Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə244/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   307
333 felsefe muhazireler toplusu eyani

b)
Zərurət və təsadüf. 
Determinizmin müxtəlif konsepsiyalarında mərkəzi 
yerlərdən birini 
zərurət və təsadüf
kateqoriyası tutur. Fəlsəfi determinizm obyek-
tiv zərurətin mövcudluğu fikrini irəli sürür. Zərurət səbəb-nəticə əlaqələrindən, qa-
nun və qanunauyğunluq anlayışlarından ifadə olunan səbəbiyyət münasibətlərində 
müəyyənedici xarakteristika kimi çıxış edir. Eyni zamanda determinizmin hər bir 
konsepsiyasında təsadüflər dünyasında mövcudluğa onun münasibətinin aydınlaş-
dırılması da tələb olunur. Zərurət – müəyyən şərait olduqda hökmən baş verən ha-
disədir. Təbiətdə və insan cəmiyyətində baş verən çox müxtəlif hadisələr içərisində 
elələri də vardır ki, bunlar müəyyən şeyin və ya baş verə bilən, amma baş verməyə 
də bilən, bu və ya digər bir şəkildə baş verə bilən müəyyən hadisələr silsiləsinin qa-
nunauyğun inkişafından heç də zəruri olaraq irəli gəlmir. Bunlara təsadüfi hadisələr 
deyilir. Fəlsəfi determinizmin mühüm məsələlərindən biri təsadüf kateqoriyasının 
obyektiv idrakı statusudur. Təsadüf və zərurət bir-birindən təcrid olunmuş halda
“saf” şəkildə mövcud deyildir. Zərurət bu və ya başqa prosesdə inkişafın başlıca is-
tiqaməti, meyli kimi meydana çıxır, lakin bu meyl özünə çoxlu təsadüflər arasında 
yol açır. Təsadüf zərurəti tamamlayır, onun təzahür formasıdır. Çoxlu təsadüf arxa-


257
sında həmişə obyektiv zərurət, qanunauyğunluq gizlənir. 
Zərurəti və təsadüfi düzgün başa düşmək üçün nəinki bunların arasındakı fərq-
ləri, həmçinin bunların arasındakı əlaqəni də görə bilmək lazımdır. Zərurət və təsa-
düfün dialektikası bundan ibarətdir ki, təsadüf zərurətin təzahür formasıdır. Deməli, 
zəruri proses daxilində də təsadüflər olur. Bundan əlavə təsadüflər zəruri prosesin 
inkişafı gedişinə təsir göstərir, bunlar həmin prosesi ya surətləndirər, ya da yavaşı-
da bilər. Çox vaxt inkişafın gedişində təsadüflər zəruri prosesə o dərəcədə qarışır 
ki, özləri zərurətə çevrilir. Bu, o deməkdir ki, zərurət ilə təsadüf arasında heç də ke-
çilməz bir uçurum yoxdur, inkişaf prosesində bunlar bir-birinə təsir göstərir, bir-bi-
rinə keçir. 
Təsadüf ilə zərurət arasındakı əlaqədən belə bir nəticə çıxır ki, təsadüfi hadisə-
lər də müəyyən qanunauyğunluqlara tabedir və həmin qanunauyğunluqlar öyrənilib 
dərk edilə bilər. Həm zərurət, həm də təsadüf səbəbiyyət əlaqələrində mühüm ol-
duqlarından onları qarşı-qarşıya qoymaq düz deyildir. 
Fəlsəfə tarixində bu vəziyyətdən çıxış üçün 2 yol təklif olunur: ya təsadüf de-
terminizm prinsipinin hərəkəti çərçivəsindən çıxarılır və mütləq təsadüfin determi-
nə edilməyən hadisə, təzahür və proses kimi verilməsi qəbul olunur, yaxud da təsa-
düf bu və ya digər hadisənin səbəbini bilməməyimizin məhsulu kimi göstərilir. Bi-
rincisi, determinizm prinsipini inkara aparırdısa, ikincisi, təsadüfilik kateqoriyası-
nın obyektiv idrakı əhəmiyyətini heçə endirir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin