248
lə görə kateqoriyalar bunlardır:
substansiya, kəmiyyət, keyfiyyət, münasibət, yer
(məkan), zaman, vəziyyət, hal, hərəkət və iztirab.
Bu bölgü uzun zaman, yeni
dövrə qədər fəlsəfədə dəyişməz qalmış, ancaq XVII-XVIII əsrlərdə fəlsəfə və təbii
elmi biliklərin inkişafı və nailiyyətləri əsasında onda müxtəlif dəyişikliklər aparıl-
mışdır. Bir cəhətə də diqqət yetirmək lazımdır ki, Aristoteldən əvvəl də kateqoriya-
lar haqqında müəyyən fəlsəfi baxışlar olmuşdur. Bu baxışlar əsasən idealist səciyyə
daşımış, kateqoriyaların obyektiv məzmunu qəbul edilməmiş, onlar subyektiv, "tə-
fəkkür hadisəsi" kimi təhlil edilmişdir; kateqoriyalara "ilkin əsas" kimi baxılmışdır:
od, su, hava, atom və s.
Platon
isə bu əsasda kateqoriyaların beş növünü qeyd et-
mişdir:
mahiyyət, hərəkət, sükunət, eyniyyət, fərq
. Aristotel də kateqoriyalara
dünya və onun dərk edilməsinin ümumi formaları kimi baxsa da, o, "ilkin səbəb",
"'ilkin forma", "formalar forması" və s. adlarla "ilkin səbəb" ideyasına qayıdır, çox
vaxt onlar "Allah" anlayışı ilə eyniləşdirilirdi.(Sonralar ilahiyyatçılar həmin ideya-
lardan Allahın varlığının sübutu kimi istifadə etmişlər). Aristotel həmçinin kateqo-
riyalar arasındakı dərin daxili əlaqələri, onların bir-birinə keçməsini, mütəhərrikli-
yini də axıradək ardıcıl izah etmişdi.
Sonrakı dövrlərdə kateqoriyaların mahiyyətinin təhlil edilməsində İ.Kantın xü-
susi rolu olmuşdur. Kant kateqoriyalara "özündə şeylər" iddiasının obyektivliyin-
dən irəli gələn bir hadisə kimi deyil, subyektə, təfəkkürə xas olan bir fenomen kimi
baxmış, onları idrakın "aprior formaları" hesab etmişdir. Kant kateqoriyaların mən-
tiqi funksiyalarına, təfəkkürdəki roluna yüksək qiymət vermişdir. O, kateqoriyala-
rın təsnifatını belə müəyyən etmişdir: keyfiyyət (gerçəklik, inkar, məhdudluq); kə-
miyyət (tək, gəm, bütöv, tam); münasibət (substansiya, xassə, səbəb, təsir və qarşı-
lıqlı təsir); modallıq (imkan və imkansızlıq). Lakin o, bütövlükdə kateqoriyaları
gerçəklikdən ayırır, onlara təfəkkürün dəyişməz aprior formaları kimi baxırdı, onla-
rı obyektiv gerçəklikdən, təcrübədən asılı olmayan mühakimənin məhsulu hesab
edirdi.
Kateqoriyalar haqqında dialektik, obyektiv idealist baxışı Hegel əsaslandırmış-
dır. Onun fikrincə, kateqoriyalar daxili hərəkət və dəyişmə prosesinin əbədi atribu-
tu, anadangəlmə mütləq ideyalardır. Kateqoriyalar möhkəm daxili qarşılıqlı əlaqə-
dədir və bır-birinə keçə bilər. Hegel fəlsəfi kateqoriyaların aşağıdakı təsnifatını ver-
mişdir:
Dostları ilə paylaş: