253
Forma ilə məzmunun qarşılıqlı təsirini şərh edərkən, nəzərə almaq lazımdır ki,
mövcud şəraitdən asılı olaraq eyni bir məzmun müxtəlif formalarda inkişaf edə bilər.
Formaların müxtəlifliyi məzmunu möhkəmləndirir, zəngin və çox cəhətli edir,
ona ən müxtəlif şəraitdə inkişaf etmək imkanı verir. Lakin qeyd etmək lazımdır ki,
məzmun ilə forma arasında müəyyən vaxtlarda kəskin ziddiyyətlər də meydana çı-
xır. Məzmuna nisbətən forma daha çox sabitdir. Buna görə
də forma məzmunun in-
kişafından daim geri qalır, köhnəlir və məzmunla ziddiyyətə girərək onunla toqqu-
şur. Yeni məzmun ilə köhnə forma arasındakı ziddiyyət çox vaxt köhnə formanın
atılması və onun yeni formanı əvəz etməsi ilə başa çatır. Bunun sayəsində məzmu-
nun gələcək inkişafı üçün perspektivlər açılır. Məzmunun müxtəlif tipləri mövcud-
dur: vacib və vacib olmayanlar, zəruri və təsadüfi olanlar, maddi və “ideal” olanlar
və s. Onlara uyğun müvafiq forma tipləri də mövcuddur.
Forma və məzmun anlayışları nisbidir. Məsələn, istehsal münasibətləri üstqu-
ruma nisbətdə məzmundur, cəmiyyətin məhsuldar qüvvələrinə nisbətdə isə forma-
dır. Forma və məzmun nisbətinin traktovkasında dialektik mövqe aşağıdakı prin-
siplərlə aydınlaşdırılır; 1. Məzmun və formanın ayrılmazlığı; 2. Əlaqələrin rənga-
rəngliyi; 3. Vəhdətin ziddiyyəti; 4. İnkişafın optimallığı – formanın
məzmunu və
yaxud əksinə, məzmunun formaya müvafiqliyi.
Əslinə qalanda elə bir maddi sistem yoxdur ki, orada məzmun və forma olma-
sın. Məzmun yoxsa forma da yoxdur. Yaxud da əksinə. Maraqlı cəhətlərdən biri də
forma ilə məzmunun bir– birinə keçməsidir. Bir hadisə, proses və s.
üçün forma
olan digəri üçün məzmun olur və yaxud da əksinə. Əslinə qalanda bu proses həmi-
şə davam edir. Dialektika özü də bunu tələb edir.
Dostları ilə paylaş: