Kateqoriyaların
mahiyyəti və təsnifatı haqqında qeyd olunan fikirləri yekun-
laşdımaq, onların
ümumi təsnifini, növlərini belə qruplaşdırmaq olar: a) onto-
loji və ya substantiv kateqoriyalar.
Bunlar mövcudluğun əsasına qoyulan, subs-
tansional səciyyə daşıyan kateqoriyalardır, onlara materialist, idealist, dualist mü-
nasibətlər xasdır. ''Varlıq", "materiya", "ideya", "təfəkkür", "şüur" və i,a. belə onto-
loji kateqoriyalardır;
b
)
atributiv kateqoriyalar.
Bunlar ontoloji kateqoriyaların
mövcudluğu formalarını və ya ayrılmaz, atributiv xassələrini təşkil edir, onların
mahiyyət və mövcudluğunu şərtləndirirlər. "'Məkan", "zaman", "hərəkət", "inki-
şaf", "zıddiyyət", "keyfiyyət", "kəmiyyət", "ölçü", "hal" və i.a. belə atributiv kate-
qoriyalardır;
c)
nisbət və ya relyativ kateqoriyalar.
Onlara "cüt kateqoriyalar"da
deyilir. Bunlar üçün əsas əlamət odur ki, onlar ikitərəflidir (tək və ümumi, səbəb və
nəticə, zərurət və təsadüf və s.), birinin mövcudluğu digərini də tələb edir, onlar ay-
rılıqda mövcud ola bilməzlər. Bu kateqoriyalar universallıq, struktur, səbəbiyyət
(determinlik), sistemlilik və s. kimi əlaqələri əks etdirən kateqoriyalar yarımqrupla-
rına aiddirlər.
Ən ümumi və ya universal əlaqələri əks
etdirən kateqoriyalar
:
tək, xüsusi və ümumi, qanun və qanunauyğunluq, mahiyyət və hadisə.
Struktur
əlaqələrini ifadə edən kateqoriyalar
: hissə və tam; sistem,
struktur və element;
məzmun və forma.
Determinlik və ya səbəbiyyət əlaqələrini ifadə edən kateqo-
riyalar
: səbəb və nəticə; zərurət və təsadüf; imkan və gerçəklik və i.a.
|