Microsoft Word F?LS?F? -d?rs v?saiti -b-5 eco


b )  Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə240/307
tarix22.08.2023
ölçüsü2,13 Mb.
#140130
növüDərs
1   ...   236   237   238   239   240   241   242   243   ...   307
333 felsefe muhazireler toplusu eyani

b

Hissə və tam (bütöv) - predmet və hadisələri (və onların ünsürlərini) və 
onlar arasındakı
əlaqələri məcmu ha l d a
 
ifadə edən və ya predmetin daxili tə-
rəfləri arasındakı əlaqə və qanunauyğunluqları əks
etdirən fəlsəfi kateqoriya-
dır. 
Məhz bu əlaqələr əsasında ayrı-ayrı predmet və
 
hadisələr birləşib tamı əmələ 
gətirirlər, özləri də hissə kimi çıxış edirlər. Hissə və tamın əlaqəsinin nəzərə alın-
ması gerçəkliyin dərk edilməsində mühüm əhəmiyyət kəsb edir. Hissə və tam kate-
qoriyası bütövlük prinsipinin ifadəsidir. Hissə elə predmet və hadisədir ki, onların 
məcmusu yeni, daha mürəkkəb predmet və hadisəni əmələ gətirir. Tam isə predme-
ti, hadisəni təşkil edən hissələrin tamamlanması, məcmusu nəticəsidir. 
Hissə və tamın əlaqəsi, mahiyyəti haqqında ilk fikirlər antik fəlsəfədə Platon 
və Aristotel tərəfindən irəli sürülmüşdür. İdealist fəlsəfədə tama hissələrin sadəcə 
toplusu kimi
 
baxmaq meyli güclü olmuş, onlara mənəvi fəaliyyəti məhsulu kimi 
yanaşmışlar. Şellinq, Hegel hissə və tama dünya ruhunun inkişafı nəticəsi kimi 
baxmışlar. Dialektik materializm predmet və hadisələrin öyrənilməsində tamlıq 
prinsipini əsas tutmaqla, hissə və tamın qarşılıqlı əlaqəsinin nəzərə alınmasına xü-
susi əhəmiyyət verir, onların real gerçəklikdə obyektiv mövcudluğunu qəbul edir, 
həm də qeyd edir ki, mürəkkəb quruluşlu orqanizmlərdə tama
 
hissələrin sadəcə top-
lusu kimi baxmaq düzgün olmazdı. Tamda elə yeni keyfiyyət və xassə ola bilər ki, 
müəyyən hissədə (elementdə) olmasın. Odur ki, burada əsas cəhət hissə ilə tam ara-
sındakı interaktiv əlaqələri tapmaq, onlara istinad etməkdir. Belə interaktiv əlaqələ-


254
rə isə inkişaf prosesində yeninin tapılması, yeni növ tamlığın müəyyənləşdirilməsi, 
yeni struktur səviyyələrinin əmələ gəlməsi bütöv sistemin üzvi və qeyri-üzviyə
bioloji və sosial obyektlərə bölünməsinin müəyyənləşdirilməsi və s. aid olar. Ana-
liz və sintez metodları ilə biz tamı hissələrə ayırmaq və ya tamı öyrənib hissələr 
haqqında nəticələr çıxarmaq vasitəsilə tam və hissə arasındakı qanunauyğun əlaqə-
ləri müəyyən edə bilərik. 

Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin