar.
1178. Mən gedirəm, o da gedir,
M ən gəlirəm, o da gəlir.
1179. Nar da var, nar da var,
Nardan şirin harda var?
Ə1 tutmaz, bıçaq kəsməz,
Ondan şirin harda var.
1180. Nə baltadır, nə kərki,
Bütün kəsərdən iti.
1181. N ə dərd bilər, nə kədər,
M ən gedərəm, o gedər.
1182. Nə əli var, nə ayağı,
Nə başı var, nə qulağı,
Gah ağladar, gah güldürər.
1183. N ə gecə yatar,
Nə suya batar.
1184. O kimdir ki, dərdüməndi iftadə,
Dünya qəmindən azadə?
1185. O nədi ki, əyə-əyə hamıya dəyə?
1186. O nədi ki, bədənə peyda,
Onsuz olmaz şühəda?
1 1 8 7 .0 nədir, dərya kimi bulanmaz,
O olmasa, bütün dünya dolanmaz.
1188. O nədir ki, yayda donar,
Qışda əriyər.
1189. O nədir ki, gedər-gedər nəhanı?
O nədir ki, kəşf eləyər cahanı?
O nədir ki, gedər-gələr görünməz.
1190. O nədir ki, uzağı yaxın eylər.
1 1 9 1 .0 nədir ki, həm kiçikdir, həm böyük,
Arxasında var onun bir özgə yük.
1192. O hansı quşdur,
Yuvasından çıxdı,
Girə bilmədi.
1193. Ondan qalın yox,
Ondan şirin yox,
Ondan gəzəyən yox.
1194. H ər qurd ipək sarımaz,
Ayaq tutsa, yeriməz,
Min il min ilə qalsa,
Yaxşı-yam an çürüməz.
1195. Şappır-şuppur çay keçdim,
Şapırına batmadım.
Qınruzıdan don geydim,
Nişanəsin tapmadım.
J
Dostları ilə paylaş: |