dialektik sintez qanunu da adlandırırlar. Bu inki-
şaf prosesində birinci və ikinci inkarların qovuşması faktına əsaslanır. Bu qanunu
kəşf edən Hegel isə onu “triada” (üçlük) qanunu adlandırmışdır. Triadanın sxemi
belədir: tezis-antitezis-sintez. Bu o deməkdir ki, tezis (inkişaf tsiklinin əvvəlində
götürülmüş obyekt) onun əksi olan antitezis tərəfindən inkar olunur. İkinci inkar
nəticəsində isə tezislə antitezisin dialektik sintezi baş verir.
Dialektikanın hər üç qanunu sıx vəhdətdədir və hətta biri digərinə nüfuz edir.
Məsələn müəyyən kəmiyyət dəyişiklikləri toplanaraq sıçrayışa gətirib çıxarır. Sıç-
rayış isə köhnə keyfiyyətin inkarı və yeni keyfiyyətə keçid deməkdir. Digər tərəf-
dən, sıçrayış həm də ziddiyyətin həlli mərhələsini ifadə edir. Göründüyü kimi, sıç-
rayış, inkar və ziddiyyətin həlli bir-birinə qovuşmuş halda çıxış edir.
Beləliklə, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə və əksinə keçməsi
qanunu
inkişafın necə baş verdiyini, əksliklərin vəhdəti və mübarizəsi qanunu
in- kişafın səbəblərini və mənbəyini, inkarı-inkar qanunu isə
inkişafın istiqamətini göstərir.
ƏDƏBİYYAT 1.
Bağırov Z.
Fəlsəfə (sxemlərdə). Dərs vəsaiti. ( bakalavr hazırlığı üçün).
Bakı, 2009
2.
Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 1999
3.
Fəlsəfə. Ensiklopedik lüğət. Bakı, 1997
4.
Fərhadoğlu M. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2006
5.
Hacıyev Z. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Bakı, 2012
6.
İmanov H. Fəlsəfənin əsasları. Bakı, 2010
7.
Mehdiyev R. Fəlsəfə (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, 2010
8.
Nəzərova A. Fəlsəfə terminlərinin izahlı lüğəti. Bakı, 2014
9.
Paşayev V. Fəlsəfə. Bakı, 1999.
10.
Rüstəmov Y. Fəlsəfənin əsasları (dərs vəsaiti). Bakı, 2007
11.
Şükürov A. Fəlsəfə (Ali məktəblər üçün dərslik). Yenidən işlənmiş və tək-
milləşdirilmiş ikinci nəşri . Bakı, 2008
12.
Şükürov A.