249
dil terminlərinin formal-məntiqi təhlili ilə əvəz etməyə, onlardan ancaq məntiq, ri-
yaziyyat, fizika kimi elm sahələrində bəhs etməyə çağırırdılar. Neopozitivistlər ka-
teqoriyaların fəlsəfi-idrakı əhəmiyyətini rədd edir, hətta onlarla məşğul olmağı fay-
dasız sayırlar. Neotomistlər isə kateqoriyalara dini
məna verərək qeyd edirlər ki,
kateqoriyalar ilahi idraka məxsus formalardır və real əşya, xassə və münasibətlərin
nümayəndələri, obrazlarıdır.
İnsan fəaliyyətində kateqoriyalar həm də ciddi dünyagörüşü əhəmiyyətinə ma-
likdir. Belə ki, məhz kateqoriyaların
köməyi ilə insan nəyin həqiqət,
nəyin yalan ol-
duğunu, nəyin əsas və nəyin qeyri-əsas olduğunu müəyyən edir, hadisələrin inkişa-
fını müəyyən edən daxili, zəruri əlaqələri aşkar edir, qanunauyğunluqları dərk edə-
rək, onları öz əqidəsinə, nəhayət, fəaliyyət motivinə çevirir. Bütün bunlar isə insan-
da möhkəm əqidə, elmi dünyagörüşü formalaşmasına kömək göstərir. Kateqoriya-
lar insan fəaliyyətini istiqamətləndirən, onun məqsədli mövqe seçməyini şərtləndi-
rən mühüm metodoloji əhəmiyyət kəsb edən fenomendir. İnsan kateqoriyaların ma-
hiyyətini
bilmədən də, onlar əsasında düşünür, gerçəklik hadisələrinə yanaşır.
Məhz kateqoriyaları dərindən mənimsəmək əsasında insan hadisələri saf-çürük et-
mək, gerçəkliyə yanaşmaq üsulları seçmək, onları təhlil edib fərqləndirmək imkan-
ları əldə edir; düzgün metodoloji mövqe tuta bilir. Bu yolla hadisələr arasındakı zə-
ruri, qanunauyğun, müəyyənedici, mühüm əlaqələri seçmək, ayırd etmək asanlaşır,
elmi-idrakı və sosial-praktik fəaliyyəti yanlışlıqlardan xilas etmək, faydalı metodo-
loji mövqe tutmaq, bütövlükdə insan fəaliyyətini düzgün istiqamətləndirmək müm-
kün olur.
Dostları ilə paylaş: