252
dəsidir. Çox
vaxt mahiyyət də üzdə olmur, yəni görünmür. O, gizlidir,
bilavasitə
müşahidə oluna bilmir. Mahiyyət yalnız predmetin uzun müddət hərtərəfli öyrənil-
məsi prosesində aşkara çıxarıla bilər. Əgər şeylərin təzahür forması bir – birinə bi-
lavasitə müvafiq olsaydı, onda hər hansı bir elm gerçəksiz olardı (K.Marks). Bu, o
deməkdir ki, elmin vəzifəsi məhz gerçəkliyin çoxlu təzahürləri, xarici tərəfləri, cə-
hətləri arxasında mahiyyəti, bunların əsasını təşkil edən daxili, dərin prosesləri ax-
tarıb tapmaqdan ibarətdir. Təzahürlər iki tip olur: 1. Adekvat təzahürlər və 2. Adek-
vat olmayan təzahürlər. Zahirilik qeyri – adekvat tipi kimi iki növə bölünür: a) ma-
hiyyət daxili və b) mahiyyətlərarası.
Ümumiyyətlə, «təzahür» və «mahiyyət» kateqoriyalarının təhlili zamanı həmin
tiplər onların hər ikisinə aid edilir. Çox vaxt təzahür həm hadisə, həm reallıq, həm
proses kimi də başa düşülür. Əslinə qalanda isə bu, mahiyyətin təzahürüdür.
Dostları ilə paylaş: