Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


c) Struktur və element (ünsür)



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə241/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   237   238   239   240   241   242   243   244   ...   307
333 felsefe muhazireler toplusu eyani

c) Struktur və element (ünsür) 
kateqoriyası-struktur əlaqələr sistemində mü-
hüm əhəmiyyət kəsb edir. Bu kateqoriya bir sıra fəlsəfi ədəbiyyatda "Sistem, struk-
tur və element" şəklində də qeyd olunur. Çünki bu kateqoriya ümumi sistemlilik 
prinsipinə istinad edir və hər hansı strukturu və elementi müəyyən yarımsistem, sis-
temdaxili və sistemlərarası əlaqələrdə götürür. Sistemsiz struktur və element ayrı-
lıqda, əlahiddə mövcud ola bilməz. 
Sistemlilik prinsipi əsasən XIX əsrdə formalaşmışdır. Ona qədər elmi idrak me-
xanizmi və elementarizm mövqeyindən əsasən hissələrdən tama doğru getmiş, tam 
hissələrin məcmusu kimi yanaşılmışdır. Yalnız təbiətşünaslığın inkişafı əsasında 
İ.Kant qeyd edirdi ki, "elm aqreqat deyil, sistemidir". XIX əsrdə bəşər cəmiyyəti və 
bioloji aləmin qanunauyğunluqlarının kəşf edilməsi əsasında sistemlilik prinsipi qə-
bul edildi. Burada isə
Ç.Darvin və K.Marksın kəşflərinin əhəmiyyəti böyük olmuş-
dur. Məhz bu əsasda sistemlilik prinsipi və sistem yanaşma üsulu
 
formalaşmışdır. 
Sistem-struktura və təşkilat quruluşuna malik olan, müəyyən nizamla yer-
ləşmiş qarşılıqlı əlaqədə olan elementlərin, hissələrin ümumiliyidir. 
Element (ünsür) - müəyyən sistem daxilində hər hansı predmet, hadisə və 
prosesin ayrılmaz daxili parçası, komponentidir. 
Struktur isə - bu və ya digər tamın elementlərinin qarşılıqlı əlaqəsinin 
nisbi sabit üsulu, qanunudur. 
Uzun zaman mütəfəkkirlər düşünmüşlər ki, hər hansı cismi , hadisəni təhlil və 
təsdiq edərkən onu tərkib hissələrinə, "kərpicciklərinə" ayırmaq lazımdır, "sadə" və 
"mürəkkəb" anlayışlar keçicidir, onlar müəyyən sistemdə öyrənilməlidir. Hazırda 
elmdə element (ünsür) anlayışı adı altında başqa obyektlərlə əlaqədə olan mürək-
kəb kompleksə daxil olan hər hansı obyekt nəzərdə tutulur. Element anlayışı nisbi-
dir, müəyyən münasibətlə o sistemə də çevrilə bilər. Məsələn, müəyyən münasibət-
lə sinif cəmiyyət sisteminin elementi kimi öyrənilərsə, başqa halda, sinifdaxili ün-
sürlər sinif sisteminin komponentləri kimi götürülə bilər. Struktur isə müəyyən sis-
temdaxili və sistemlərarası tərkib hissələrin (element və əlaqələrin) yerləşməsi üsu-
lu, nisbi sabit qayda-qanunudur. Struktur predmetin daxili və xarici əlaqələrinin ni-
zamını əks etdirir və obyektin nisbi sabitliyini, stabilliyini, keyfiyyət müəyyənliyini 
təyin edir. Obyekt əgər müəyyən hissələri və elementləri arasında özünəməxsus 
nisbi sabit qarşılıqlı əlaqə və qarşılıqlı təsirə malikdirsə, o özü bir sistemdir. Bu ha-
disələrin də öz strukturu olduğu üçün onlar da "yarımsistemlər" kimi çıxış edə bilir-
lər. Bunlar da ikinci, üçüncü və i.a. yarımsistemlərə ayırırlar, həmin sistemlərdə uy-
ğun, birnövlü, nisbi sabit əlaqə və münasibətlər isə strukturu təşkil edirlər. Çox 
strukturlu, çox səviyyəli sistemlər də mövcuddur. 


255

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin