241
ola biləcəyini söyləyir.
Lakin əslində ziddiyyət obyektivdir, predmet və hadisənin başqa hadisələrlə və
daxili tərəflərlə qarşılıqlı münasibətindən irəli gəlir: həyat və ölüm, maqnitin müs-
bət və mənfi qütbləri, canlı və cansız, müsbət və mənfi yük, təsir və əks təsir, mad-
dələrin assimilyasiyası və dissimilyasiyası, siniflər mübarizəsi - məhz bu obyektiv
ümumi qanunauyğunluğu ifadə edir. F.Engels qeyd edirdi ki, cisim ancaq daxili tə-
rəfləri arasındakı qarşılıqlı münasibətdə mövcuddur. Bu münasibətlər bir-biri ilə
fərqlənən, ziddiyyətə girən tərəflərin vəhdətini yaradır. Ziddiyyət də məhz belə tə-
rəflər arasındakı münasibəti ifadə edir. Müxtəlif tərəfləri olmayan ziddiyyət yox-
dur. Almanın yarısını yedikdən sonra onun bütöv qalmadığı kimi, ziddiyyətin də
müxtəlif tərəfləri olmadan o mümkün deyildir". Ziddiyyətin tərəfləri bir-birini həm
tələb edir, biri olmadan digəri yaşaya bilmir, həm də bir-birini rədd edir, aralarında
mübarizə mövcud olur. Bu isə inkişaf üçün əbədi və obyektiv qanunauyğunluq olan
"əksliklərin vəhdəti və mübarizəsini" doğurur. Bu, təbiətdə, cəmiyyətdə və təfək-
kürdə fəaliyyət göstərən ən universal qanunauyğunluqdur.
Əksliklərin mübarizəsinin kulminasiya nöqtəsi, toqquşması səviyyəsi
Dostları ilə paylaş: