Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


§ 4. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə242/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   238   239   240   241   242   243   244   245   ...   307
333 felsefe muhazireler toplusu eyani

§ 4. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar 
 
Determinasiya
– fəlsəfənin ən qədim prinsipi və konsepsiyasıdır (latınca "de-
termino" -"müəyyən edirəm" deməkdir). 
Bu, maddi və mənəvi aləm hadisələrinin 
obyektiv qanunauyğunluğunun, qarşılıqlı əlaqələnməsi, qarşılıqlı səbəblə bağlı 
olması və qarşılıqlı şərtlənməsi haqqında ən ümumi prinsipdir
. Determinasiya 
həmçinin gerçəklikdə baş verən dəyişiklik və inkişafın səbəblərinin izah edilməsi 
üsuludur, hərəkətlərin daxili səbəb və şərtlənməsi haqqında fəlsəfi təlimdir. Deter-
minizm konsepsiyasının özəyini səbəbiyyət ideyası, bir hadisənin səbəb, başqasının 
nəticədən ibarət olması, onların bir-birinə qarşılıqlı keçməsi müddəası təşkil edir. 
Hələ antik fəlsəfədə determinliyin əsasında səbəb əlaqəsinin durduğunu, səbəbiyyə-
tin zərurəti eyni olduğunu, təsadüfün isə səbəblə heç bir əlaqəsinin olmadığını və 
ya bütövlükdə təsadüfün heç olmadığını iddia edən baxışlar olmuşdur (Demokrit və 
sonrakı dövrdə isə Spinoza). Mexaniki determinizm isə hadisənin ancaq xarici sə-
bəblə (şəraitlə) bağlı olduğunu qəbul etmişdir. Determinizm prinsipini inkar edən 
baxış isə fəlsəfədə indeterminizm adlanmışdır. İndeterminizm hadisənin inkişafının 
qanunauyğunluğunu və səbəblə şərtlənməsini inkar edir. Lakin gerçəklik indetermi-
nizm baxışını təsdiqləmir. Determinasiya əlaqələri özünün əsas ifadəsini səbəblə 
nəticənin qarşılıqlı münasibətində daha qabarıq şəkildə büruzə verir.
Ümumiyyətlə, determinizm ümumnəzəri prinsiplərinin bəzi tezislərini qeyd 
edək. 
Hər şeydən əvvəl
, maddi sistem və proseslərin ən ümumi asılılığı, bir – birilə 
şərtlənməsi haqqında olan tezis ön planda göstərilməlidir. 
İkincisi
, determinasiya 
şərtlənmə münasibətlərinin bütün rəngarəngliyi əsasında genetik, səbəbiyyət asılılı-
ğı durur. 
Üçüncüsü
, determinasiya tiplərinin rəngarəngliyi və determinasiya müna-
sibətlərinin səbəbiyyətsiz mövcudluğu haqqında olan tezis nəzərdə tutulmalıdır. 
Dördüncüsü
, şərtlənmə münasibətlərinin nizamlılığı, yaxud da qanunauyğunluğu 
haqqında olan tezis də həmin qəbildəndir. Şərtlənmə prosesi nizamlı və qaydaya sa-
lınmamış xarakterə malikdir. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin