inkar, varis- lik və inkişaf . Bu qanunun mahiyyətinin dərk edilməsi üçün "dialektik inkar" anla-
yışının məzmununa daha çox diqqət yetirilməlidir. Bu isə o deməkdir ki, fəlsəfə ta-
rixində inkarın anlaşılmasına münasibətdə başqa mövqelər də olmuşdur. İnkarın
anlaşılmasında əsasən iki münasibət -
dialektik və metafizik mövqe fərqləndirmə-
lidir. Fəlsəfədə iki cür metod olan dialektika və metafizikanın "inkar" anlayışına
münasibəti də fərqlidir. Təkamülçü və təftişçi cərəyanların inkarı-inkarı tam rədd
etməsinin əksinə olaraq, metafizik filosofların çoxu inkarı qəbul edirlər, lakin onla-
rın inkarın mənasını ancaq yox etmək, köhnənin mütləq məhv edilməsi kimi, tama-
milə kənara atılması kimi şərh edirlər, inkara dialektik münasibət isə başqa cür ya-
naşır, inkara köhnə ilə yeni arasında "əlaqə momenti", köhnədə yeniyə lazım olan
keyfiyyətlərin mənimsənilməsi kimi, inkişafda varislik əlaqəsi kimi baxır, "yox et-
mək", "məhv etmək" kimi "quru", "əbəs" inkarı rədd edir. Dialektikaya görə, köhnə
inkar edilmədən yeninin meydana çıxması və yetkinləşməsi, deməli, bütövlükdə in-
kişaf prosesi mümkün deyildir. İnkişaf mərhələlərdə davam edir ki, hər bir mərhələ
də özlüyündə üç yarım mərhələyə bölünür; obyektiv çıxış nöqtəsinin öz əkslikləri-
nə çevrilməsi və ya inkar, həmin əksliklərin də öz əksliklərinə çevrilməsi. Dialektik
İnkar fasiləsizlikdə fasiləni, inkişafda varisliyi, yüksək mərhələdə ibtidainin təkrarı-
nı və i.a. ifadə edir. Məsələn, kapitalizmdə xüsusi mülkiyyət əvvəlki quldarlıq və
feodalizmdəki kimi təkrar olunur, sanki geriyə qayıdılır, lakin bu tamam yeni key-
fiyyətli xüsusi mülkiyyətdir, ancaq istehsal alət və vasitələri üzərindəki xüsusi mül-
kiyyətdir, insanlar, işçi qüvvəsi üzərində yox. Deməli, dialektikaya görə inkişaf düz
xətlə deyil,
"spiralabənzər" davam edir, burada ilkin ana qayıtma, köhnənin tək-
rarı vardır, lakın bu qayıdış və təkrarlar daha yeni əsaslarla, daha dolğun və zəngin
baş verir. Yeni köhnəni tamamilə atmır, köhnədə mütərəqqi olanların hamısını mə-
nimsəyir, yaşadır və inkişaf etdirir. Bununla da inkişafda