242
yətin inkişafı gedişinə çox əhəmiyyətli təsir göstərə bilər. Onu da qeyd edək ki, xa-
rici və daxili ziddiyyətlərin qarşılıqlı münasibəti nisbidir. Müəyyən sistemin daxili
və xarici ziddiyyətləri başqa sistem daxilində və sistemlərarası miqyaslarda yerləri-
ni dəyişib, bir-birinə keçə də bilərlər.
İnkişaf prosesində çoxsaylı ziddiyyətlərlə qarşılaşmaq olar. Lakin onlardan baş
açmaq, gerçəklikdə onların rol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas zid-
diyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək, ayırmaq
lazımdır.
Əsas ziddiyyət
–inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox
başqa ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyil-
dir. Məsələn, canlı orqanizm üçün maddələr mübadiləsinə girmək orqanizm və mü-
hit arasındakı ziddiyyətlər əsas ziddiyyətlərdir.
Dostları ilə paylaş: